Sifariş et

Qaydalar və Daşıma şərtləri №1

1. Bildirmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarına əsasən Sifarişçi daşıyıcı şirkət vasitəsilə öz adına 30 (otuz) gün müddətində ümumi sifarişinin dəyəri gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan malları güzəştli qaydada, yəni gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə bilər. Sifarişin dəyəri və daşınma haqqının birlikdə dəyəri 30 (otuz) təqvim günü ərzində 300 ABŞ dolları məbləğindən artıq olarsa, Sifarişçinin qanunvericiliyə uyğun olaraq sifarişin ümumi dəyərinin maksimum həddi 36% qədər olmaqla gömrük rüsumu ödəmək öhdəliyi yaranacaqdır.DIQQET:  18 YAŞI TAMAM OLMAMIŞ ŞƏXSLƏRİN MƏHSULLARININ  GƏTİRİLMƏSİ QANUNVERİCİLİK ƏSASINDA QADAĞANDIR.

2. Smart Customs tədbiqində bəyənnamə doldurarkən aylıq 300 ABŞ dolları limiti keçdiyiniz məbləği anında tədbiqdə ödəməsəniz, bağlamanızı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşmalısınız. Bağlamalarınız üçün daşınma haqqını ödəyib, qaimə və barkodu əldə edirsiniz. Daha sonra bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük idarəsinə müraciət edərək bağlamanız haqda ətraflı məlumat əldə edirsiniz. Bakı Kargo terminalında saxlama xərclərini və gömrük ödənişlərini ödəyərək təhvil ala bilərsiniz.

3. Smart Customs tədbiqində bəyənnamə doldurarkən aylıq 300 ABŞ dolları limiti keçdiyiniz məbləği anında tədbiqdə ödəməsəniz, bağlamanızı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşmalısınız. Bağlamalarınız üçün daşınma haqqını ödəyib, qaimə və barkodu əldə edirsiniz. Daha sonra bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük idarəsinə müraciət edərək bağlamanız haqda ətraflı məlumat əldə edirsiniz. Bakı Kargo terminalında saxlama xərclərini və gömrük ödənişlərini ödəyərək təhvil ala bilərsiniz.

4. Müştərilərimiz saytımızda qeydiyyatdan keçərkən daxil etmiş olduğu bütün şəxsi məlumatlar (ad, soyad, ünvan, telefon, Ş.V nömrəsi, fin kod və s.) başqa üzvlər tərəfindən görülmür və üçüncü şəxslərlə paylaşılmır. Müştəri məlumatları yalnız qanun çərçivəsində nəzərdə tutulan orqanlara bildirilə bilər.

5. Sifariş əsasında Sifarişçi razılığı olmadan açılmasına icazə verilməyən daşınan bağlamadakı əşyanın qüsurlu olmasına görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır. Bu kimi hallarda Sifarişçi problemin aradan qaldırılması üçün əşyadakı qüsurlara görə şikayətini ancaq satıcıya qarşı irəli sürə bilər.

6. Sifarişlər Daşıyıcı tərəfindən sığortalanmır və Daşıyıcı buna görə heç bir məsuliyyət daşımır. ( iadə xidməti mövcud deyil)

7. Sifariş edilmiş bağlama “Daşıyıcı”nın anbarına daxil olduqdan sonra “Daşıyıcı” tərəfindən Sifarişçiyə bu barədə zəng, sms və ya email vasitəsilə məlumat veriləcək. Bundan sonra Sifarişçi “Daşıyıcı” tərəfindən rəsmi qaydada məlumatlandırılmış hesab ediləcək və sifarişi “Daşıyıcı”nın Nərimanov ünvanında yerləşən ofisindən götürə biləcək. Əgər Sifarişçi bağlamanın birbaşa ünvanına çatdırılmasını istəyərsə, bu zaman hesabına daxil olaraq ödənişli kuryer xidmətini seçə bilər.

8. Sifariş olunan bağlamanın ofisdən təhvil alınması barədə “Daşıyıcı” tərəfindən Sifarişçiyə bu barədə məlumat verildiyi andan etibarən, bağlama 15 (on beş ) gün ərzində Sifarişçi tərəfindən təhvil alınmadığı təqdirdə, növbəti 15 (on beş )  gün ərzində hər gün üçün 0.50 qəpik anbar xidməti haqqı hesablanır. Sifarişçi “Daşıyıcı” qarşısında bütün maddi öhdəliklərini ödəyənədək bağlamanı təhvil ala bilməz. 1 ay sonra Sifarişçi bağlamanı təhvil almadığı təqdirdə bağlamadakı əmlak “Daşıyıcı”nın mülkiyyətinə keçir. Müştəri sorğusu mehsul daşıyıcı şirkətə daxil olduqdan 1 ay müddətində araşdırıla bilər.1 ay bitdikdən sonra daxil olan sorğular əsasızdır və daşıyıcı şirkət məsuliyyət daşımır.

9. Sifariş edilmiş bağlamanın “Daşıyıcı”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (Satıcı mağaza, Avia reyslər, Gömrük nəzarət yoxlamaları və s bu kimi gecikmələr) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və sifarişdən imtina halı kimi dəyərləndirilə bilməz. Bu cür şikayətlər “Daşıyıcı” ilə Sifarişçi arasında hər hansı bir mübahisə predmeti ola bilməz.

10. Sifariş edilmiş bağlama Türkiyə anbarına çatmadığı təqdirdə “Daşıyıcı” sifariş olunan bağlama üçün heç bir məsuliyyət daşımır.

11. Sifarişçi ilə aparılan bütün məlumat mübadiləsi, habelə Sifarişçiyə aid şəxsi məlumatların hər biri “Daşıyıcı” tərərfindən arxivləşdirilir və konfidensiallıq “KargoLux Company” MMC tərəfindən qorunur.

12. Azərbaycan qanunvericiliyinə zidd şəkildə davranan, qeyri-etik davranışlar sərgiləyən, əməkdaşlarımıza qarşı hörmətsizlik edən sifarişçinin hesabı məhdudlaşdırılır və ona bir daha xidmət göstərilmir. Sifarişci qeyd olunan qaydalara uyğun davranmadığı halda “sifarişçiyə” xidmət göstərilməyəcəyini qəbul etmiş olur.

13. Daşınan bağlamanın çatdırılma üçün xidmət haqqı müştəri tərəfindən məhsul çatdırıldıqdan sonra mütləq ödənməlidir. Müştəri məhsulundan imtina etsə belə daşıma haqqını ödəməyə məcburdur. Müştəri əgər məhsulunun daşıma ödənişini ödəməkdən imtina edərsə Azərbaycan Respublikasının Qanunları çərçivəsində məsuliyyət daşıyır.

14. Sifarişci bağlamalarını KargoLux ofisini tərk etmədən düzgünlüyünü yoxlamalı, hər hansı bir zədə və ya çatışmazlığı olduğu təqdirdə şirkəti məlumatlandırmalıdır. Əks halda şirkət heç bir məsuliyyət daşımır.

14.1 "Sifariş Et" xidmətindən istifadə zamanı şirkət yalnız sizin üçün, məhsulu mağazanın online saytına daxil olaraq sifarişinizi alır. 

14.2 Sifarişçi "Sifariş Et" xidmətindən istifadə etdiyi zaman mağaza tərəfindən göndərilmiş səhv məhsul üçün şirkət heç bir məsuliyyət daşımır.

14.3 "Sifariş Et" xidməti zamanı alınmış məhsul, mağaza tərəfindən yalnış və ya qüsurlu göndərilərsə şirkət məhsulun iadəsi üçün müştəriyə köməklik göstərə bilər. İade edilən zaman "İadə xidmətinin" ödənişi sifarişçiyə aitdir.

14.4 Artırılan TL balansı ilə sifarişlər edə, AZN balansı ilə daşıma haqqı ödənişində istifadə edilə bilər.

14.5 Kargolux mobil tətbiqi və saytı üzərindən artırdığınız Türk lirəsi sadəcə sifariş et xidməti zamanı istifadə edilə bilər, AZN balansı isə sadəcə daşınma ödənişi zamanı istifadə edilə bilər. AZN və TL balansları bir biri ilə əvəzləşdirilər bilməz. 

14.6 Kargolux Company şirkətinin AZN və TL balansına artırılmış və istifadə edilməmiş məbləği balans artırılmasından 14 gün içində müştərinin müraciətinə əsasə geri qaytarıla bilər. Artırılan balansın üzərindən 14 gün keçdikdən sonra müştəri balansı geri istəyə bilməz, sadəcə saytın xidmətlərindən istifadə edə bilər.

15.1 Kargolux.az saytı vasitəsi ilə sifariş et xidmətindən yararlandığınız zaman məhsul mağaza tərəfindən ləğv edilərsə, göndərilməzsə və ya səhf alınarsa məhsulun dəyəri müştərinin TL balansına qayıdacaqdır. TL balansına qayıdan məbləği müştəri istəyinə uyğun olaraq növbəti sifsrişlərində istifadə edə və ya bank kartına nağdlaşdıra bilər.

16: Təcili sifarişlər həftənin hər günü səhər 09:00-dan gecə 23:00-a kimi icra edilir. 23:00-dan gec olan sifarişlər isə səhər 09:00-da icra olunur 

 

17. Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:

 

17.1. Azərbaycan  Respublikasının  qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;

 

17.2. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

 

17.3. Insan orqanları və (və ya) toxumaları;

 

17.4. Canlı heyvanlar;

 

17.5. Tezalışan maddələr;

 

17.6. Zəhərli və toksikoloji maddələr;

 

17.7. Bioloji və infeksion maddələr;

 

17.8. Civə, kimyəvi reaktivlər və turşular;

 

17.9. Insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;

 

17.10. Tez xarab olan qida məhsulları;

 

17.11. Öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

 

17.12. Sikkələr, banknotlar və yol çekləri;

 

17.13. Radioaktiv maddələr;

 

17.14. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;

 

17.15. Narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

 

17.16. Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

 

17.17. Odlu silah və onun döyüş sursatları.

 

18.0. Kampaniya ilə bağlı məlumatlar.

 

18.1. Üst-üstə iki kampaniya hesablana bilməz.

18.2. Kampaniya başlandığı müddətdən bitmə zamanı qeyd edildiyi müddətə qədər keçərlidir.

18.3. Kampaniya üst-üstə düşərsə kampaniya endirimi növbəti sifarişində keçərlidir.

 

19. Məxfiliyin siyasətinə dəyişikliklərin daxil etməsi 3

19.1 Administrasiya Məxfilik Siyasətinə dəyişikliklər edə, silə və ya qaydalarını yeniləyə bilər.

19.2. Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o Servisdən istifadəni dayandırmalıdır.

Əgər İstifadəçi Servisdən istifadə etməyə davam edirsə, o razılaşır və bütün dəyişiklikləri və Məxfilik siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul edir.

 

20. 100 AZN daşıma balansı şərtləri

Hörmətli müştərilər: Balansınıza əlavə edilmiş 100 AZN hədiyyə balansının müddəti 01.08.2023-cü il-də bitəcəkdir

20.1: Daşıma ödənişi edərəkdən hər bağlama üçün hədiyyə balansının 10%-ni istifadə edə bilərsiniz;

20.2: Hədiyyə balansı nağdlaşdırıla bilməz;

20.3: Hədiyyə balansı TL balansı ilə əvəz edilə bilməz;

20.4: Mobil tətbiqimizi yükləyərək Hədiyyə balansı bölməsindən balans əməliyyatlarını və endirimləri görə bilərsiniz.

Qeyd: Hədiyyə balansı kampaniyası bitdikdən sonra balans sıfırlanacaqdır.

12.08.2023-cü il

Qaydalar, şərtlər və məsafəli sözləşməni imzalayaraq yuxarıda göstərilmiş bütün qaydaları qəbul etmiş olursunuz.