Türkiyənin ən yaxşı geyim alış-veriş saytları
Rəqəmsal dünyanın inkişafı insanların onlayn şəkildə satış platformalarından alış-veriş etməsini rahatlaşdırıb. İstər gündəlik, istərsə də xüsusi günlər üçün insanlar müxtəlif satış platformalarının yardımı ilə zövqlərinə və büdcələrinə uyğun məhsullar seçir, bir toxunuşla sifariş edirlər. Biz də müştərilərimizin rahat alış-veriş etməsi üçün 8 fərqli rəqəmsal satış platformasını bir araya topladıq.
Türkiyənin ən yaxşı geyim alış-veriş saytları hansılardır?
Trendyol
Türkiyənin ən böyük rəqəmsal satış platformalarından biri Trendyol-dur. Bütün brendləri özündə birləşdirən Trendyol-da bir çox kiçik və yeni brendləri də görmək mümkündür. Qadınların ən çox üstünlük verdiyi və endirimləri ilə daim izlədiyi saytlardan biridir. Çox gözəl və zövqlü məhsulları olmaqla yanaşı, sifariş etdiyiniz hər bir məhsulda çatdırılma sürətlidir. Eyni zamanda saytda tez-tez endirimlər də olur. İstədiyiniz hər şeyi burada asanlıqla tapa bilərsiniz.
Yay tətili alış-verişi üçün siyahının başında olan bikini və çimərlik paltarlarından tutmuş, geniş ölçülərdə müasir naxışlı məhsulların tapılmasının rahatlığını yaşaya bilərsiniz.
H&M
Sevimli və etibarlı alış-veriş saytlarından biridir. Çox gözəl və keyfiyyətli geyimləri ilə göz oxşayır. Klassik, dəbli, idman və s. üsluba aid geyim modelləri var. H&M geyimləri ilə gündəlik kombinlərinizi yeniləyin.
Mavi
Mavi ilə 800-dən çox paltar modelini asanlıqla nəzərdən keçirə bilərsiniz. Ziyafət geyimlərindən gündəlik geyimlərə, şifon modellərdən atlaz geyimlərə qədər bir çox məhsul növü mövcuddur. Mavi böyük ölçülü geyim markası axtaranlar üçün çox yaxşı alternativdir.
Zara
Ən yaxşı geyim saytları və brendləri haqqında danışarkən düşünürük ki, Zara-nı adını çəkməmək mümkün deyil. Zara hamımızın tanıdığı və çoxumuzun alış-veriş etməyi sevdiyi nadir brendlərdən biridir. Qiymətləri son vaxtlar kifayət qədər bahalaşsa da, ən yaxşılar arasında yerini qoruyub saxlamağı bacarır. Onun yüksək keyfiyyətli məhsulları müasir dizaynlara cavab verir.
ADL
ADL hər büdcəyə və zövqə xitab etməyi bacaran ən yaxşı geyim brendləri arasındadır. Parça, üslub, uzunluq, dizayn və s. fərqli kateqoriyada axtarış edə bilərsiniz. Xüsusilə gənclərin marağına səbəb olan geyim modelləri ilə də çox bəyənildiyini söyləmək mümkündür.
BSL
Mövsümün ən dəbli geyim modellərini axtarırsınız? Ən yaxşı paltar brendlərindən biri olan BSL ən zərif geyimləri evinizə çatdırır. Qapıda ödəmə imkanı ilə də təhlükəsiz alış-veriş edə bilərsiniz. Xüsusilə zövqlü və dəbdə olan məhsullar axtarırsınızsa , BSL ən yaxşı seçimlərdən biri olacaq.
Dilvin
Onlarla fərqli rəng, ölçü və model variantları olan Dilvin müştəri yönümlü yanaşması ilə diqqət çəkir. Onu da qeyd edək ki, geyimlərin qiymətləri bazarda orta səviyyədədir. Xüsusilə, endirim dövrlərində daha sərfəli qiymətə alış-veriş edə bilərsiniz. 34-40 ölçü diapazonu üçün müxtəlif dizaynlı saysız-hesabsız modellər var.
Mango
Mango-nun zəngin kolleksiyası var ki, onu bir çox geyim markaları və internet saytlarında tapa bilməyəcəksiniz. Qiymətləri bazar orta qiymətindən yüksək olsa da, hər zövqə uyğun geyim variantları ilə seçilməyi bacarır. Həmçinin, böyük ölçülü geyim axtarırsınızsa, Mango ən yaxşı brendlərdən biridir. Bununla belə, mübadilə, göndərmə və geri qaytarmada da çox uğurlu olurlar.
Niyə Kargolux?
Kargolux karqo sektorunda uğurlu addımlarla addımlayaraq, və müştərilərin güvənin qazanaraq fəaliyyət göstərir. Müştərilərin güvənini qazanmaq bizim ən vacib uğurumuzdur. Karqo sektorunda seçilməyimizin bir sıra səbəbləri var ki, bunların hər biri üstünlükdür.
Kargolux-un ən böyük üstünlüklərindən biri xarici anbara daxil olan bağlamaların eyni gün ərzində sistemə vurulmasıdır. Belə ki, sifariş verdiyiniz məhsul xarici anbara daxil olan kimi, gözlədilmədən sistemdə öz əksini tapmış olur. Bu sürətli işimizin nümunələrindən sadəcə biridir.
Xarici anbarda sistemə daxil olan bağlamalar tez bir zamanda yola salındıqdan sonra, gömrük yoxlamasından asılı olaraq 1-2 iş gün ərzində artıq yerli anbara daxil olur. Məhsulunuzu onlayn formada statusunu izləyərək, bağlamanızın harda olmasına dair məlumat ala bilirsiniz. Yəni, SMS bildiriş sistemimiz ilə müştərilərin hər biri bağlamalarının xarici anbara daxil olduğundan, yola salındığından və yerli anbara daxil olduğundan xəbərdar olur. Məhsulunuzun yerli anbarda olduğuna dair SMS bildirimi aldığınız andan etibarən filial və məntəqələrimizə yaxınlaşaraq, bağlamanızı əldə edə bilərsiniz.
Daşınma haqqını həm onlayn, həm də nağd formada ödəmə imkanınızın olması Kargolux-un sizin üçün yaratdığı rahat alış-veriş sisteminin bir nümunəsidir.
Bundan əlavə olaraq, vaxtınız yoxdursa, bağlamanızı gəlib götürmənizə ehtiyac yoxdur. Belə ki, sürətli və operativ kuryer xidmətimizdən yararlana bilərsiniz. Kuryer sifariş edərək, bağlamanızı qapınızda qarşılaya bilərsiniz.
Bakı şəhərinin mərkəzində yerləşən Baş ofisi, Neftçilər filialı və 15-dən çox paylama məntəqəsi ilə xidmət göstərən Kargolux bütün Azərbaycana çatdırılmanı daha rahat etdi. Belə ki, regionlarda yaşayan vətəndaşlarımız üçün də Türkiyədən alış-verişi daha rahat hala gətirdik.
Möhtəşəm Kampaniyalar sizləri gözləyir!
Sürətli çatdırılma ilə rəqiblərindən seçilən Kargolux hal-hazırda davam edən möhtəşəm kampaniyaları ilə də müştəriləri məmnun etməkdə davam edir. Belə ki, ilk qeydiyyatda 1kq=0.90$ kampaniyası aylardır davam edən Kargolux yeni bir kampaniyanı da başlatmışdır. Bu kampaniya isə bütün müştərilərə şamil edilir və 1kq=3.20$ tarifi ilə çatdırılmanı vəd edir. “Qızmar Yay” kampaniyası müddətlidir və avqust ayının son günü başa çatmış olacaq. Möhtəşəm kampaniyalarımızı fürsətə çevirin, yay bitmədən alış-veriş səbətlərinizi doldurun, sifarişlərinizi verin, Kargolux möhtəşəm tariflərlə çatdırsın!
Məşhur Markaların Yeni Kolleksiyaları ilə tanış olmaq üçün linkə klik etməyiniz kifayətdir.