# 2 il əvvəl

Türkiyədən telefon aksesuarları sifariş edə biləcəyiniz saytlar

Türkiyədən sifariş : Telefon aksesuarları

Gündəlik fəaliyyətimizin demək olar ki, hər bir hissəsində telefondan istifadə edirik. Texnologiya inkişaf etdikcə və yeni telefon modelleri istehsal olunduqca, telefon aksesuarlarına da tələbat artmaqdadır.

Aksesuarlar geyiminizi tamamladığı kimi, günümüzdə telefonların da tamamlayıcı bir parçasıdır. Mobil telefonlar üçün bir-birindən fərqli aksesuarlar mövcuddur. Telefon aksesuarlarının bəziləri telefonun xarici görünüşünü dəyişirsə, bəziləri də telefondan istifadəni rahatlaşdırır. Telefonunuzu aksesuarlarla dəyişdirə və tamamlaya bilərsiniz. Telefon aksesuarlarının  çeşidləri gündən-günə artmaqdadır.

Kabrolar-Bu kateqoriyanın ən başında telefon kabroları gəlir. Kabroların əsas rolu telefonu zədələnmədən qorumaqdır. Telefonunuzun daha uzunömürlü olmasını istəyirsinizsə, ilk növbədə telefon kabrosundan istifadə etməlisiniz. Telefonun xarici görünüşü üçün də kabroların önəmi vardır. İstədiyiniz rəngdə və dizaynda kabrolardan istifadə edərək, telefonunuzu zövqünüzə uyğun dəyişdirə bilərsiniz.

Qulaqcıq- Telefon üçün olmazsa olmaz aksesuardır. Musiqini və ya səsi rahat şəkildə dinləmək istəyirsinizsə, qulaqcıq ilk almalı olduğunuz telefon aksesuarı olmalıdır. Texnologiyanın inkişafı ilə qulaqcıq çeşidləri də günü-gündən artmaqdadır. Hər zövqdə və keyfiyyətdə qulaqcıq əldə edə bilərsiniz. Sadə(naqilli) və ya son illərdə istehsal olunan bluetooth(naqilsiz) qulaqcıqlar seçimlərinizdən biri ola bilər. Hər ikisinin mənfi və müsbət yanları var ki, siz ehtiyacınıza uyğun olanını seçə bilərsiniz. 

Qoruyucu şüşə və örtük- İstənilən telefon modelinə uyğun şəkildə istehsal olunur. Bundan başqa, telefonunuzun rənginə uyğun seçmək şansınız da vardır. Qoruyucu və örtüklərin rolunun necə mühüm olduğunu isə deməyə ehtiyac yoxdur. Telefonu zədələrdən qorumaq üçün ən effektiv üsullardan biridir.

Telefon üçün tutacaq- Ən vacib telefon aksesuarlarından biri olan tutacaqları müxtəlif ölçüdə və dizaynda əldə edə bilərsiniz. Avtomobil idarə edən şəxslər üçün iki qat önəmli aksesuardır. Çünki avtomobil idarə edərkən telefondan daha rahat istifadəni təmin edir.

Selfie çubuğu- Xüsusilə ön kameralı telefonlar istehsal olunduqdan sonra aktuallığı artmış  telefon aksesuarıdır. Şəkil çəkməyi sevirsinizsə və şəkillərinizin daha keyfiyyətli görünməyini istəyirsinizsə, selfie çubuğu almalısınız.

 Sərfəli qiymətə və tez bir zamanda bu kateqoriyada olan məhsulları əldə etmək istəyirsinizsə, onlayn alış-veriş sizin üçün ideal seçim olacaqdır. Türkiyə saytlarında minlərlə çeşiddə telefon aksesuarları qarşınıza çıxacaqdır. 

Trendyol

Trendyol - Online Shopping on the App Store

Trendyol-300 milyondan çox məhsul çeşidi ilə onlayn alış-veriş edənlərin xidmətindədir. İstədiyiniz zövqdə və ölçüdə telefon aksesuarlarını bu saytda çox rahatlıqla tapa və sifariş edə bilərsiniz.

https://www.trendyol.com/telefon-aksesuarlari-x-c1190

Hepsiburada

See the source image

Telefon aksesuarları sifariş etmək istəyirsinizsə, digər seçimlərinizdən biri mütləq Hepsiburada saytı olmalıdır. Türkiyənin ən böyük onlayn alış-veriş saytlarından biri olan Hepsiburada-dan telefonunuz üçün istənilən növdə aksesuar seçmək imkanına maliksiniz.

https://www.hepsiburada.com/cep-telefonu-aksesuarlari-c-371967

N11

Site: N11 - iyisayfa.com

“Hayat sana gelir” sloqanı ilə illərdir ki, Türkiyənin onlayn alış-veriş saytları arasında ilk sıralarda yer alır. Müştəri məmnuniyyətini artırmaq üçün  tez-tez bu saytda endirim kompaniyaları keçirilir ki, bu kompaniyalar adətən telefon aksesuarları üçün də keçərli olur.

https://www.n11.com/telefon-ve-aksesuarlari

Mediamarkt

https://www.mediamarkt.com.tr/tr/category/_telefon-aksesuarlar%C4%B1-640521.html

Cepsesuar

CEPSESUAR COLOR KILIF - YouTube

https://www.cepsesuar.com/

Mobilcadde

MobilCadde.com / Cep Telefonu Kılıf ve Aksesuarları

 

https://www.mobilcadde.com/