# 2 il əvvəl

Niyə Türkiyədən online sifariş etməli?

 

Türkiyənin onlayn alış-veriş bazarına son illərdə Azərbaycan vətəndaşlarının axını dayanmadan artmaqdadır. Hər sektordan müxtəlif növ məhsulların münasib qiymətə satıldığı Türkiyənin onlayn alış-veriş sektoru sözün tam mənasında axtarılan platformadır desək, yanılmarıq. Qadağan olunmuş məhsullar istisna olmaqla, digər istənilən növ məhsulu onlayn alış-veriş saytından qeydiyyatdan keçərək sifariş edə bilərsiniz. Bəzi saytlar Azərbaycanın bank kartlarını qəbul etməsə belə, Kargolux bunu da sizin üçün həll edib artıq. Bunun üçün sadəcə “Biz Alaq” xidmətimizdən yararlana bilərsiniz.

Həm qiymət, Həm keyfiyyət

Türkiyənin onlayn alış-veriş sektorundakı məhsulların bir çoxu həm qiymət, həm də keyfiyyət baxımından bizim insanlarımıza sərf edir. Təbii ki, burada qardaş Türkiyənin pul vahidi olan lirənin də Azərbaycan manatı qarşısında dəyərinin daha aşağı olması önəmli dərəcədə rol oynayır. Azərbaycanda 100 manat qarşılığında ən uyğun qiymətdən bir kişi 2 t-shirt, 1 ayaqqabı, 1 köynək ala biləcəyi halda Türkiyənin onlayn alış-veriş sektorun bu məbləğə (500 TL) ən azı 4 t-shirt, 1 keyfiyyətli ayaqqabı, 2 köynək ala bilər. Eyni müqayisə qadın məhsulları satan bazar üçün də keçərlidir.

Dünyanın ən tanınmış markaları bir arada

Ölkəmizdə Adidas, Nike və s. kimi dünya markası olan ayaqqabıları baha qiymətə almaq yerinə, Türkiyənin onlayn alış-veriş platformalarından bu markaların ayaqqabılarını daha münasib qiymətə almaq mümkündür. Ölkəmizdə paltar mağazalarında satılan məhsulların bir çoxu Türkiyədən gəldiyindən müəyyən dərəcədə qiymət baha olur. Ancaq onlayn alış-veriş etdiyiniz zaman seçdiyiniz məhsulu birbaşa Türkiyədəki onlayn mağazadan alacağınız üçün qiymət daha uyğuna gəlir.

Daimi yenilənən endirimlər!

Digər bir məsələ isə təbii ki, endirimlərdir. İlin müəyyən dövrlərində tətbiq olunan endirimlər sayəsində insanlar istədikləri məhsulları inanılmaz dərəcədə ucuz qiymətə əldə etmiş olurlar. Bəzən hətta elə səviyyədə endirimlər tətbiq olunur ki, məhsulların qiymətlərində 50 % qədər dəyişiklik edilir.

Vaxtınıza qənayət

Bunlardan əlavə fiziki olaraq mağazalardan alış-veriş etdiyiniz zaman həm fiziki yorulursunuz, həm çox zamanınız gedir, həm də daha çox məbləğ xərcləyirsiniz. Bütün bunların qarşısını almaq üçün isə ən yaxşı üsul onlayn alış-veriş etməkdir. Həm onlayn sifariş edərək yorulmursunuz, həm daha az zaman sərf edirsiniz, həm də uyğun qiymətə daha çox məhsul əldə edirsiniz. Əlavə olaraq da “Kuryer” xidmətimiz vasitəsilə evdən və ya ofisdən çıxmağa ehtiyac olmadan da məhsullarınız birbaşa sizə çatdırılacaq.

 

SÜRƏTLİ KARQONUN ADI – KARGOLUX

Kargolux Türkiyədən Azərbaycana verilən onlayn sifarişlərin daşınmasını cəmi 0.99 dollardan başlayan qiymətlərlə edir. Həm standard, həm də maye məhsulların daşınmasını edən Kargolux bunların hər ikisini də eyni tariflərlə məhz müştərilərin rahatlığını düşünərək etməkdədir.

Türkiyənin onlayn alış-veriş saytlarından verilən sifarişlərin Azərbaycana sürətli və sərfəli tariflərlə daşınmasını istəyirsinizsə, elə indi Kargolux.az saytından qeydiyyatdan keçin, siz də xidmətlərimizdən faydalanın.