# 3 il əvvəl

Sizin üçün “Biz Alaq” xidməti

Son illərdə baş verən dəyişim

Son illərdə dünyada yaşanan tərəqqi bütün sektorlara inanılmaz dərəcədə müsbət mənada təsir etdi. Bunu özəlliklə texnologiya sahəsində görsək də, digər sektorlarda da bunu rahatlıqla hiss etmək olur. Bu mövzuda ölkəmizə gəldikdə isə, təbii ki, son 3 -5 ilə nəzər saldıqda ölkəmizə idxalın artdığını görə bilərik. Əlbəttə, idxal məsələsi əslində tam olaraq fərqli mövzudur. Ancaq ölkə xaricindən artıq fiziki şəxslərin də rahatlıqla sifariş verə bildiyinin fərqindəyik. Bu sektorda özəlliklə, Türkiyə bazarı tam ayrı bir yerdədir.

Əksəriyyət, Türkiyənin onlayn alış-veriş saytlarını seçır... 

Bizim vətəndaşlarımız üçün həm münasib qiymətli, həm də keyfiyyətli məhsulların olduğu Türkiyənin onlayn alış-veriş saytları hər zaman ilk seçimdir. Burada ilk növbədə təbii ki, insanların Türk dilini rahatlıqla başa düşməsi və bu səbəbdən rahatlıqla seçim edə bilmələri gəlir. Bundan başqa milli pul vahidi olaraq bizim manatın Türk lirəsindən daha dəyərli olması Türkiyənin onlayn alış-veriş bazarını bizim vətəndaşlar üçün daha da çəkici etməkdədir.

Lakin bəzi onlayn alış-veriş saytları var ki, bu tip saytlar Azərbaycana aid bank kartlarını qəbul etmir. Bu problemin həlli məhz Kargolux-dan keçir. Sadəcə bu deyil, Türkiyənin onlayn alış-veriş saytlarından Azərbaycana sifariş verməkdə çətinlik çəkirsinizsə və ya bunu etmək üçün vaxtınız yoxdursa, Kargolux bu mövzuda da sizə hər zaman kömək etməyə hazırdır.

Kargolux-un “Biz Alaq” xidməti

Kargolux-un “Biz Alaq” xidməti məhz sizin üçündür. Bəyəndiyiniz məhsulu sifariş etməyə əlavə zamanınız yoxdursa və ya Türkiyədən necə sifariş edəcəyini bilmirsinizsə, biz sizin üçün həmin məhsulu alarıq.

Necə?  

Türkiyənin onlayn alış-veriş platforma və ya saytlarından bəyəndiyiniz bir malın alınması zamanı çətinlik çəkirsinizsə, bununla bağlı bizə müraciət etməlisiniz. Biz bu xidmətlə siz dəyərli müştərilərimizin bizə vermiş olduğu ixtiyara əsasən həmin məhsulu sizin adınıza alaraq Türkiyədən Azərbaycana sürətli çatdırılmasını təşkil edirik.

Qeyd edək ki, “Biz Alaq” xidmətini seçdiyiniz zaman 5% xidmət haqqı hesablanır ki, bu da Türkiyədən onlayn alış-veriş zamanı yaranan bank xərci, pulun nağdlaşdırılmasi və xidmət haqqı olaraq çıxılmış sayılır.

Hazırda kampaniya olduğundan 5% xidmət haqqı alınmır.