# 2 il əvvəl

Kargolux - Türkiyədən Azərbaycana sürətli karqo

Türkiyədən Azərbaycana sürətli çatdırılma

Türkiyədən Azərbaycana karqo çatdırılmaları son zamanlarda ölkəmizdə geniş vüsət almaqdadır. İnsanlarımız özəlliklə pandemiya dönəmində onlayn alış-verişə üstünlük verməyə başladılar. Bu istər Türkiyə, istərsə də digər ölkələr üçün keçərlidir. Bütün detallarına baxaraq seçilən istənilən məhsulun ölkəmizə çatdırılması isə təbii ki, Kargolux karqo şirkəti ilə mümkündür. Qadağan olunmuş məhsullar istisna olmaqla digər bütün məhsulları Türkiyədən Azərbaycana rahatlıqla və asan şəkildə Kargolux ilə sifariş edə bilərsiniz. Kargolux Türkiyədən Azərbaycana onlayn alış-veriş saytlarından verilən sifarişlərinizi həm sürətli, həm də sərfəli tariflərlə çatdırmasını edir.

 

Türkiyədən onlayn paltar sifarişi

 

Türkiyənin onlayn alış-veriş saytlarından Azərbaycana verilən sifarişlər arasında tekstil sektoru ayrı bir yerə sahibdir. İstənilən növ tekstil məhsulunun rahatlıqla Türkiyədən Azərbaycana onalyn alış-veriş saytlarından seçərək sifariş edə bilərsiniz. Təbii ki, bunun ilk başda alacağınız məhsulu əvvəlcədən təyin etməlisiniz. Məhsulu təyin etdikdən sonra ona uyğun olaraq onlayn alış-veriş saytı tapırsınız. Tapdığınız saytdakı məlumatlara diqqətlə nəzər yetirmək xeyrinizə olacaqdır. Bundan sonra saytla və seçdiyiniz məhsulu satan onlayn mağaza ilə bağlı insanların yazdığı rəyləri oxuyursunuz. Daha sonra seçdiyiniz məhsulun ölçü, rəng, material, hansı ölkə istehsalı olduğuna diqqət yetirməlisiniz. Hər şey tamamdırsa, seçdiyiniz məhsulu rahatlıqla sifariş edə bilərsiniz. Türkiyədən onlayn alış-veriş platformalarına isə nümunə olaraq Trendyol, Lc Waikiki, Hepsiburada və s. kimi saytları göstərmək olar.

 

Türkiyədən onlayn ayaqqabı sifarişi

 

Türkiyədən Aəzrbaycana onlayn olaraq verilən sifarişlər siyahısında ayaqqabı sifarişi ikincidir desək yanılmarıq. İnsanlarımız həm keyfiyyətli, həm də münasib qiymətli məhsul almaq üçün artıq onlayn alış-verişə daha çox güvənirlər. Türkiyənin onlayn alış-veriş saytlarından seçilən ayaqqabıları alarkən ölçü, rəng, material, istehsal ölkəsi kimi nüanslara diqqət yetirdikdən sonra məhsul və mağaza ilə bağlı yazılan rəylərə mütləq nəzər yetirilməlidir. Verdiyiniz sifarişin səhv gəlməsini istəmirsinizsə, bu nüansa daha çox diqqət yetirmək lazımdır. Sadəcə uşaq ayaqqabısı seçərkən diqqət edin ki, aldığınız məhsul qeyri-dəri olmasın. Dəri olmayan məhsullar uşaqlarınızın ayağına zərər yetirə bilər.

 

Türkiyədən onlayn qadın və idman çantaları sifarişi

 

Türkiyənin onlayn alış-veriş saytlarından qadınların ən çox seçdiyi məhsullar arasında çantaların da olduğunu desək yanılmarıq. İstər dəri, istər parça, istərsə də digər növ materiallardan hazırlanan hər növ çantaların olduğu platformalardan istədiyiniz məhsulu asan və rahatlıqla seçərək sifariş edə bilərsiniz. Qadın çantalarından başqa, idman çanatalarının da mövcud olduğu Türkiyənin onlayn alış-veriş saytlarında istər yerli Türk markaları, istərsə də dünya markaları məhsulları tapmağınız mümkündür. Həm məktəbli, həm idman, həm qadın, həm kişi, həm də istənilən növ çantaların Türkiyədən Azərbaycana Kargolux vasitəsilə sifarişi artıq çox rahatdır.

 

Türkiyədən baxım və makiyaj ləvazimatlarının sifarişi

 

Ölkəmizdəki insanlar tərəfindən Türkiyənin onlayn alış-veriş platformalarından verilən sifarişlər arasında baxım və makiyaj ləvazimatları ayrı bir yerə sahibdir. Baxım dedikdə sadəcə qadınlar nəzərdə tutulmur. Burada kişilərin də istifadə etdiyi saç və saqqal kremləri, boyaları, jele və ya wax-lar nəzərdə tutulur. Təbii ki, bu yöndə verilən sifarişlər arasında qadın istifadəçilər daha çox kütləyə sahibdirlər. Şampun, saç kremi, əl kremi, sabun, saç boyaları və s. kimi şeylərin sifarişini Türkiyənin onlayn alış-veriş saytlarından Azərbaycana könül rahatlığı məhz Kargolux ilə edə bilərsiniz.

Azərbaycan bank kartlarının keçmədiyi saytlardan da artıq istədiyiniz məhsulu sifariş edə bilərsiniz. Bunun üçün bizim “Biz Alaq” xidmətimiz mövcuddur. “Biz Alaq” xidmətini seçdiyiniz zaman 5% xidmət haqqı hesablanır ki, bu da Türkiyədən onlayn alış-veriş zamanı yaranan bank xərci, pulun nəğdləşdirilməsi və xidmət haqqı olaraq çıxılmış sayılır.

 

Türkiyədən onlayn saat sifarişi

 

Türkiyədən Azərbaycana verilən sifarişlər arasında gənclərin tekstil məhsullarından sonra daha çox aldığı məhsul saatdır. İstər dünyanın nəhəng markaları, istər Türkiyə markaları olan saatların satıldığı onlayn alış-veriş platformalarında çox zaman endirim kampaniyaları məhz saatlarda olur. Hətta bəzən eyni marka saatdan 2 ədə aldığınız zaman 2ci alınan saat çox ucuz qiymətə alınır. Saytlarda dünyanın hegemon saat markalarının 1 alt model səviyyə olan saatlarını da tapmaq mümkündür. Seçdiyiniz məhsulun Türkiyədən Azərbaycana həm sərfəli, həm də sürətli gəlməsini istəyirsinizsə, Kargolux sizin üçün ən ideal seçim olacaq.

 

Kamp və dağçılıq məhsullarının sifarişi

 

Türkiyədə çox məşhur olan kampçılıq mədəniyyəti artıq gedərək bizim ölkədə də yavaş-yavaş geniş vüsət almaqdadır. İstər dünya markası, istər Türk markası olan istənilən növ çadır almaq mümkündür. Çadırlar fərqli materiallarda olur. Əlavə olaraq, kamp çadırlar 1, 2, 4, 6, 8 nəfərlik olaraq dəyişir. Bundan başqa olaraq çadırlar mövsümi olaraq da dəyişir. Yəni bəzi çadırlar sadəcə yay üçün, bəziləri isə 4 mövsüm üçün istehsal olunub. Yay üçün istehsal olunan çadırlar yağış, qar və küləyə qarşı davamsız olduğu üçün digər mövsümlərdə onu istifadə etmək tövsiyə olunmur. Əgər seçdiyiniz kamp çadırı satılan saytdan bizim Azərbaycan bank kartları keçərli olmazsa, mütləq “Biz Alaq” xidmətimizdən yararlanın.

 

Türkiyədən Azərbaycana sürətli və sərfəli karqo – Kargolux

 

Türkiyədən Azərbaycana karqo daşımalarını cəmi 0,99 dollardan başlayan qiymətlərlə edən Kargolux hər zaman müştərilərini düşünərək onlıar üçün ən uyğununu etməkdədir. İstər maye, istər standart məhsulların daşınmasını etibarlı, sürətli və sərfəli tariflərlə daşınmasını həyata keşirən Kargolux bu yöndə də ölkəmizdə adından söz etdirməkdədir.

Əgəs Türkiyənin onlayn alış-veriş saytlarından Azərbaycana verdiyiniz sifarişlərinizin sürətli və sərfəli tariflərlə çatdırılmasını istəyirsinizsə, siz də elə indi qeydiyyatdan keçin, alış-veriş keyfini Kargolux ilə birlikdə yaşayın.

Bəyəndiyiniz məhsulu almağa vaxtınız yoxdursa, onu da biz həll edərik. “Biz Alaq” xidmətimiz vasitəsilə müştəriləmizə kömək olmağa hər zaman hazırıq. Bundan əlavə “Təcili sifariş” və “Kuryer” xidmətlərimizdən də rahatlıqla istifadə edə bilərsiniz. Bütün xidmətlərimizdən yararlanmaq üçün elə indi qeydiyyatdan keçə bilərsiniz.

Xoş alış-verişlər.