# 2 il əvvəl

Türkiyədən paltar sifarişi üçün 5 sayt

 


Azərbaycan vətəndaşlarının son illərdə onlayn olaraq alış-veriş etdiyi ölkələr arasında Türkiyə xüsusi bir yer tutmaqdadır. Özəlliklə Türkiyənin öndə gələn onlayn alış-veriş saytları bu sıralamanın ortaya çıxmasında başqa bir yerə sahibdir. İnsanlarımızın Türkiyənin onlayn alış-veriş platformalarından ən çox sifariş etdiyi məhsul sözsüz ki, paltardır. Paltar dedikdə, buraya papaq, t-shirt, şalvar, corab, köynək nəzərdə tutulur.

İlk ağıla gələn isə Trendyoldur

Türkiyədən onlayn alış-veriş dedikdə təbii ki, ilk ağıla gələn Trendyoldur. İstənilən qiymətə məhsulun tapıla biləcəyi bu saytda siz həm Türk markalarından, həm də dünyanın öndə gələn markalarından məhsul sifariş edə bilərsiniz.

Ən sərfəli qiymətlər - Hepsiburada.com 

Hepsiburada.com saytı da Türkiyənin ən böyük onlayn alış-veriş platformalarından biridir. Bu platformada siz keyfiyyətli məhsulları çox uyğun qiymətə tapa bilərsiniz. Türkiyədə onlayn olaraq ən çox alış-veriş edilən 3 saytdan biri olan Hepsiburada.com hər zaman müştəriləri üçün ən yaxşısını etməyə çalışır.

Məmnun edən marka - LC Waikiki

LC Waikiki-Münasib qiymətləri ilə hər zaman müştərilərini məmnun edən marka həm onlayn olaraq, həm də mağazadan olan satışları ilə bu sektorun liderlərindən biridir. Hər ilin müəyyən dövrlərində endirim kampaniyaları edən marka sadəcə paltar satışı ilə deyil, həm də cüzdan, dəniz geyimləri, palto, ayaqqabı istehsalı və satışı ilə də məşğuldur.

Digərlərindən fərqlənən - Koton.com

Koton.com saytı isə Türkiyədə keyfiyyət baxımından hər zaman digərlərindən fərqlənir. Burada qiymətlər digər markalara nisbətdə biraz yüksək olsa da hər zaman müştəriləri tərəfindən öz çevrələrinə önərilən markalardandır. Markanın istehsal olunması üçün istifadə olunan material isə həqiqi mənada bir çox digər markaya üstünlük sağlayacaq dərəcədədir.

Keyfiyyət təqdim edən - Mavi.com

Mavi.com bu marka Türkiyənin digər markaları ilə müqayisədə qiymət və keyfiyyət baxımından demək olar ki, çox üstündür. Qiymətlərinin yüksək olması ilə yanaşı insanlara ödənilən məbləğ qarşılığında yüksək keyfiyyət təqdim edən markanın Türkiyədə özünəməxsus alıcı kütləsi mövcuddur.

 

SİZİN ETİBARLI KARQONUZ – KARGOLUX

Türkiyənin istənilən onlayn alış-veriş saytından Azərbaycana verilən sifarişlərin sürətli və sərfəli tariflərlə daşınmasını təmin edən Kargolux şirkəti müştərilərinə hər zaman ən yüksək xidməti göstərməkdədir. Türkiyədən Azərbaycana karqo daşınmalarını cəmi 0.99 dollardan edən Kargolux şirkəti ölkəmizdə bu sektorda öz sözünü deməkdədir.

Bəzən Türkiyənin bəzi onlayn alış-veriş saytları Azərbaycandan olan bank kartlarını qəbul etməyə bilir. Kargolux sizin üçün bu problemi də həll edib desək yanılmarıq. Bu cür problemlə qarşılaşdığınız zaman, bizim “Biz Alaq” xidmətimizdən yararlana bilərsiniz. Biz sizin üçün istədiyiniz məhsulu sifariş edərək Azərbaycana çatdırılmasını təmin edirik.

Türkiyədən Azərbaycana onlayn alış-veriş saytlarından verilən sifarişlərin sürətli və sərfəli tariflərlə çatdırılmasını istəyirsinizsə, elə indi Kargolux.az saytından qeydiyyatdan keçin, ən yüksək xidmətlərdən yararlanın.