# 2 il əvvəl

Türkiyənin ən məhşur onlayn alış-veriş sayıtları

Türkiyənin onlayn alış-veriş platformaları son illərdə hər keçən gün daha da inkişaf etməkdədir. Təbii ki, bu inkişafın başlıca səbəbi hər gün dayanmadan artan sifarişlərin sayıdır. Həm Türkiyədən, həm də dünyanın bir neçə ölkəsindən rahatlıqla sifarişləri qəbul edən onlayn alış-veriş saytlarının istifadəsi çox asandır. Sadəcə qeydiyyatdan keçməklə istədiyiniz məhsulu seçə və sifariş edə bilərsiniz. 

Daşınması qadağan olunmuş saytlar

İstənilən növ məhsulları (qadağan olunmuş məhsullar xaric) Türkiyənin onlayn alış-veriş saytlarından asanlıqla tapa bilərsiniz. İstər ayaqqabı, istər paltar, istər saat, istər maye məhsullar, istər kamp alətləri, istərsə də idman üçün ləvazimatları istədiyiniz zaman sifariş etmək şansına maliksiniz. 

Türkiyənin onlayn alış-veriş saytları

Azərbaycandan olan müştəriləri üçün maddi baxımdan çox sərfəli olan bu platformalar artıq insanlarımız üçün vaz keçilməzlərdəndir. Bir neçə il əvvələ qədər vətəndaşlarımız Amerikadan və ya Çindən sifariş etdikləri məhsulları artıq Türkiyənin onlayn alış-veriş saytlarından sifariş edə bilirlər.

İnsanlarımız üçün Türkiyənin onlayn alış-veriş saytlarından alınan məhsulların maddi baxımından əlavə, həm də keyfiyyət baxımından sərfəli olması onları bu platformalardan daimi olaraq alış-veriş etmələrinə sövq etməkdədir. Azərbaycan vətəndaşlarına bunlardan əlavə olaraq dil baxımından da daha asan olması bu saytlardan olan sifarişlərin sayını hər keçən gün daha da artırmaqdadır.

Trendyol.com

Türkiyənin böyük onlayn alış-veriş sayları dedikdə təbii ki, ilk olaraq ağlımıza Trendyol gəlir. Axtardığınız bütün məhsulları rahatlıqla tapacağınız bu platforma sadəcə Türkiyədə deyil, artıq bütün dünyada adından söz etdirməyi bacarıb. Hər il bir neçə dəfə endirim kampaniyaları edən platformada bir çox sektordan fərqli məhsullar mövcuddur. Məhz bu məqam Trendyol-u hal-hazırda Türkiyənin demək olar ki, ən böyük alış-veriş saytı etməkdədir.

Hepsiburada.com

Hepsiburada Türkiyənin böyük alış-veriş platformalarından biridir. Axtardığınız bir çox məhsulu rahatlıqla tapacağınız saytda demək olar ki, hər kəsimə xitab edəcək məhsullar mövcuddur. 

Mophipo, LC Waikiki, n11, GittiGidiyor və s. kimi saytları da Türkiyənin rahatlıqla alış-veriş edilə biləcək onlayn platformaları arasında göstərə bilərik.

SƏRFƏLİ VƏ SÜRƏTLİ KARQO - KARGOLUX

Türkiyənin onlayn alış-veriş saytlarından verilən sifarişlərin Azərbaycana çatdırılması üçün artıq Kargolux var. Müştərilərinə dəyər verən və hər zaman bunun üçün çalışan Kargolux Türkiyədən Azərbaycana karqo çatdırılmalarını cəmi 0.99 dollardan başlayan qiymətlərlə edir. Kargolux artıq ölkəmizdəki karqo şirkətləri arasında sürətli və sərfəli tarifləri ilə xidmət göstərməsi ilə ad çıxarıb.

Türkiyədən sifarişlərinizin daha sürətli və sərfəli tariflərlə gəlməsini istəyirsinizsə, elə indi qeydiyyatdan keçin.