# 2 il əvvəl

Türkiyədən sərfəli, sürəti və etibarlı karqo

Bəşəriyyət tarixindəki son 1 əsrdəki inkişaf demək olar ki, inanılmaz səviyyədir. İnsanlar həyatımızdakı bu qədər inkişafa bəzən ayaq uydurmaqda çətinlik çəkirlər. Bir zamanlar insanlara çox çətin gələn şeylər artıq gün keçdikcə daha da sadələşməkdədir. Bunu istənilən sektorda görmək mümkündür. Təbii olaraq bu sektorlardan biri də karqo sektorudur. Əvvəllər insanlar eyni ölkə daxilində belə bir şəhərdən başqa şəhərə bir məhsul göndərərkən o məhsulun çatması ən az 7-10 gün ərzində çatdırılma olurdu. Daha sonra bu çatdırılmalar ölkə daxilində daha da aşağı düşdü. Lakin son illərə qədər ölkə xaricindən bir məhsulun bizim ölkəmizə çatdırılması hər zaman problem olurdu. Təbii ki, qeyri-professional şirkətlər və ya fərdi daşınmalar sayəsində olan bu çatdırılmalar vətəndaşlarımıza əlavə problemlər yaradırdı.

Türkiyədən online alış-veriş artıq asandır

Ancaq artıq bu problemlər sona çatdı. Bir neçə il əvvəl qurulan karqo şirkətləri Türkiyədən Azərbaycana karqo çatdırılması məsələsində böyük bir problemi aradan qaldırdı desək, yanılmarıq. Təbii ki, ilk başda verilən sifariş sayıları az idi. İnsanlar tam olaraq bu tərəqqi mərhələsinə hələ də inana bilmirdilər. “Necə ola bilər ki, Türkiyənin hər hansı bir saytından sifariş verilir və bunu Azərbaycanın hər hansı bir şirkəti evimizə qədər gətirib , çatdırır?” Bütün bu  tip suallar zamanla öz cavabını tapdı və vətəndaşlarımız artıq Türkiyədən onlayn alış-veriş mövzusuna artıq inanmağa başladılar.

Bununla yanaşı, ölkəmizdə Türkiyədən Azərbaycana karqo daşınmaları edən karqo şirkətləri yaranmağa başladı. Və bunların arasında sözsüz ki, Kargolux artıq öz yerini tutdu. Hər zaman müştərilərini düşünən və onlara ən yaxşı dəyəri verən Kargolux Türkiyədən Azərbaycana karqo çatdırılmalarını ən ucuz tarifdən etməkdədir. Sərfəli tarifi, sürəti və etibarlılığı ilə müştərilərini daima razı salan Kargolux maye ve standart məhsulları eyni tarif üzərindən daşımaqdadır.

Kargolux-ucuz, sərfəli və sürətli karqo

Türkiyədən verdiyiniz sifarişlər gec gəlirsə, bahalı tariflərdən bezmisinizsə, karqo şirkətiniz sizin üçün istədiyiniz məhsulu sifariş etmirsə, işinizin çoxluğundan məhsulunuzu karqo şirkətinin ofisindən götürməyə vaxtınız yoxdursa deməli sizin artıq karqonuzu dəyişmək vaxtınız gəlib. Yuxarıda qeyd edilən problemlərdən bezmisinizsə, artıq Kargolux-a keçməyin tam zamanıdır. 

Türkiyədən Azərbaycana verdiyiniz sifarişlərin sürətli, sərfəli və zamanında çatdırılmasını istəyirsinizsə, elə indi Kargolux.az saytında qeydiyyatdan keçin, alış-verişdən zövq alın.