Payız Alış-Verişinə Kargoluxla Başlayın!
Yay sezonun geridə qalması ilə artıq payız sezonuna başlayırıq. Bu da o deməkdir ki, hal-hazırki dövr qarderobların yenilənməsi dövrüdür. Rəngli yay geyimlərini artıq payız qoxulu yeni sezon məhsulları ilə əvəzləmək lazımdır.
Payız sezonunun alış-verişlərinə başlama və tərzinizə yeni hava qatmaq zamanıdır!
Türk alış-veriş markaları bu yolda sizə möhtəşəm seçimlər təqdim edəcək. Payız sezonunun gəlməsi ilə artıq bütün türk alış-veriş markaları trend kolleksiyalarını təqdim etdilər. Bu ilin payız kolleksiyaları olduqca fərqli, gözoxşayan və qeyri-adi olacaq.
Payız Alış-Verişlərinizi edə biləcəyiniz Türk alış-veriş platformalarını sizə təqdim edirik
Trendyol
Hər kəsin sevə-sevə alış-veriş etdiyi bir nömrəli alış-veriş platforması olmaqla, artıq adından dünya ölkələrində də söz etdirir. Bir çox kateqoriyada müştərilərinə gündə 1 milyondan çox paket təqdim edir və bununla da rekord sayda alış-veriş edilən onlayn platformadır. Hal-hazırda isə Trendyol-un tərkibində olan minlərlə marka məhsulları yeni sezon kolleksiyalarını təqdim etmişdir. Sərfəli qiymət və bol çeşid vəd edən bu alış-veriş saytı möhtəşəm endirim kampaniyaları ilə də ürəklərə yol tapmışdır. Belə ki, payız alış-verişinizin bir nömrəli adresi olan Trendyol-dan sifarişlərinizi verin, Kargolux 3-5 gün ərzində sizin üçün çatdırsın!
Bu sezon təqdim etdiyi məhsulların dizaynı ilə alış-veriş sevənləri özünə cəlb edən markalar sırasında Zara, Bershka, Stradivarius, Koton, Pull&Bear da yer alır.
Hər sezon gətirdikləri yeniliklər ilə seçilən bu alış-veriş markalarında hal-hazırda endirim kampaniyaları davam edir. Belə ki, sezon məhsullarına Koton-da 30%, Mango-da 40%, Zara-da 30% endirim mövcuddur. Endirimlərli məhsullara nəzər yetirin, seçin, sifariş edin, Kargolux ən son sürətli ilə çatdırsın!