# 2 il əvvəl

Tez-tez verilən suallar

Türkiyədən sifariş edən zaman yaranan suallar

Tez-tez verilən karqo suallarını və onların həlli yollarını sizin üçün bir araya gətirdik. Yazımız vasitəsilə ağlınızda yaranan qarışıq suallara cavab tapacaqsınız. Ən çox qarşılaşılan karqo problemlərini yaşamamaq üçün gedişatı yaxşı bilmək önəm kəsb edir.

 

1.     “Biz alaq” xidməti ilə link atıldığı zaman Smart Custom-da bəyannaməni karqo şirkəti edir yoxsa bağlama sahibi?

Müştəri “Biz alaq” xidmətindən istifadə etmək istədiyi zaman kargolux.az saytında qeydiyyatdan keçdikdən sonra “Sifariş et” bölməsinə sifariş etmək istədiyi məhsulun linkini daxil etməli, sonra isə tələb edilən xanaları dolduraraq “ödəmə et” düyməsinə basmalıdır. Tətbiqdə bəyan etməni bundan sonra biz həll edirik. Smart Custom-da bəyanı isə müştəri özü etməlidir.

 

2.     Neçə günə çatdırılır?

Sifariş edilən məhsullar ilk öncə mağaza tərəfindən bizim Türkiyədə yerləşən xarici anbarımıza təslim edilməlidir. Xarici anbara təslim edildikdən sonra biz bağlamanızı 3-5 günə yerli anbara çatdırırıq. Trendyol mağazasının karqonu gec təhvil verməsi isə karqonun məsuliyyətinə olan bir mövzu deyildir.  

 

3.     Kuryer xidmətinin qiyməti nə qədərdir?

Kuryer xidmətimiz mütəlif ərazilər üzrə müxtəlif qiymətlərə malikdir. Bu haqda ətraflı məlumat almaq üçün İnstagram səhifəmizə baş çəkə bilərsiniz.

 

4.     Filiallar harada yerləşir?

Azərbaycanın müxtəlif bölgələrində məntəqələrimizlə sizə daim yaxın olmağa çalışırıq. Hal-harırda Balakən, Lənkəran, Şəki, Gəncə, Sumqayıt, Xırdalan və Mingəçevirdə filiallarımız fəaliyyət göstərir. Bağlamalarınızı sizə ən yaxın məntəqədən təhvil ala bilərsiniz.

 

5.     Həftədə neçə dəfə çatdırılma edilir?

Həftədə 3 dəfə çatdırılma edərək sizə sifariş etdiyiniz bağlamalarınızı ən qısa müddətdə təhvil vermək üçün gecə - gündüz çalışırıq. Sürətli və etibarlı çatdırılmamız ilə karqo yolu gözləməyəcəksiniz.

 

6.     1kq-dan çox çəkisi olan sifarişlər üçün tariflər nə qədərdir?

Sahib olduğumuz tariflər ilə digər karqo şirkətlərindən seçilir və bununla da müştərilərimizə rahatlığı yaşadırıq. Həcmə fikir vermədən sadəcə çəksini diqqqət mərkəzinə alaraq hsabladığımız bağlamalarınız, 1 kq və ondan çox olduğu zaman 3.7 dollardan hesablanır. Qiymətlərlə bağlı ətraflı məlumatları həm kargolux.az saytındakı qiymətlər bölməsindən, həm də İnstagram səhifəmizdən əldə edə bilərsiniz.

 

7.     Qadağan olunmuş məhsullar hansılardır?

Hər nə qədər xaricdən sərfəli qiymətə hər məhsulu ala biləcəyimizi düşünsək də, bu doğru deyil. Bəzi məhsulların xaricdən sifariş edilməsi qadağandır. Bunlardan bəziləri aşağıdakılardır:

·        Qida məhsulları

·        Toz halında olan məhsullar

 ·        Gizli kamera

·        Akkumlyatorlar

·        Amortizatorlar

·        Silah növləri, döyük sursatı, hərbi təyinatlı bütün əşyalar, partlayıdıcı maddələr, hərbi texnika

·        Telefonlar, tərkibində batareya olan avadanlıqlar, powerbanklar və s.

Bu mövzuda daha çox məlumat almaq istəyirsinizsə, qadağan olunmuş məhsullarla bağlı yazımıza nəzər sala bilərsiniz. Qadağan olunmuş məhsullar | SİYAHI 2021 - Kargolux.az | kargolux.az