# 2 il əvvəl

Türkiyədən onlayn alış-veriş edərkən faydalı olacaq nüanslar

Covid-19 virusun müsbət tərəfi

Son illər ölkəmizdə və dünyada baş verən hadisələr insanları müəyyən dərəcədə rahatlığa öyrəşdirdi. Özəlliklə də, Corona19 virusu insanlardakı bu rahatlığı daha da artırdı desək yanılmarıq. Əslində baxdığımız zaman Amerika, Çin və Avropanın böyük bir hissəsində illərdir onlayn olaraq xidmət göstərən bir çox sektorun mövcudluğunu görə bilərik. Bizim vətəndaşlarımız isə artıq son illərdə bu xidmətlərlə daha da yaxından tanış olmağa başladılar.

Faydalı olacaq nüanslar

İnsanlara daha rahat gələn onlayn xidmətlərin lideri isə karqo xidmətidir desək səhv etmiş olmarıq. Vətəndaşlarımız evdən, ofisdən çıxmadan və ya vacib işini yarıda qoymadan istədikləri məhsulu Türkiyənin onlayn alış-veriş platformalarından rahatlıqla sifariş edə bilirlər. Qadağan olunmuş məhsulları çıxmaq şərti ilə istənilən növ məhsulu çox asan və sadə yolla Türkiyənin onlayn alış-veriş saytlarından sifariş edirsiniz və Kargolux sizin üçün sürətli və sərfəli tariflərlə çatdırılma edir. Sadəcə məhsul sifariş edərkən vətəndaşlarımızın diqqətli olmalı olduğu bir neçə məqam var ki, sizlər üçün həmin nüansları bir araya gətirdik:

  •  Məhsul alarkən mütləq şəkildə məhsulla bağlı bütün məlumatları oxumağa çalışın
  •  Saytda seçdiyiniz məhsulun alt hissədində daha əvvəl o məhsulu almış olan     müştərilərin rəylərinə nəzər yetirin.
  •  Paltar alarkən ölçünüzü dəqiq bilmirsinizsə bunu dəqiqləşdirdikdən sonra edin.
  •  Ayaqqabı sifariş edərkən mütləq ayaq ölçünüzü dəqiqləşdirərək bunu edin. Çünki   bəzi hallarda klassik ayaqqabı ilə idman ayaqqabılarının ölçüləri fərqli ola bilir.
  •  Sifariş verərkən seçdiyiniz mağazanın etibarlı olmasına diqqət edin. 
  •  Seçdiyiniz məhsulun rənginə diqqət yetirməyə çalışın. Həm sayta verilən rənglərə   diqqətlə   baxın, həm də alt tərəfdə yazılan “rəng” bölümündən adını tapmağa çalışın.

 Daha çox yerli Türk məhsulları seçməyə çalışın ki, bu sizə çox münasib qiymətə başa   gələcək. Çünki eyni keyfiyyətdə olan xarici məhsullar qiymət baxımından daha bahalı olur.

ETİBARLI VƏ UCUZ ÇATDIRILMA – KARGOLUX

Türkiyədən Azərbaycana cəmi 0.99 dollardan başlayan tariflərlə çatdırılma edən Kargolux artıq bu sektorda öz yerini almaqdadır. Hal hazırda ölkəmizdəki karqolar arasında həm etibarlılığına, həm də ucuz qiymətə Türkiyənin onlayn alış-veriş saytlarından çatdırılma edən Kargolux müştərilərin sevimlisə çevrilməkdədir.

Hər zaman sürətli və sərfəli karqo xidməti göstərən Kargolux sizin üçün hər şeyin ən yaxşısını etməyə səy göstərməkdədir. Bütün bu xidmətlərdən yararlanmaq üçün elə indi qeydiyyatdan keçin, keyfiyyətə daha tez çatın.