# 2 il əvvəl

Azərbaycana hansı məhsulları gətirmək olmaz? - Qadağan olunmuş məhsullar

Azərbaycana hansı məhsulları gətirmək olmaz? 

Son illərdə Azərbaycana ölkə xaricindən xüsusilə də Türkiyə və Amerikadan  karqo çatdırılması məsələsi gündəmdə qalmaqdadır. Vətəndaşlarımıza ölkə xaricindən həm münasib qiymətli, həm də keyfiyyətli məhsul sürətli çatdırılma bu mənada hər kəs üçün çox xoş bir xidmətdir.

Məhsulların siyahısı

Lakin bəzən elə məhsullar olur ki, bunları ölkəmizə xaricdən gətirilməsi qanunla qadağan edilmişdir. Bu səbəbdən hətta bəzən müştərilər də bilmədən həmin qadağan olunmuş məhsullardan sifariş etməyə cəhd edirlər. Məhz bu səbəbdən sizləri bu mövzu ilə bağlı daha da aydınlatmaq üçün bu bloqu təqdim edirik. Siyahıda spirtli içkilərdən powerbanklara, silahdan canlı heyvanlara, radioaktiv maddələrdən akkumlyatorlara qədər bir çox məhsul mövcuddur. Bunun üçün ən yaxşısı dövlətimizin qanunla ölkə xairicindən daşınması qadağan olunmuş məhsullar siyahısını sizə təqdim edirik:

·        Qida məhsulları

·        Toz halında məhsullar

·        Gizli kamera

·        Akkumlyatorlar

·        Amortizatorlar

·        Silah növləri, döyüş sursatı, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika

·        Telefonlar, tərkibində batareya olan avadanlıqlar, powerbanklar

·        Radioaktiv maddələr

·        Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat

·        Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar

·        Canlı heyvanlar

·        Bitki və toxumlar

·        Xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat

·        Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri

·        Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr

·        Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar

·        Dini və Siyasi kitablar `

·        Hover Board skuteri

·        Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar

 

Qanunvericiliyin tələbini ödəməyən digər məhsullarla tanış olmaq bu linkə keçid edə bilərsiniz -https://customs.gov.az/az/ferdler-ucun/mallarin-gomrukden-kecirilmesi/