# 1 il əvvəl

Bershka-dan sifariş və çatdırılma

Bershka Türkiyədən alış-veriş edənlərin sevə-sevə alış-veriş etdiyi markalardan biridir. Rəngarəng və keyfiyyətli parçaların ünvanı olan Bershka hər kəsin sevimli alış-veriş brendidir.

Bershka mərkəzi İspaniya olan geyim və aksesuar brendidir. Markanın əsas məqsədi təlabatı tam şəkildə təmin etmək və müştəriləri maksimal formada razı salmaqdır. 1998-ci ildə fəaliyyətə başlayan Bershka hal-hazırda dünya üzrə 1000-dən çox mağaza ilə fəaliyyətini uğurlu davam etməkdədir. Bershka-nın əsas müştəriləri musiqi, sosial şəbəkələr və yeni texnologiyalarla bağlı son trendləri izləyən macərapərəst insanlardır. Əsas müştəri bazası gənclərdən ibarət olaraq hədəfə alınmışdır. Gündəlik geyimlərdən idman geyimlərinə qədər hər tərzdə və ən əsası dəbə uyğun parçalar bu markada bir araya toplanmışdır. 

Bershkanın möhtəşəm məhsullarını sərfəli qiymətə əldə etməyin yolu alış-veriş saytına üz tutmaqdır. https://www.bershka.com/tr/ saytında sizə minlərlə çeşiddə məhsullar təqdim edilir. Aşağıdakı kateqoriyalar üzrə ən yaxşı parçaları əldə edərək, qarderobunuzu rəngləndirə bilərsiniz.

Bershka Logo | Anlamı, Tarih, PNG

Sayta daxil olan zaman qarşınıza çıxacaq ilk kateqoriya yeni mehsullar olacaq. Bele ki, sayta gələn yeni məhsulların hər biri “Yeni” adlanan kateqoriyada sayt ziyarətçilərinə təqdim edilir. 

Endirimli məhsullar Bershka-nın alış-veriş saytının ayrılmaz bir hissəsidir deyə bilərik. Belə ki, bütün endirimli məhsullar “Özel fiyatlar” bölməsində yer almışdır. Bu endirimli məhsullara geyimdən aksesuara qədər bütün növ məhsullar aiddir. Bundan əlavə olaraq 400 tl-dən yuxarı məbləğdə alış-veriş etdiyiniz zaman Türkiyə daxili karqo xidmətindən pulsuz yararlana bilərsiniz. 

Hal-hazırda isə saytda qadın və kişi kateqoriyalarının hər birində yay kolleksiyası təqdim olunmuşdur. Yay mövsümünü tam ürəyinizcə keçirmək, rəngarəng geyinmək və cazibədar görünmək istəyirsinizsə, seçiminin Bershka-nın özəl parçaları olacaq. 

https://www.bershka.com/tr/

Səbətinizə əlavə etdiyiniz məhsulları Kargolux-la sifariş etmək ən doğru seçim olacaq. Çünki Türkiyədən sürətli çatdırılma Kargolux-la mümkündür. Türkiyə alış-veriş saytlarından seçdiyiniz istənilən məhsulu evinizə gətirəcəyik. Sərfəli tarif xidmətimizi isə unutmamalısınız. Kargolux-da qeydiyyatdan keçin, sifarişiniz “1kq=0.90$” tarifi ilə daşınsın. Bütün sifarişləriniz Kargolux-la 3-5 iş günü ərzində yerli anbara daxil olacaq və bu haqda birbaşa olaraq məlumat alacaqsınız. Bundan əlavə olaraq,  kuryer xidmətimizdən yararlanın, bağlamanızı düz qapınıza qədər çatdıraq! Kargolux karqo sektorunda qoyduğu fərqlər ilə müştərilərinə mükəmməl xidmət göstərmək üçün çalışır. Siz də sifarişlərinizi bizimlə edin, xidmətlərimizin keyfiyyətini görün.