Xəbərlər və yeniliklər

Türkiyədən çimərlik geyimi sifarişi

Türkiyədən çimərlik geyimi sifarişi

Dəniz, qum və günəş... Yay mövsümünün bütün şövqündən, enerjisindən və rənglərindən həzz alacağınız zaman, çimərliklərdə bikini zərifliyinizlə gözləri üzərinizə çevirin və Türkiyədən sifariş edərək bikini kolleksiyasında axtardığınız ideal bikinini tapın. Sifariş verdiyiniz bikininin ucuz karqo tarifi ilə çatdırılmasını isə Karqoluxa etibar edin. Türkiyədən Çimərlik Geyimi Sifarişi Klassik üçbucaqlı bikini modellərindən, kolleksiya bikini modellərinə qədər bikini dünyasında axtardığınız hər şeyi Türkiyə alış-veriş saytlarında eksklüziv məhsulların yer aldığı hərtərəfli bikini kolleksiyasında tapa bilərsiniz.  Türkiyədən Bikini Sifarişi Başladı! Yayın yaxınlaşması ilə rəflərdə yeni çimərlik geyimi trendləri öz yerini tutmağa başladı. Mövsümün trendləri deyir ki, bu il minimaldan uzaq, rəngli naxışlar və dinamik dizaynlar bizi gözləyir! Yüksək belli bikiniləri, heç vaxt dəbdən düşməyəcək bəbir bikiniləri və keçmişdən bu günə möhtəşəm geri dönüş yaradan strapless bikini modellərini kəşf etməyə başlayın! Metallik, neon və parlaq rənglər və kəskin həndəsi formalar bu mövsümün dizaynlarında iz buraxan detallar arasındadır. 2022 Trend Çimərlik Geyimi Modelləri İsti yay günlərində istirahət çantanızın vazkeçilməz hissələrindən biri də çimərlik paltarıdır. Bu mövsüm çimərliklərdə etnik naxışlı və canlı rəngli çimərlik geyimlərini görəcəyik!  Asimmetrik kəsikləri və fərqli çap modelləri ilə çimərlik geyimi modellərin dəbin zirvəsindədir.  Mayo seçiminizi naxış olaraq heyvan naxışını seçməyi tövsiyə edirik. Yüksək bel bikini altları ilə straplez topların birləşməsindən ibarət çimərlik paltarı modellərinə böyük maraq gözlənilir.  Həmişə olduğu kimi, çimərlik geyimi modellərində məxmər zəriflik vazkeçilməzdir. Dəbli çimərlik geyimləri arasında ən çox diqqət çəkən uzunqol çimərlik geyimi modelləri idman görünüşü ilə yanaşı, canlı bir üsluba malikdir.   Çimərlik geyimləri üçün hansı materiallar uyğundur? Bədəninizin daha gözəl görünməsi üçün çimərlik paltarının seçimi mühüm məsələdir. Xlor, duzlu suya və günəşə davamlı keyfiyyətli materialları seçin. Parça bədəninizə yapışmalı, elastik olmalı, tez qurudulmalı və çox nazik olmamalıdır. Seçdiyiniz çimərlik geyimi və ya bikini həm bədən tipinizə, həm bədən nisbətlərinə, həm də dəri rənginizə uyğun olarsa, çox daha cəlbedici və gözəl görünə bilərsiniz. Türkiyədən onlayn çimərlik geyimləri sifariş edə biləcəyiniz saytlar : Trendyol - Fərqli brendlərdəki rahat, qəşəng və qalıcı, naxışları ilə diqqət çəkən Trendyol bikini modellərinə baxmağı unutmayın. Bu mövzuda sizə ən bol çeşidli məhsulları bu alış-veriş saytı təqdim edəcək. Yargıcı Oysho Koton LC Waikiki Penti Tommy Hilfiger H&M Sizə təqdim etdiyimiz Məşhur Markaların Yeni Kolleksiyaları ilə sifarişlərinizi rahatlıqla seçə bilərsiniz.    

Ətraflı #
# 2 il əvvəl
Türkiyədən baxım məhsullarının sifarişi

Türkiyədən baxım məhsullarının sifarişi

Bildiyimiz kimi, Türkiyədən məhsulları onlayn sifariş etmək artıq daha da asanlaşıb. Sifariş verənlərin əksəriyyəti qadınlar olduğundan ölkəmizə çatdırılan məhsullar arasında makyaj və baxım məhsullarının  xüsusi  yeri var. İl ərzində xanımların ən çox pul xərclədiyi alış-verişlərdən biri də kosmetika, baxım məhsulları alış-verişləridir. Türkiyədən baxım məhsulları sifarişi başladı! Türkiyədən baxım məhsulları sifariş etmək, sizin üçün həm qiymət, həm də keyfiyyət baxımından çox uyğundur. Bu baxım məhsullarına üz və əl kremləri, saç üçün baxım ləvazimatları, hər növ makiyaj məhsulları aiddir. Türkiyədən sifariş etdiyiniz bütün məhsullar orijinal və sərfəli qiymətədir və Türkiyənin alış-veriş saytlarından ucuz karqo tarifləri ilə ölkəmizə rahatlıqla sifariş edə bilərsiniz. Türkiyə kosmetik onlayn alış-veriş saytları aşağıdakılardır: Trendyol- Çoxumuz demək olar ki, geyimdən kosmetikaya qədər, hər şeyi Trendyol alış-veriş saytından sifariş edirik. Trendyolda baxım məhsullarının müxtəlif növləri mövcuddur. Burada siz istənilən rəngdə, formada, qiymətdə baxım məhsullarını rahatlıqla tapa bilərsiniz. İlin bir çox aylarında endirimlərin olduğu bu saytda həm qadın, həm də kişi üçün baxım məhsulları mövcuddur. Gratis- Türkiyənin ən böyük onlayn  məhsullarının satıldığı platformadır. Siz baxım üçün lazım hər növ məhsulları sifariş edə bilərsiniz.  Kozmela- Kosmetika məhsullarını ala biləcəyi saytlardan biri də bu saytdır.  Lorealparis- L'Oréal qərargahı Parisdə yerləşən və hazırda dünyanın ən böyük kosmetika istehsalçısı olan Fransız istehlak malları qrupudur. Şirkət L'Oréal Paris, Garnier, Maybelline Jade, Essie, Softsheen Carson və NYX Cosmetics kimi brendlərin sahibidir. Nivea- Dəriyə və bədənə qulluq üçün dünyanın ən yaxşı kosmetika markalarından biridir. Nivea Almaniyanın Hamburq şəhərində yerləşən Beiersdorf Global AG şirkətinə məxsusdur. Şirkət 28 mart 1882-ci ildə Paul Carl Beiersdorf tərəfindən təsis edilmişdir. 1980-ci illərə qədər, demək olar ki, dünyanın bütün ölkələrində fərdi qulluq mağazalarında əsas markalardan birinə çevrilməyi bacardı.  Garnier- Məhsulları Yaxın Şərq bazarında ən çox seçilən fərdi qulluq markaları arasındadır. Xüsusilə saç baxımı sektorunda dünya trendlərini istiqamətləndirir.  Mac- Şirkət ümumilikdə makiyaj sənayesində ən yaxşı brendlər sırasındadır. Dünyaca məşhur şirkətin bütün məhsulları Türkiyədə, xüsusilə də lüks şəxsi baxım mağazalarında mövcuddur.  Maybelline- Baş ofisi ABŞ-ın Nyu York şəhərində yerləşən Amerika çoxmillətli kosmetika, dəriyə qulluq, ətir və fərdi qulluq şirkətidir. 1914-cü ildə Çikaqoda yaradılıb və 1996-cı ildən Fransanın L'Oréal kosmetika şirkətinin törəmə şirkəti kimi fəaliyyət göstərir. Bundan əlavə Trendyol Collection Endirimləri ilə dəbli geyimlərdən həzz ala bilərsiniz.    

Ətraflı #
# 2 il əvvəl
E-manat terminalı ilə daşınma haqqını ödəmək qaydası

E-manat terminalı ilə daşınma haqqını ödəmək qaydası

Hər zaman müştəri məmnuniyyəti bizim üçün çox önəmli faktorlardan biri olmuşdur. Xidmət səviyyəsini ən üst səviyyədə saxlayaraq, müştərilərimizin sifarişlərini daha rahat və təhlükəsiz həyata keçirmələrini təmin etmək əsas prioritetimizdir. E-manat terminalı ilə ödəniş imkanı! Dəyərli Kargolux müştəriləri, sizin üçün ən yaxşısını etmək məqsədilə E-manat terminalı vasitəsilə onlayn ödəniş etmək imkanını aktiv etdik. Artıq E-manat terminalı vasitəsi ilə həm tl, həm də azn balansınızı artıraraq, sifarişlərinizi verə, daşınma haqqını rahatlıqla ödəyə bilərsiniz. E-manat terminalı ilə balansı necə artırmaq olar? Bunu sizə mərhələ-mərhələ aşağıdakı sıralamada izah edəcəyik. E-manat terminalının əsas menyusundan ikinci səhifəyə keçməlisiniz. Əsas menyunun ikinci səhifəsinə keçdikdən sonra “Karqo xidmətləri” bölməsi qarşınıza çıxacaq və bu bölməyə tıklayırsınız. Açılan yeni səhifədən Kargolux-un üzərinə tıklamalısınız. Yeni səhifədə qarşınıza “AZN balansı” və “TL balansı” hissəsi çıxacaq. Tl və ya azn balansınızı artırmaq istəyinizdən asılı olaraq, seçim edərək tıklayırsınız. Daha sonraki səhifədə müştəri kodunuzu daxil edərək, irəli düyməsinə toxunursunuz. Açılan sonuncu səhifədə məbləği daxil edirsiniz və ödənişi həyata keçirirsiniz. Göründüyü kimi, E-manat terminalı ilə balansın artırılması olduca rahat və vaxt itkisinə yol verməyən üsullardan biridir.  Elə isə nəyi gözləyirsiniz, " Mavidən sifariş ", " Stradivariusdan sifariş " kimi məşhur markalardan sifarişlərinizə elə indi başlayın.  

Ətraflı #
# 3 il əvvəl

Bizi Youtube-də izləyin

Bizi Youtube-də izləyin

# kargolux.az
#

Trendyoldan Kargolux ilə birbaşa sifariş qaydası

# 12.04.2021
#

KargoLux ilə sifariş et xidməti

# 12.04.2021
#

Xəbərlər və yeniliklər

# 12.04.2021