Xəbərlər və yeniliklər

Hepsiburada-dan sifariş və çatdırılma

Hepsiburada-dan sifariş və çatdırılma

Türkiyədən sifariş artıq asandır! Hepsiburada Türkiyənin ən sevilən, yüzlərlə brend məhsullarının bir araya toplandığı onlayn alış-veriş saytıdır. Türkiyədən onlayn məhsul sifarişi verənlərin üstünlük verdiyi saytlar sırasında ilk pillələrdə Hepsiburada yer alır. 25 ildən artıqdır ki, sektorda onlayn alış-veriş sevərlərin sevimlisi olmaqda davam edir. Bir çox türk brendləri ilə yanaşı, xarici brendləri də özündə cəmləşdirmişdir.  Hepsiburada internet üzərindən xidmət göstərən alış-veriş saytıdır və bu sayt bir ay ərzində 100 milyondan artıq ziyarətçi qəbul edir. Hepsiburada 2011, 2012 və 2013-cü illərdə Türkiyənin ən sevilən markası, 2013-cü ildə isə ilin elektron ticarət platforması seçilmişdir. Müştəri məmnuniyyətini hər zaman ön planda tutan Hepsiburada illərdir ki, onlayn alış-veriş edənlərin xidmətindədir. Sayta daxil olan zaman demək olar ki, hər gün müxtəlif məhsullara tətbiq olunan endirimlərlə qarşılaşa bilərsiniz. Bu endirim kampaniyaları vaxtaşırı olaraq bütün kateqoriyada olan məhsullara aid edilir. Bu endirimli məhsullarla siz saytdakı “Kampanyalar” bölməsindən qarşılaşa bilərsiniz. Hal-hazırda mart ayı ərzində bir çox kateqoriyada olan məhsullar sürpriz endirimli qiymətlərlə sizə təklif olunur. Məhsulların bol çeşiddə təqdim olunması və ən uyğun qiymətə satışa çıxarılması isə Hepsiburada-nın fərqlərindəndir. https://www.hepsiburada.com/ saytına daxil olarkən 9 kateqoriyada sizə təklif olunan məhsullarla qarşılaşacaqsınız. “Elektronik”, “Moda” “Ev, yaşam, kırtasiye,ofis”, “Oto, bahçe, yapı merket”, “Anne, bebek, oyuncak”, “Spor, outdoor”, “Kosmetik, kişisel bakım”, “Pet shop” və “Kitap, müzik, film, hobi” bölmələrində sizə müxtəlif brendlərin məhsulları yüzlərlə çeşiddə təqdim olunur. Zövqünüzə uyğun geyim, aksesuar, çanta, ayaqqabı və saymaqla bitməyəcək onlarla kateqoriyada olan məhsulları Hepsiburada-dan sifariş verə bilərsiniz. “Süper fiyat, süper teklif” bölməsində onlarla kateqoriyada olan ən zövqlü məhsullar xüsusi qiymətlərə sizə təklif olunur. Hepsiburada-da bu endirimli qiymətləri görüb alış-veriş etməmək mümkünsüzdür. “Aradığım markalar” bölməsinə tıklamaqla siz sevimli brendinizin bütün məhsulları ilə tanış ola biləcəksiniz. Hepsiburada-da vaxtınızı sərfəli keçirmək istəyirsinizsə, bu bölmədə sevdiyiniz brendin məhsulları ilə alış-verişin dadını çıxarmağın zamanıdır.   “Dikkat çeken ürünler” bölməsində insanlar tərəfindən axtarılan müxtəlif kateqoriyaya və brendlərə məxsus məhsullar yer alır. Hətta bu məhsulların bir çoxu insanların rahat alış-verişini təmin etmək məqsədilə endirimli qiymətlərlə onlayn alış-veriş sevərlərin qarşısına çıxarılır.  “Şu an en çok bakılan ürünlər” bölməsində yer alan onlarla məhsul Hepsiburada-nın saytında insanlar tərəfindən ən çox baxılan və alınan məhsullardır. Siz də hər kəsin almağa üstünlük verdiyi bu məhsullara göz ata bilərsiniz. https://www.hepsiburada.com/  Ən sevdiyiniz Türkiyə alış-veriş saytı olan Hepsiburada-nın saytından seçdiyiniz məhsulları aşağıdakı qaydada Kargolux-la sifariş edə bilərsiniz. İlk növbədə Hepsiburada-nın saytından qeydiyyatdan keçərək özünüzə hesab yaratmalısınız. Daha sonra hesabınızda ünvan olaraq bizim sizə təqdim etdiyimiz Türkiyə ünvanımızı qeyd edirsiniz. Əgər sifariş etmək üçün zamanınız yoxdursa, “sifariş et” xidmətimizdən yararlana bilərsiniz. Siz sadəcə linki yerləşdirirsiniz və biz sizin üçün məhsulu sifariş edirik. Sifariş verdiyiniz məhsul 3-5 gün ərzində yerli anbara daxil olur. 0.7 dollardan başlayan qiymətlərlə Türkiyədən onlayn sifarişləri gətirən yeganə karqo şirkəti Kargolux-dur və ən əsası maye və standart məhsul ayırmadan bütün məhsulları eyni tariflərlə çatdırır. 

Ətraflı #
# 3 il əvvəl
Yeni Gömrük qərarları ilə bağlı suallar və cavabları

Yeni Gömrük qərarları ilə bağlı suallar və cavabları

Dövlət Gömrük Komitəsinin yeni layihəsi- “Sadələşdirilmiş Bəyannamə-  Elektron Ticarət” təqdim olunduqdan sonra müştərilərin bizə ünvanladığı sualları aşağıda sizin üçün cavablandırdıq.  1.Yeni qərara görə, xarici ölkələrdən baglama gətirilməsində limit nə qədərdir? Qərara əsasən, artıq limit 1 təqvim ayı ərzində 300 ABŞ dolları təşkil edəcək. Siz 1 təqvim ayı ərzində bu limiti keçmədiyiniz halda istədiyiniz sayda məhsulu Azərbayacana gətirə bilərsiniz.  2. 300 dollar limitini keçməsək, yenə də bəyənnamə verməliyikmi? Xaricdən məhsul sifariş verdiyiniz halda mütləq şəkildə “Smart Customs” tətbiqində və ya https://e.customs.gov.az/  saytında bağlamanızı bəyan etməlisiniz. Bağlamanızı bəyan etmədiyiniz təqdirdə ölkəyə göndərilməsi təmin olunmur. 3. Aylıq limiti keçdiyim zaman ödəməli olduğum rüsum nə qədər təşkil edir? Aldığınız məhsulun gömrük koduna uyğun şəkildə limiti keçdiyiniz məbləğin 36%-dək məbləğində rüsum və vergi ödəməlisiniz. Qeyd etmək istəyirik ki, ancaq 300 dolları keçən məbləğin rüsum və vergisini ödəyəcəksiniz.  4. Daşıyıcı şirkət (kargo) fiziki şəxsin yerinə sifariş edilən məhsul üçün bəyannamə yerləşdirə bilərmi? Xeyr.Yalnız fiziki şəxs özü Smart Customs” tətbiqində və ya https://e.customs.gov.az/  saytında sadələşdirilmiş bəyannaməni yerləşdirməlidir. 5. Aylıq limitimi necə hesablaya bilərəm?  Bir ay ərzində sizin “Smart Customs” tətbiqində və ya https://e.customs.gov.az/  saytında bəyan etdiyiniz məhsulların dəyəri və onların daşınma haqqı aylıq limitə daxil edilir. Ay ərzində etdiyiniz bütün daşınmalar isə “Smart Customs” tətbiqində göstərilir və siz buradan limitə düşüb-düşmədiyinizi izləyə bilərsiniz. 7. Hansı hallarda bağlamam gömrükdə saxlanıla bilər? Təqvim ayı ərzində sifarişlərinizin ümumi dəyəri 300 ABŞ dolları məbləğini keçərsə və ödənişi öncədən edilməzsə, sifariş etdiyiniz məhsulun müvafiq Gömrük orqanı tərəfindən kommersiya məqsədli olması aşkarlanarsa, idxalı qadağan olunmuş məhsul olduğu təyin edilərsə, Gömrük orqanı tərəfindən bağlamanız gömrükdə saxlanıla bilər. 8. Bağlamam gömrükdə saxlanılarsa, nə edə bilərəm? Bağlamanızın gömrükdə saxlanılmasına dair sizə daşıyıcı şirkət- Kargolux məlumat göndərir. Gömrükdə saxlanılan bağlamanızı təhvil almaq üçün ofisimizə yaxınlaşaraq qaimə və barkodu əldə edirsiniz. Baş Gömrük İdarəsinə bu sənədlərlə müraciət edirsiniz və bağlamanızın saxlanma xərclərini ödəyərək təhvil alırsınız. 9. 300 dollar limitini keçmədən 2 ədəddən artıq məhsul sifariş verə bilərəmmi? Fiziki  şəxslər istifadəsi və istehlakı məqsədləri üçün 2 ədəd eyni və ya eynicinsli məhsulu gömrük ödənişləri ödəmədən gömrük sərhəddindən keçirmək hüququna malikdir. Gömrük sərhədindən keçirilən eyni və ya eynicinsli məhsulun sayı 2-dən artıq olarsa, gömrük ödənişləri ödəmədən sərhəddən keçirilən məhsulların 2-dən artıq olan miqdarı üçün gömrük ödənişləri ödənilməlidir. 10. Telefon nömrəsi mənim adıma deyilsə, ancaq bağlama mənim adıma olacaqsa, bəyannaməni necə verə bilərəm? Bildiyiniz kimi, məhsulu “Smart Customs” tətbiqində və ya https://e.customs.gov.az/ saytında bəyan etmək üçün “ASAN login” sistemində qeydiyyatdan keçmək vacibdir. Əgər telefon nömrəniz öz adınıza deyilsə, “ASAN login” sistemində video qeydiyyat ilə qeydiyyatdan keçə bilərsiniz. 11. Hansı məhsulların daşınmasına icazə yoxdur? 11.1. Azərbaycan  Respublikasının  qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika; 11.2. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar; 11.3. Insan orqanları və (və ya) toxumaları; 11.4. Canlı heyvanlar; 11.5. Tezalışan maddələr; 11.6. Zəhərli və toksikoloji maddələr; 11.7. Bioloji və infeksion maddələr; 11.8. Civə, kimyəvi reaktivlər və turşular; 11.9. Insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar; 11.10. Tez xarab olan qida məhsulları; 11.11. Öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər; 11.12. Sikkələr, banknotlar və yol çekləri; 11.13. Radioaktiv maddələr; 11.14. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat; 11.15. Narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar; 11.16. Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar; 11.17. Odlu silah və onun döyüş sursatları.  

Ətraflı #
# 3 il əvvəl
Geri qaytarılma xidməti

Geri qaytarılma xidməti

Türkiyədən sifariş artıq daha rahat Kargolux hər zaman olduğu kimi müştərilərinə sərfəli və sürətli xidmət göstərməkdə davam edir. Sizə daha yaxşı xidmət göstərmək və müştəri məmnuniyyətini artırmaq məqsədilə “Geri qaytarma” xidmətimiz aktivdir.“Geri qaytarma” xidmətimizdən aşağıdakı hallarda istifadə edə bilərsiniz: 1. Sifariş verdiyiniz məhsul yalnış göndərilərsə (sifariş verdiyiniz məhsulun yerinə başqa bir məhsul göndərilərsə və ya rəngi fərqli olarsa) 2. Sifariş verdiyiniz məhsul  istifadəyə yararsız vəziyyətdə olarsa (qırılmış, sınmış, defekt və ya zərər çəkmiş vəziyyətdə olarsa) Yuxarıda qeyd olunan hallarda Kargolux sizin üçün məhsulun göndərildiyi mağazaya “Geri qaytarma” prosesini həyata keçirir.  Kargolux geri qaytarılmasını istədiyiniz bağlamanın Türkiyəyə çatdırılması və xarici anbara təhvil verilməsinə görə məsuliyyər daşıyır. Lakin Türkiyəyə qaytarılan bağlama mağaza tərəfindən qəbul edilməzsə, sifarişçi sifarişdən imtina edə bilər və bağlama Azərbaycana yenidən çatdırıla bilər. Müştərilərimiz nəzərə almalıdır ki, mağaza tərəfindən qəbul edilməyən bağlamalara görə Kargolux məsuliyyət daşımır. Sifariş etdiyiniz məhsulların Kargolux tərəfindən çatdırılmasından sonra yaranan problemlərə görə “Geri qaytarılma” xidmətinin həyata keçirilməsi üçün aşağıdakı şərtlər vardır: 1.Yerli anbardan təhvil aldığınız bağlamalar maksimum 2 iş günü ərzində ofisimizə təhvil verilməlidir.  2. Bağlama təhvil verildiyi zaman “iadə kodu” və Türkiyə daxili karqo qeyd olunmalıdır. İadə kodu nədir? İadə kodu bağlamanızın xarici anbardan Türkiyə daxili karqo ilə mağazaya göndərilməsi və geri qaytarıla bilməsi üçün lazım olan koddur. İadə kodunu əldə etmək üçün  saytda müvafiq sifarişi seçərək “Kolay iade” hissəsinə daxil olmaq lazımdır. İadə kodu olmayan bağlamaların geri qaytarılması mümkün deyil. Bağlama mağaza tərəfindən qəbul edildiyi halda 15 iş günü müddətində qaytarılır. 3. “Geri qaytarılma” xidməti satıcı mağaza tərəfindən məhsulun qaytarılmasına dair təsdiq alındıqdan və müştərinin bağlamanın iadəsinə görə təyin olunmuş məbləği (bu məbləğ haqqında ətraflı məlumatı ofisə yaxınlaşaraq və ya Kargolux-un əlaqə nömrələri ilə əlaqə saxlayaraq öyrənə bilərsiniz.) ödədikdən sonra  tam şəkildə həyata keçirilir. Qeyd etmək istəyirik ki, “Geri qaytarılma” xidmətimiz “Sifariş et” xidməti ilə məhsullarını sifariş edən müştərilər üçün də keçərlidir. “Sifariş et” xidmətimizlə aldığınız məhsulların iadə  kodunu Kargolux əməkdaşları mağazaya müraciət edərək sizin yerinizə əldə edirlər. Karqo sektorunda fərqimizi hər zaman hiss etdirməyi bacarırıq. Sizin də seçiminiz Kargolux olsun, fərqimizi hiss edin!  

Ətraflı #
# 3 il əvvəl

Bizi Youtube-də izləyin

Bizi Youtube-də izləyin

# kargolux.az
#

Trendyoldan Kargolux ilə birbaşa sifariş qaydası

# 12.04.2021
#

KargoLux ilə sifariş et xidməti

# 12.04.2021
#

Xəbərlər və yeniliklər

# 12.04.2021