Bəyannamə etmək məcburidir?
Türkiyədən sifariş verərkən ən mühüm hissə, sifariş verdiyiniz məhsulun gömrükdən keçməsidir. Karqo şirlətlərinin üzərinə düşən vəzifə Trendyol və ya digər türk onlayn ticarət saytlarının məhsulu qeyd edilən Türkiyə ünvanına təhvil verdikdən sonra başlayır. Xarici anbara düşən karqolarınızın qarşılaşdığı ikinci mərhələ isə gömrük məsələsidir. Bağlamanız gömrükdə olduğu zaman sizə Smart Custom yolu ilə mesaj göndərilir. Bağlamanızın gömrükdən keçməsi üçün sizin bağlamalarınızı bəyan etməyiniz məcburidir. Əks halda bağlamanız gömrükdən keçə bilməyəcəkdir. Bağlamanızı Smart Custom tətbiqindən və ya customs.gov.az saytından bəyan edə bilərsiniz. Bağlamanızı bəyan etdikdən sonra karqonuzun qarşılaşdığı digər mərhələ çeşidlənmə mərhələsidir. Çeşidləndikdən sonra bağlamanız 3 iş günü ərzində bakı ofisimizdə olacaqdır. Smart Customdan bəyannamə etməklə bağlı mesaj gəlmədikdə nə emək lazımdır? Sizə uzun bir müddət sonra hələ də bəyan etmənizlə bağlı mesaj gəlməyibsə, bu zaman karqo şirkətinin müştəri xidmətləri ilə əlaqə saxlamağınız tövsiyə olunur. KargoLux-un bu mövzuda üstünlüyü Digər karqo şirkətləri sizdən həm Smart Customda, həm də öz saytlarında bəyannamə etməyi tələb edərkən, KargoLux sizdən yalnız Smart Custom-da bəyannamə etməyinizi istəyir. Belə ki, bağlamalarınızı KargoLux ilə sifariş verdiyiniz zaman biz öz saytımızda olan bəyannamə hissəsini sizin yerinizə doldururuq. Bununla da sizin bağlamanızı sadəcə Smart Custom-da bəyan etməyiniz kifayət etmiş olur. “Sifariş et” xidmətində bəyannamə məsələsi Türkiyə saytları bank kartınızı qəbul etmədikdə və ya sifariş verməklə bağlı başqa çətinliklər çəkildiyi zaman “Sifariş et” xidmətimizdən istifadə edə bilərsiniz. Bu zaman siz sadəcə istədiyiniz məhsulun linkini bizə göndərir və ödəniş edirsiniz. Digər məsələləri biz həll edirik. Lakin məhsulunuz gömrükdə olduğu zaman bəyannaməni siz edirsiniz