# 2 il əvvəl

KargoLux-un üstünlükləri

 

   KargoLux-ün üstünlüklərini öyrəndiyiniz zaman artıq “karqo problemləri” deyə bir halla qarşılaşmayacaqsınız. Uyğun tariflər və sürətli çatdırılma Kargolux-un üstünlüklərindən sadəcə bir neçəsidir.

   Türkiyədəki və Azərbaycandakı məhsul qiymətlərini qarşılaşdırdığımız zaman onlayn verilən məhsul sifarişlərinin bizə daha ucuz gəlib çatdığını görmüş oluruq. Bu halları qarşı-qarşıya gətirənlər onlayn sifarişlərlə daha çox maraqlanmağa başlayır. Sifariş olunan məhsullar həm ucuz, həm də ən əsası orjinallığı baxımından daha keyfiyyətli olur.

Aşağıda göstərilənlər KargoLux-ün ən əsas üstünlüklərindəndir:

1.”Biz alaq” xidməti

      Türkiyənin onlayn alış-veriş saytlarından hər hansısa məhsulun alınması zamanı çətinlik çəkirsinizsə bizə müraciət edə bilərsiniz. Bu xidmətlə biz müştərilərimizin bizə verdiyi ixtiyara əsasən həmin məhsulu müştərinin adına sifariş veririk. Bizə sadəcə sifariş etmək istədiyiniz məhsulun linkini atmağınız kifayətdir. Bu xidmətdən istifadə etdiyiniz zaman Kargolux.az saytındakı bəyannamənizi də biz edirik.

 2.”Təcili sifariş” xidməti

      Müştəri müraciət edərək “Biz alaq” xidmətindən istifadə edir və bizə istədiyi məhsul və ya məhsulların linkini göndərir. Bununla da göndərilmiş linklərin sifariş olunması növbə ilə həyata keçirilir. “Təcili sifariş” xidməti ilə sizin sifarişləriniz həmin növbədən kənar həyata keçirilir. Bu xidməti seçdiyiniz zaman isə siz əlavə 1$ xidmət haqqı ödəməlisiniz.

 3.Kuryer xidməti

      Sahib olduğumuz Kuryer xidməti ilə siz, vaxtınız olmadığı və ya daha vacib işləriniz olduğu zaman bağlamalarınızı bizə həvalə edə bilirsiniz. Bu zaman biz, Bakı anbarına daxil olan bağlamalarınızı istənilən ünvana çatdırırıq. Bununla da siz öz vaxtınıza qənaət etmiş olursunuz. Qiymətlərlə bağlı məlumatları kuryer sifarişi bölməsindən öyrənə bilərsiniz

4.Sürətli çatdırılma

      Sifariş etdiyiniz məhsullar Türkiyədən 3-5 günə Bakı anbarımıza çatır. Həftədə 3 dəfə həyata keçirilən reyslərlə bağlamalarınızı sizə ən qısa vaxtda təhvil veririk. Sizə isə bu sürətdən həzz almaq qalır.

 5. Sərfəli qiymətlər

      Təyin etdiyimiz qiymətlərlə, karqo şirkətləri arasında hər zaman öz fərqimizi ortaya qoyuruq. Bizdən başqa yerdə görə bilməyəcəyiniz tariflərlə sizi onlayn alış-verişdən zövq almağa dəvət edirik. Üstəlik maye və ya həcmsəl məhsul sifarişlərinizi də standart olaraq sayır və buna görə əlavə xidmət haqqı tələb etmirik.

 6. Həcmə deyil, çəkiyə baxırıq

      Türkiyədən sifariş etdiyiniz məhsulun həcmi sizin gözünüzü qorxutmasın. Sifariş etdiyiniz məhsulun həcmi bizim üçün bir əhəmiyyət kəsb etmir. Bizi sadəcə onun çəkisi maraqlandırır.

 7.Operativlik

      Sifarişləriniz və bağlamalarınızla bağlı hər hansı sual yarandığı təqdirdə çağrı mərkəzimizə zəng edə və yaxud WhatsApp nömrəmizdən bizə suallarınızı mesaj olaraq yönləndirə bilərsiniz. Sosial media hesablarımıza isə həftənin istənilən günü, istənilən saatda yaza bilərsiniz. Mümkün olan ən qısa müddətdə sizə geri dönüş ediləcəkdir.

 Göründüyü kimi KargoLux-ün üstünlükləri sizə sifariş verməkdən zövq aldıracaq.  Bunlar sadəcə aysberqin görünən hissəsidir. Yuxarıda verilən xidmətlər və funksiyalardan yararlanmaq üçün qeydiyyatdan keçməyi unutmayın. Ən son endirim və kampaniyalardan xəbərdar olmaq üçün isə instagram səhifəmizi izləyə bilərsiniz.