Sullar və cavabları
"Mənim üçün Sifariş Et" xidməti. Sifariş edilmiş məhsulun bəyənnaməsini saytımızda doldurmağa ehtiyac qalmır. Bəyənnamənizin bizim tərəfdən doldurulması. Onlayn kuryer xidməti. Minimal çatdırılma tarifləri $0.7-dən başlayan qiymətlər. Maye məhsulları ilə adi məhsulların eyni olması. Sürətli çatdırılma xidməti. Ofisin şəhər mərkəzində və əlverişli ünvanda yerləşməsi. Operativ müştəri xidmətləri.
Türkiyənin istənilən onlayn mağazalarından sifariş edə bilərsiniz. Bunun üçün ilk öncə www.KargoLux.az saytından qeydiyyatdan keçməlisiniz. Daha sonra, əgər siz məhsulu özünüz onlayn mağazadan alırsınızsa o zaman tələb edilən adres yerində şəxsi kabinetinizdəki "Türkiyə Ünvanım" adresini qeyd etməlisiniz. Əgər məhsulun bizim tərəfdən alınmasını istəyirsinizə o zaman "Sifariş et" düyməsinə daxil olaraq məhsulun linkini, ölçüsünü? sayını və qiymətini qeyd edib ödəniş edirsiniz.
İlk öncə Kargolux mobil tətbiqindən və ya Kargolux.az saytından şəxsi kabinetinizə daxil olaraq Türkiyə ünvanım bölməsinə daxil olursunuz. Bölmədə göstərilən məlumatları trendyolda şəxsi hesabınızdan "Adres Bilgilərim" bölməsinə daxil olursunuz. "Türkiyə Ünvanım" bölməsində olan bütün məlumatları olduğu kimi trendyolun adres qisminə əlavə edirsiniz. Nömrə yerinə isə "trendyol nömrəsi al" butonuna tıklayaraq sizin üçün ayrılmış nömrəni əldə edirsiniz. Həmin nömrəni olduğu kimi trendyolun adres qismindəki nömrə yerinə daxil edib adres ekle butonuna tıklayırsınız. Bu zaman doğrulama kodu sizin Kargoluxda qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz şəxsi mobil nömrənizə gələcəkdir. Kodu yazaraq adresi əlavə edə bilərsiniz.
Sifarişləriniz Türkiyə anbarımıza daxil olduğu gündən etibarən sistemə daxil edilir və bu barədə sizə sms bildirişi göndərilir. Daha sonra Türkiyə anbarımızda olan bağlamalar 1 maksimum 2 gün ərzində Bakıya yola salınır. Qeyd edəkki, həftə sonları, rəsmi bayram günləri və fors major hallarda çatdırılma müddəti bizdən aslı olmayan səbəblərə görə uzana bilər
Şirkətimiz hələki bağlamaların Bakıdan geri qaytarma prosesini həyata keçirmir
Bazar ertəsi-şənbə günləri 10:00-dan 19:00-dək xidmətinizdəyik. Ancaq 7/24 istədiyiniz zaman sifariş verə bilərsiniz. Sifarişlər fasiləsiz olaraq əməkdaşlarımız tərəfindən alınır
Saytımızda qeydiyyatdan keçdikdən sonra şəxsi kabinetinizə daxil olaraq, "Türkiyə ünvanım" bölüməsindən Türkiyədəki anbarımızın ünvanını kopyalayıb alış-veriş etmək istədiyiniz mağazanın ünvan yerində qeyd edərək sifarişlərinizi Türkiyə anbarımıza yönləndirə bilərsiz.
Onlayn alış-veriş mağazalarından özünüz sifariş etdiyiniz zaman öncədən saytımızda bəyan edilməsi tələb edilmir. Xarici anbara daxil olan bağlamanızın üzərində faktura olarsa biz sizin yerinizə bəyan edirik. Əgər məhsulun üzərində faktura olmazsa digər məlumatları doldururuq siz isə sadəcə məhsulun qiymətini yazıb təsdiq edirsiniz. Bunun üçün siz KargoLux.az saytına və ya mobil tətbiqinə daxil olaraq bağlamalarım bölməsindən məhsulunuzun sifariş nömrəsinə daxil olaraq (misal: LUX12345) bağlamanı redaktə edirsiniz, sonra isə məhsulun qiymətini yazıb təsdiq edirsiniz. Bununla siz bağlamanızı kargoluxda bəyan etmiş olursunuz.
Türkiyə mağazalarından sifariş etdiyiniz bağlamanı saytımızda bəyan etməyə ehtiyac yoxdur. Biz sizin yerinizə bağlamanız Türkiyə anbarına daxil olduğu andan Kargolux.Az saytında bəyan edirik və bu sizin Bəyənnamələr bölməsində əks olunur. Bununla bağlı sizin bizim saytdan qeydiyyatdan keçdiyiniz mobil nömrənizə sms bildiriş göndərilir. Diqqət: Bəzən özünüz sifariş etdiyiniz bağlamalarda Faktura və əlavə məlumatlar qeyd edilmir. Belə olduğu halda sizin mobil nömrənizə hesabınlza daxil olaraq bəyənnamə yükləyin bildirişi gələcək. O zaman siz hesabınıza daxil olaraq “Bəyənnamələrim” bölməsindən sms-də göstərilən bağlama nömrəsini redaktə edib bağlamanız haqda məlumatları doldurmalısınız.
Müştərilər Smart Customs tətbiqində vəya e.customs.gov.az saytında bağlamalarını bəyan etdikdə 300 dollar limitini keçdikləri təqdirdə ödənilməli olan vergi məbləğini onlayn olaraq ödəyə bilirlər və bağlamalarını təhvil almaq üçün Gömrük orqanlarına yaxınlaşmalarına ehtiyaç qalmır. Müştərilər eyni zamanda bağlamaların gömrük anbarından saxlanc haqqından da (İlk gün üçün 15 AZN, sonraki hər gün üçün 2 AZN) azad edilirlər. Beləliklə müştərilər bütün bağlamalarını "Smart Customs"- da bəyan edərək həm saxlanc haqqından həm gömrüyə getməkdən həm də broker xidmətindən istifadə etməkdən azad edilirlər.
Bağlamanın yerli anbara çatdırılması ilə bağlı sms bildiriş aldıqdan sonra, qeydiyyatdan keçdiyiniz şəxsiyyəti təsdiq edən rəsmi sənədlə ofisimizə yaxınlaşıb məhsulunuzu əldə edə bilersiniz
"TL balansı" saytımızda yerləşdirdiyiniz Türkiyə sifarişlərinizin ödənişini etmək üçün nəzərdə tutulmuşdur. Qeyd: TL balansı ilə daşınma ödənişi mümkün deyil "Manat balansı" bağlamalarınızın daşınma ödənişini online şəkildə ödəmək üçün mövcuddur.
Birbaşa onlayn mağazadan aldığınız məhsul anbarımıza daxil olduqdan sonra saytımızda "Bağlamalar" bölməsindən izləyə bilərsiniz "Sifariş et" xidməti ilə aldığınız məhsulları isə "Sifarişlər" bölməsindən izləyə bilərsiniz
Məhsulun çəkisi yalnız Türkiyə ofisinə daxil olduğu gündən ölçülür və hesabınızda əks olunur
1: Sifarişlərin son 30 gün ərzində ümumi dəyəri 300 (üç yüz) ABŞ dolları məbləğini keçdikdə(daşınma xərci daxil edilməlidir). 2: Sifariş etdiyiniz məhsulun Gömrük orqanı tərəfindən kommersiya məqsədli olduğu təyin edildikdə 3.Ölkəyə idxalı qadağan olan məhsullar olduqda
Bağlamanızı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşmalısınız. Bağlamalarınız üçün daşınma haqqını ödəyib, qaimə və barkodu əldə edirsiniz. Daha sonra bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük idarəsinə müraciət edərək bağlamanız haqda ətraflı məlumat əldə edirsiniz. Bakı Kargo terminalında saxlama xərclərini və gömrük ödənişlərini ödəyərək təhvil ala bilərsiniz.