Xəbərlər və yeniliklər

Madam Cocodan sifariş və çatdırılma

Madam Cocodan sifariş və çatdırılma

Madam Coco nə zaman yaranmışdır? Madam Coco 2011-ci ildə yaranan, lider ev tekstili və dekorasiya markasıdır. Türkiyə daxil olmaqla, 17 fərqli ölkədə 300-dən çox mağaza ilə fəaliyyət göstərən Madam Coco sektorun liderləri sırasındadır və günü-gündən böyüməkdə davam edir. Fransız ab-havasına uyğun dizayn olunan Madam Coco məhsulları keyfiyyətin və dəbin simvoludur. Siz də ilə Madam Coco sifariş və çatdırılma xidmətlərindən yararlanaraq evinizə fransız ab-havasını gətirə bilərsiniz. Madam Cocodan sifariş etməyə dəyərmi? Ev tekstili, hamam, mətbəx, süfrə, güzgü, plastik məhsullar, şəxsi baxım və kosmetika məhsulları kimi bir çox kateqoriyada xidmət göstərən Madam Coco müştəri ehtiyacı və gözləntiləri üzərinə fəaliyyət göstərir və hər sezonda trendləri özündə nümayiş etdirir. Eyni zamanda qlobal marka olmaq məqsədilə uğurla böyüyür və marka olma yolunda müvəffəqiyyətlə addımlayır. Madam Coco müştərilərinə həm mağazalarında, həm də onlayn alış-veriş saytında ziyarət zamanı özlərini evdəki kimi hiss etmələrini hər zaman təmin edir. Türkiyədən ev tekstili məhsulları sifariş etmək istəyən hər kəsin ağlına ilk olaraq gələn markalardan biri məhz Madam Coco-dur.  2019-cu ilin ən çox alış-veriş edilən marka olan Madam Coco həmçinin ən çox bəyənilən markalar arasında birinci yerə çıxmışdır.  Madam Coco tez-tez təqdim etdiyi möhtəşəm endirim kampaniyaları ilə müştərilərin diqqətini çəkir. Sizə hal-hazırda Madam Coco-da davam edən endirim kampaniyalarını təqdim edirik. Bu kampaniyalar ilə Madam Cocodan çatdırılma etməyə başlayın! Önəmli kampaniyalardan biri səbətdə yarı ödəmə kampaniyasıdır. Belə ki, 7 avqust tarixinə qədər davam edəcək bu kampaniya sizə səbətə əlavə etdiyiniz məhsullara görə 50% endirim kuponu təqdim edir. Bundan əlavə olaraq, 150 tl və bundan yuxarı məbləğdə alış-veriş edən zaman Türkiyə daxili karqo xidmətindən pulsuz yararlanmaq şansı qazanacaqsınız. Odur ki, həm zövqlü, həm də keyfiyyətli olan Madam Coco məhsulları sifariş əldə etməyə tələsin və ucuz karqo fürsətlərini qaçırmayın. Ev tekstili və dekorasiya ilə yanaşı büdcənizə uyğun brend Maviden sifariş və çatdırılma adlı bloqumuza nəzər yetirə bilərsiniz.

Ətraflı #
# 2 il əvvəl
Mavidən sifariş və çatdırılma

Mavidən sifariş və çatdırılma

Mavi nə zaman yaranmışdır? Mavi 30 ildən artıqdır ki, fəaliyyət göstərən Türk markasıdır. 34 ölkədə fəaliyyət göstərən mağazaları və onlayn alış-veriş saytı ilə lider markalardan biridir. Etibarlı brendlərdən sayılan Mavi düzgün qiymət strategiyası və keyfiyyətli məhsulları ilə seçilməkdə davam edir. İstehsal olunan məhsullar əsasən cins materialdan ibarət olur və hal-hazırda Mavi dünyanın ən yaxşı cins markalardan biridir.  Mavidən sifariş etməyə dəyərmi? Türkiyə markaları arasında ən yaxşılardan biri sayılan Mavi-nin onlayn alış-veriş ziyarətçisinin sayı 8 milyondan artıqdır. Modanı yaxından izləyən və dəblə geyinməyə çalışan  gənclərin seçimi hər zaman Mavi markasının keyfiyyətli geyimləridir. Mavinin ən böyük uğurlarından biri isə hər il 1milyondan artıq müştərinin markaya cəlb olunmasıdır. 2008-ci ildə böyük bir addım ataraq Mavi Jeans-dən Mavi-yə keçid strategiyasına başlayan marka cins şalvarda olan əvəzolunmaz liderliyi digər məhsullara da daşıdı. Belə ki, hal-hazırda geyim, aksesuar və bir çox kateqoriyada olan məhsulları da təqdim edir. Sevilən marka evinizin kiçik üzvlərini də unutmur. Uşaqlar üçün təqdim olunan kolleksiyalar hər zaman sevilir və alış-veriş rekordları qırır. Mavi-nin "Çok mu Çok Mavi’yiz" və "Çok mu Çok Modayız" kampaniyaları çox tanınmışdır və minlərlə insan bu kampaniyadan yararlanmışdır.   Endirimli kampaniyalar ilə Mavidən çatdırılma çox daha ucuzdur!   Sizə Mavi-nin alış-veriş saytından hansı kateqoriyalar üzrə məhsul əldə edə biləcəyinizi qeyd edirik. İlk öncə qeyd edək ki, sevimli markanız olan Mavi-də hal-hazırda sərfəli endirim kampaniyaları davam edir. Belə ki, qadın, kişi və həmçinin uşaq geyimlərinə 50%-ə qədər endirim tətbiq edilir. Bu endirimlər həm yay sezonu məhsullarına, həm də köhnə kolleksiyaya aid məhsullara şamil edilir. Bu endirimləri kargolux xidmətləri ilə fürsətə çevirin və alış-veriş edin ki, qarderobunuz rəngli və gözoxşayan olsun.   Ən sərfəli və ən ucuz kargo qiymətləri ilə Mavidən sifariş və çatdırılma etməyə tələsin!    

Ətraflı #
# 2 il əvvəl
Stradivariusdan sifariş və çatdırılma

Stradivariusdan sifariş və çatdırılma

Stradivarius - Geyim və Aksesuar Markası Stradivarius geyim və aksesuar markası olaraq bilinən, İspaniya moda qrupu olan Inditex-ə bağlı geyim brendidir. Əsasən gənclər üçün kolleksiyalar təqdim edən Stradivarius enerjinin və həyəcanın simvoludur. Özünəməxsus üslubu ilə seçilən bu marka gənclərin sevimli brendlərindən birinə çevrilmişdir. Dünyanın 60-dan çox ölkəsini əhatə edən Stradivarius 10 ildən artıqdır ki, onlayn platforma olaraq da fəaliyyətini davam etdirir. Bu markanın əsas fərqlərindən biri də daima yenilik axtarışında olmaları və mükəmməl olan parçaları təqdim etməkdir. Məhz buna görə də Stradivarius ən son trendlərə uyğun məhsullar təqdim edərək, könülləri sözün əsl mənasında fəth edir. Siz də Sərfəli Kargo Xidmətləri təklif edən Kargolux ilə Stradivariusdan sifariş etməyə başlaya bilərsiniz. Möhtəşəm Stradivarius məhsullarını əldə etməyin ən əla üsulu alış-veriş platformasına üz tutmaqdır. Belə ki, yeni yay kolleksiyası o qədər rəngarəng və möhtəşəmdir ki, alış-veriş etməyə “yox” deyə bilməyəcəksiniz. Alış-veriş etmək və qarderobunuzu Stradivarius-un əsrarəngiz parçaları ilə başdan yaratmaq zamanıdır.  Xüsusi endirimlərlə Stradivariusdan sifariş etməyə tələsin! Stradivarius-un alış-veriş saytında hal-hazırda 50%-ə qədər endirim kampaniyası davam edir. Yay kolleksiyasının ən rəngarəng parçalarını əldə etmək artıq çox sərfəli olacaq.  Saytın əsas özəlliklərindən biri də sayta yeni gələn məhsulların ayri kateqoriyada yer almasıdır. Belə ki, bu özəllik sayəsində sayta daxil olduqdan sonra yeni gələn məhsulları asanlıqla tapmaq olur. Bu da birbaşa olaraq müştəri məmnuniyəti yaradır və loyallığa təsir edən amillərdən hesab olunur.  Saytın digər özəlliklərindən biri də yeniyetmələr üçün geyimlərin ayrıca kateqoriyada yer almasıdır. Bilirik ki, adətən bu yaş aralığında olan gənclər həm zövqlərinə, həm də yaşlarına uyğun geyim tapmaqda çətinlik çəkirlər. Stradivarius bu baxımdan da bir addım öndədir. Stradivariusdan çatdırılma bizdən olsun! Alış-veriş saytının özəllikləri bunlarla da bitmir. İdman tərzində olan geyimlər sayt ziyarətçilərinin daha rahat tapması üçün ayrı bir başlıq altında təqdim edilir. Bu da insanların vaxt itkisi yaşamamasına səbəb olur və müştəri məmnuniyyəti yaradır.  Səbətinizi doldurun, sifarişləriniz Stradivariusdan çatdırılma isə bizdən olsun!  Trendyol ilə əməkdaşlığını davam etdirən bu brendi elə adı çəkilən onlayn alış-veriş saytından da sifariş edə bilərsiniz. Əgər necə edəcəyinizi bilmirsinizsə, Trendyoldan necə sifariş edə bilərik? bloqumuzu oxuya bilərsiniz.    

Ətraflı #
# 2 il əvvəl

Bizi Youtube-də izləyin

Bizi Youtube-də izləyin

# kargolux.az
#

Trendyoldan Kargolux ilə birbaşa sifariş qaydası

# 12.04.2021
#

KargoLux ilə sifariş et xidməti

# 12.04.2021
#

Xəbərlər və yeniliklər

# 12.04.2021