Xəbərlər və yeniliklər

Smart Customs nədir və nə üçün vacibdir?

Smart Customs nədir və nə üçün vacibdir?

Türkiyədən sifariş etmək artıq daha asandı. Ölkədə hökm sürən pandemiya şəraiti ilə ələqədar tətbiq edilməsi müvəqqəti olaraq saxlanılan “Sadələşdirilmiş Bəyannamə” - Elektron Ticarət” (Smart Customs) layihəsinin tətbiqinə 1 yanvar 2021-ci il tarixindən başlanılmışdır.  Beləliklə, 1 yanvar 2021-ci il tarixindən etibarən fiziki şəxslər tərəfindən poçt göndərişləri və karqo (daşıyıcı)  şirkətləri  vasitəsilə  xarici ölkələrdən olunan sifarişlərin “Smart Customs” tətbiqi vasitəsilə bəyan edilməsi vacibdir. Bu layihənin tətbiq olunmasının əsas məqsədi xidmət səviyyəsinin yüksəldilməsindən, şəffaflığı təmin etmək və elektron ticarətin sürətləndirilməsindən ibarətdir. Kargolux-la Türkiyədən sifariş verdiyiniz məhsulunuz bizim xarici anbarımıza daxil olduqdan sonra, siz bu barədə SMS bildirişi ilə məlumatlandırılırsınız. “Smart Customs” tətbiqi və ya  https://e.customs.gov.az/ saytından bağlamanızın Türkiyədən yola salınması üçün bəyan etməlisiniz. Aşağıdakı qaydada bəyannamənizi “Smart Customs” tətbiqi və ya  https://e.customs.gov.az/ saytında yerləşdirə bilərsiniz. “Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytında şəxsi kabinetinizə daxil olursunuz. “Sadələşdirilmiş bəyannamə- Elektron ticarət” bölməsinə daxil olduqdan sonra “Bəyan edilməmişlər” butonuna tıklayırsınız. Bu bölmədə sizin xarici anbar statusunda olan bağlamalarınız əks olunacaq. Sizə təqdim olunan İzləmə Kodunu (Tracking İD) daxil etməlisiniz. Həmçinin “poçt və ya daşıyıcı şirkət” bölməsində Kargolux-u daxil edirsiniz. Daha sonra göndərən ölkə hissəsində Türkiyəni seçirsiniz və satıcı şirkəti qeyd edirsiniz. “Əlavə et” butonuna tıkladıkdan sonra sifariş verdiyiniz məhsulun daxil olduğu əsas qrupu, alt qrupu, invoys qiymətini, miqdarını və ölçü vahidini daxil edirsiniz.  “Tamamla” butonuna tıklayaraq bağlamanızı gömrük orqanına bəyan edirsiniz.  Qeyd: “Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytına daxil olmaq üçün ilk öncə “Asan login” sistemində qeydiyyatdan keçməlisiniz.   Qeyd etmək istəyirik ki, “Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytında bəyan edilməyən bağlamaların ölkəmizə daşınması mümkün deyil. Bu səbəblə də, “Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytında bağlamaların bəyan edilməsi vacibdir. Karqo sektorunda fərqimizi hər zaman hiss etdirməyi bacarırıq. Sizin də seçiminiz Kargolux olsun, fərqimizi hiss edin!  

Ətraflı #
# 3 il əvvəl
Novruz Bayramına özəl Türkiyə saytlarından hədiyyə seçimi

Novruz Bayramına özəl Türkiyə saytlarından hədiyyə seçimi

Türkiyədən sifariş Novruz bayramına özəl olaraq sevdiklərinizə hədiyyələri Türkiyədən onlayn formada əldə etmək sizin üçün ən ideal və sərfəli seçim olacaqdır. Türkiyənin onlayn alış-veriş saytları sizə həm yüksək keyfiyyət, həm də münasib qiymət təklif edir.  Təbiətin oyanışını və baharın gəlişini qeyd etdiyimiz Novruz bayramı xalqımız üçün ən vacib bayramlardan biridir. Bu günün tarixi çox qədimlərə bağlıdır və buna görə də hər il xalq olaraq bu bayramı xüsusi olaraq qeyd etməyi sevirik. Ailəniz, dostlarınız və dəyər verdiyiniz hər kəs üçün bayramı yaddaqalan etmək və onların üzünü güldürmək çox vacibdir.  Bayrama özəl olaraq sevdiklərinizə aşağıdakı Türkiyə saytlarından ən zövqlü və ideal hədiyyələri ala biləcəksiniz. Trendyol Türkiyədən onlayn alış-veriş dedikdə, Trendyol alış-veriş sevən insanların ilk ağlına gələcək saytlardan ən birincisidir. Trendyol.com.tr saytından siz qadın, kişi və uşaqlar üçün yüzlərlə çeşiddə ən keyfiyyətli və sərfəli məhsullarla qarşılaşacaqsınız. Bayram hədiyyəsi almaq üçün də təbii ki, ən sərfəli seçimlərdən biri olacaqdır. Üstəlik bu məhsulları endirimli qiymətlərlə əldə etmək şansınız olacaq. Trendyol-un üstünlükləri bunlarla da bitmir. Belə ki, hal hazırda bir çox türk markasının yeni kolleksiyası artıq saytda yer almışdır. Səbətinizə məhsulları əlavə edərək sifarişlərinizi verməyin zamanıdır. Hepsiburada Yalnız internet üzərindən xidmət göstərən alış-veriş saytıdır. Türkiyədən onlayn hədiyyə sifarişi etmək istəyənlər üçün ən doğru seçimlərdən biri ola bilər. Sevdiklərinizə istədiyiniz kateqoriyada olan məhsulları məhz Hepsiburada-dan sürpriz endirimli qiymətlərlə əldə edə biləcəksiniz. Mart ayı ərzində saytda yeni kampaniyalar başlayacaqdır. Bu kampaniyalardan yararlanmağın və ən əsası sevdiklərinizə bayram hədiyyəsi almağın tam zamanıdır. LC Waikiki  Türkiyə onlayn alış-veriş saytları arasında ilk sıralarda yer alan LC Waikiki saytından bir çox kateqoriya üzrə hədiyyəlik məhsulları seçib və sifariş verə bilərsiniz. Qadın, kişi və uşaq geyimlərindən əlavə saytda “LCW Home” və “LCW Green” kateqoriyaları üzrə məhsullarla tanış ola bilərsiniz. LC Waikiki məhsulların qiymətinin çox münasib olması qədər keyfiyyətli olması ilə də seçilən markalardandır. Çiçek sepeti Türkiyə saytları arasında ən güvənilir və etibarlı saytlar sırasındadır. Hər zaman müştəri məmnuniyyətini ön planda tutan Çiçek sepeti xüsusilə özəl günlərdə alış-veriş etmək üçün əvəzolunmaz seçimlərdə olacaqdır. Saytda hədiyyə seçimi edə bilməyiniz üçün hədiyyəlik məhsullar ayrı bir kateqoriyaya ayrılmışdır. “Hediyye”,”Kişiye özel” kateqoriyalarından siz özəl günlər üçün sevdiyiniz insanlara hədiyyə alaraq onlara özlərini daha da dəyərli hiss etdirə biləcəksiniz. Həmçinin bu saytın əsas özəlliklərindən biri də hədiyyələrin üzərində ürək sözlərinizi yaza biləcəyiniz açıqcaların olmasıdır. Seçiminizi Çiçek sepeti ilə edin, sevdiklərinizə iki qat bayram yaşadın. Zara Novruz bayramında dəyər verdiyiniz insanlara geyim və ya aksesuar hədiyyə etmək düşüncəsi sizin yolunuzu Zara-nın onlayn alış-veriş saytından salacaq. Sevdiklərinizin stil sahibi olmasına və yaz qarderobunu yeniləməsinə siz də Zara-dan alış-veriş edərək yardım edə bilərsiniz. Tez-tez yenilənən və rəngarəng stokları ilə Zara alış-veriş saytı bayram sevgisi bəxş etmənizə şərait yaradacaq. Odur ki, səbətinizə bayram sovqatlarınızı əlavə edin, sifariş edərək bayramı yaddaqalan edin. Ən sevdiyiniz Türkiyə alış-veriş saytlarından bayram hədiyyələrini aşağıdakı qaydada Kargolux-la sifariş edə bilərsiniz. Çünki sizin üçün dəyərli olan insanlar bizim üçün də dəyərlidir.  İlk növbədə sifarişi verəcəyiniz saytdan qeydiyyatdan keçərək özünüzə hesab yaratmalısınız. Daha sonra hesabınızda ünvan olaraq bizim sizə təqdim etdiyimiz Türkiyə ünvanımızı qeyd edirsiniz. Əgər sifariş etmək üçün zamanınız yoxdursa, “sifariş et” xidmətimizdən yararlana bilərsiniz. Siz sadəcə linki yerləşdirirsiniz və biz sizin üçün məhsulu sifariş edirik. Sifariş verdiyiniz məhsul 3-5 gün ərzində yerli anbara daxil olur. 0.7 dollardan başlayan qiymətlərlə Türkiyədən onlayn sifarişləri gətirən yeganə kargo şirkəti Kargolux-dur və ən əsası maye və standart məhsul ayırmadan bütün məhsulları eyni tariflərlə çatdırır. 

Ətraflı #
# 3 il əvvəl
LC Waikiki saytından onlayn məhsul sifarişi

LC Waikiki saytından onlayn məhsul sifarişi

Türkiyədən sifariş LC Waikiki saytından onlayn məhsul sifarişi son zamanlar gündəmdə olan mövzulardan biridir. LC Waikiki Türkiyədən onlayn alış-veriş edənlərin ən çox üstünlük verdiyi saytlardandır. Bəs nə üçün bu alış-veriş markası insanlar tərəfindən bu qədər sevilir? LC Waikiki ilk dəfə Fransada qurulmasına baxmayaraq, daha sonra Türkiyə markasına çevrilmişdir. Bu türk markası 47 ölkədə 1047 mağaza ilə fəaliyyət göstərir. Türkiyə onlayn alış-veriş saytları arasında da LC Waikiki keyfiyyəti və ən əsası sərfəli qiymətlərinə görə fərqlənir.  Türkiyədən onlayn alış-veriş etmək istəyən hər kəs yolunu məhz LC Waikiki markasının saytından salmalıdır. Siz bu saytdan bir çox kateqoriya üzrə bol çeşidli məhsullar əldə edə biləcəksiniz. Qadın, kişi və uşaq geyimlərindən əlavə saytda “LCW Home” və “LCW Green” kateqoriyaları üzrə məhsullarla tanış ola bilərsiniz.  Türkiyə onlayn alış-veriş saytları arasında ilk sıralarda yer alan LC Waikiki saytından aşağıdakı kateqoriyalar üzrə məhsulları seçərək sifariş verə bilərsiniz. Qarderobunuzu LC Waikiki saytındakı məhsullarla yeniləməyin zamanıdır. Qadınlar üçün bütün məhsullar saytdakı  “Kadın” bölümündə qarşınıza çıxacaqdır. Zövqünüzə uyğun, bol çeşidli və sərfəli qiymətli geyim, çanta, ayaqqabı və aksesuarları sifariş edə bilərsiniz.    Tərzini başdan yaratmaq və büdcəsinə uyğun məhsullar əldə etmək istəyən bəylər üçün də bu onlayn alış-veriş saytında minlərlə çeşiddə məhsullar mövcuddur. Trend rənglərdən ibarət olan “Erkek” bölümündən istədiyiniz növdə geyimlər əldə etməklə yanaşı, onları tamamlayacaq ən özəl aksesuarları da sifariş edə biləcəksiniz.    LC Waikiki saytının özəlliklərindən biri də “Çocuk” və “Bebek” kateqoriyası üzrə minlərlə məhsulun təqdim edilməsidir. Ailənizin kiçik üzvlərini xüsusi olaraq düşünən LC Waikiki markasının saytındakı uşaq məhsulları keyfiyyəti ilə seçilir. Övladlarınızı bu saytın sizə təqdim etdiyi ən keyfiyyətli parçalarla sevindirə bilərsiniz. Belə ki, “Bebek” bölməsində 0-5 yaş arası uşaqlar üçün olan məhsullar,  “Çocuk” bölməsində isə 3-14 yaş arası uşaqlar üçün bol çeşidli və sərfəli qiymətli məhsullar sizə təqdim olunur.    LC Waikiki saytının “LCW Home” bölməsindəki məhsullarla eviniz üçün bir çox kateqoriyada olan məhsulları endirimli qiymətlərlə əldə edə bilərsiniz. Hal-hazırda bu kateqoriyada olan məhsullara 50 faizə qədər endirim təklif olunur. Qonaq otağı, yataq otağı, uşaq otağı, mətbəx və hamam üçün yüzlərlə məhsulu sifariş edərək evinizin əksiklərini tamamlamaq zamanıdır.  “LCW Green” bölməsindən isə qadın, kişi və uşaqlar üçün tam təbii pambıqdan hazırlanan məhsulları əldə edə bilərsiniz.  LC Waikiki markasının məhsullarını onlayn formada bir neçə yerdən seçə bilərsiniz. İlk növbədə LCWaikiki.com.tr saytına daxil olaraq müxtəlif kateqoriyada olan məhsulları səbətinizə əlavə edə bilərsiniz. Həmçinin saytın mobil tətbiqini yükləyərək saytdakı məhsullarla rahatlıqla tanış ola bilərsiniz. Bundan əlavə olaraq, Trendyol və Hepsiburada saytlarında da LC Waikiki məhsulları yolunuzu gözləyir https://www.lcwaikiki.com/tr-TR/TR Ən sevdiyiniz Türkiyə alış-veriş saytı olan LC Waikiki saytından seçdiyiniz məhsulları aşağıdakı qaydada Kargolux-la sifariş edə bilərsiniz. İlk növbədə LC Waikiki saytından qeydiyyatdan keçərək özünüzə hesab yaratmalısınız. Daha sonra hesabınızda ünvan olaraq bizim sizə təqdim etdiyimiz Türkiyə ünvanımızı qeyd edirsiniz. Əgər sifariş etmək üçün zamanınız yoxdursa, “sifariş et” xidmətimizdən yararlana bilərsiniz. Siz sadəcə linki yerləşdirirsiniz və biz sizin üçün məhsulu sifariş edirik. Sifariş verdiyiniz məhsul 3-5 gün ərzində yerli anbara daxil olur. 0.7 dollardan başlayan qiymətlərlə Türkiyədən onlayn sifarişləri gətirən yeganə karqo şirkəti Kargolux-dur və ən əsası maye və standart məhsul ayırmadan bütün məhsulları eyni tariflərlə çatdırır.   

Ətraflı #
# 3 il əvvəl

Bizi Youtube-də izləyin

Bizi Youtube-də izləyin

# kargolux.az
#

Trendyoldan Kargolux ilə birbaşa sifariş qaydası

# 12.04.2021
#

KargoLux ilə sifariş et xidməti

# 12.04.2021
#

Xəbərlər və yeniliklər

# 12.04.2021