# 2 il əvvəl

Türkiyədən ayaqqabı sifarişi

Türkiyədən sifariş : Ayaqqabı

Türkiyədən onlayn alış-veriş etməyi düşünürsünüzsə, qarderobunuzun ən lazımlı parçalarından biri olan ayaqqabıları unutmamalısınız. Türkiyədən ayaqqabı sifarişi hər fəsildə cinsindən, zövqündən və stilindən asılı olmayaraq hər kəs üçün əvəzolunmaz seçim ola bilər. İstər qadınlar istərsə də, kişilər üçün ayaqqabı digər geyim növləri və aksesuarları qədər vacib detaldır. Xususilə qadınlar üçün ayaqqabı əvəzolunmaz qarderob parçasıdır. Qadınlar ayaqqabı seçərkən bir ayrı özənli və diqqətli olmağa çalışırlar. Çünki ayaqqabılar qadınların dostu kimidir. Bu da qadınların stilinin tamamlanmasında ayaqqabıların rolunu bir daha bizə xatırladır. Türkiyədən onlayn ayaqqabı sifarişi verməklə qarderobunuzun ən önəmli hissəsini təşkil edən ayaqqabılarınızı yeniləyə bilərsiniz. Bəs Türkiyədən ayaqqabı sifarişi verərkən hansı detallara diqqət yetirməliyik?

Shoes: There's Always Room for One More Pair | Visual Broadcast 10 Sock Sneakers - Best Sock Sneakers

Türkiyədən ayaqqabı sifarişi verərkən əsas diqqət edilməli nüanslar aşağıdakılardır:

Rahat olması- Ayaqqabının rahat olması sizin də rahat hiss etmənizə səbəb olacaqdır. Rahatlığınıza düşkünsünüzsə, o zaman dikdaban ayaqqabılardan uzaq durmalısınız. Dikdaban ayaqqabıların görüntüsü hər nə qədər gözoxşayan və çəkici olsa da, rahatlıq baxımından heç əlverişli deyil. Rahatlığını ön planda tutan insanlar üçün ən əlverişli seçim idman ayaqqabılarıdır. Gündəlik həyatınızda rahatlıqla bu kateqoriyada olan ayaqqabılara müraciət edə bilərsiniz. 

Keyfiyyətli olması- Onlayn alış-veriş zamanı geyim və aksesuarlar kimi ayaqqabıların da keyfiyyətinə xüsusi diqqət ayrılmalıdır. Ayaqqabının dayanıqlı olması onun keyfiyyətinin də yuxarı olduğunu göstərən əsas amildir. Dəri materialdan olan ayaqqabılar daha keyfiyyətli hesab olunur. Lakin bu kateqoriyadan olan ayaqqabıların qiyməti nisbətən yüksək olur. Keyfiyyət baxımından isə çox məsləhətlidir.

Türkiyədən ayaqqabı sifariş verərkən daha çox qadınların diqqət etdiyi önəmli nüanslardan biri də dəblə uyğun olmasıdır. Bəs görəsən 2022-ci ildə hansı model ayaqqabılar dəbdə olacaq?

7 Footwear Styles Every Man Should Own | FashionBeans

Minimalizm hər il olduğu kimi bu ildə ön planda olacaqdır. Odur ki, Türkiyədən ayaqqabı sifariş verdiyiniz zaman nisbətən sadə ayaqqabıları seçməyə üstünlük verin. Sadəlik hər il olduğu kimi bu il də aktuallığını qoruyub saxlayır. 2022-ci ilin trend rənglərindən biri də torpaq tonları olacaqdır. Bu tonlarda ayaqqabı sifariş verərək qarderobunuzu 2022-ə uyğun tamamlaya bilərsiniz. Ağ, qara və boz rəngdə olan idman ayaqqabıları ötən il olduğu kimi bu ildə dəbdə olacaqdır. Xüsusilə yaz və yay aylarından bu rənglərdə olan ayaqqabılardan istifadə etməkdən çəkinməyin.

Türkiyədən rahatlıqla ayaqqabı sifariş verə biləcəyiniz ən məşhur və etibarlı saytları sizin üçün bir araya topladıq

Trendyol

Trendyol için Android - Uptodown'dan APK'yı indirin

Bu sayt onlayn alış-veriş sevən insanların bir nömrəli seçimidir. Türkiyədən ayaqqabı sifariş etmək istəyən stilindən və zövqündən asılı olmayaraq hər bir kəsin seçimi məhz Trendyol saytı ola bilər. Bu saytın əsas üstünlüyü istənilən kateqoriyada bol çeşidin və sərfəli qiymətlərin olmasıdır. Müştəri sevgisi və məmnuniyyəti qazana bilmək bu saytın əsas məqsədlərindən biridir. Zövqünüzə və büdcənizə uyğun ayaqqabıları bu Türkiyə saytından əldə edə bilərsiniz.

https://www.trendyol.com/

 

Flo

Flo'nun Yapay Zeka Projesi Flo Wise Ayakkabı Sektörünün Önemli Sorunlarına  İlaç Olacak | Akıllı Fabrikalar

Türkiyədən ayaqqabı sifarişi dedikdə, alış-veriş sevənlərin ağlına gələcək ilk saytlardan biri olacaq. İdman, klassik və s. tərzdə olan ayaqqabılar ən uyğun qiymətə Flo saytından seçə  bilərsiniz. Flo-nun keyfiyyətli ayaqqabı kolleksiyası ilə geyimlərinizi tamamlamağın əsl vaxtıdır. Hal-hazırda bütün qış məhsullarına 60 faiz endirim tətbiq olunur ki, qarderobunuzun ən önəmli parçası olan ayaqqabıları sərfəli qiymətə əldə edə bilərsiniz.

https://www.flo.com.tr/

Derimod

List of online shopping sites

Dəri ilə modanı birləşdirən mağaza məhz Derimod-dur. Bu Türkiyə alış-veriş saytının digərlərindən əsas fərqi məhz ayaqqabıların dəri materialdan istehsal olunmasıdır. Türkiyədən ayaqqabı sifariş edərkən siz keyfiyyətli məhsul seçməyə özən göstərirsinizsə, o zaman heç düşünmədən seçiminiz bu sayt olmalıdır.

 https://www.derimod.com.tr/

Nişantaşı shoes

NISANTASI SHOES Influencers | NISANTASI SHOES Influencer Marketing Data

https://www.nisantasishoes.com/en

Ayakkabı Dünyası

Ayakkabi Dunyasi | Brands of the World™ | Download vector logos and  logotypes

https://www.ayakkabidunyasi.com.tr/

Ayakkabı Online

Ayakkabı Online indirim kodu Kasım 2021 | indirimkuponum.net

https://www.ayakkabionline.com/