Türkiyədən ətir və kosmetika sifarişi
Türkiyədən kosmetika və parfüm sifarişi etmək necə olur?
Xarici ölkələrdən kosmetika sifariş etmək xanımların marağında olan bir mövzudur. Gözəlliyinə və dərisinin qayğısına qalmaq istəyən xanımlar üçün kosmetika və parfüm məhsullarının münasib qiymətlə onlayn sifarişinin əvəzsiz olan məkanı Türkiyənin onlayn alış-veriş platformalarıdır. Onlayn alış-verişi sevən xanımlar istədikləri məhsulun Azərbaycandakı və Türkiyədəki qiymətini qarşı-qarşıya gətirdikləri zaman Türkiyədən kosmetika sifarişinin daha sərfəli olduğu qənaətinə gələ bilərlər. Eyni zamanda məhsulun orjinallığı da göz önündə tutulduqda Türkiyədən onlayn alış-veriş daha çox marağa səbəb olur.
Bəzən insanlar ətir qoxusunun uzun müddətli qalıcı olmamasından şikayətlənir. Bu səbəbdən insanlar parfüm alarkən maksimum dərəcədə diqqətli olmağa çalışırlar.
Türkiyənin onlayn alış-veriş platformaları
Bu səbədən insanlar daha çox Türkiyənin onlayn alış-veriş saytlarından məhsul sifariş edirlər. Uyğun qiymətə həm parfüm, həm də makiyaj sifariş etmək üçün Türkiyənin onlayn alış-veriş platformaları bunlardır:
Sephora
Türkiyənin ən məhşur onlayn kosmetika və parfüm mağazasıdır. Fransız markası olan bu brend məhsullarının üstün keyfiyyəti və qalıcılığı ilə bir çox ölkədə fəaliyyət göstərir.
Watsons
Digər onlayn platformalardan fərqli olaraq, Watsons saytını sadəcə kosmetika məhsulları əhatə edir. Lakin zövqünüzü oxşayan ətri seçmək üçün “Parfüm və deodorant” bölməsinə keçid edərək istəyiniz məhsulu əldə etmək imkanınız var.
Gratis
Bu markanın kosmetika və şəxsi baxım məhsulları hər kəsin büdcəsinə uyğun olaraq yaradılmışdır. Eyni zamanda qeyd edək ki, Gratis-in “Kampaniyalar” bölməsində müxtəlif brendlərə məxsus eynəklər, laynerlər, tonal kremləri daha münasib qiymətə tapa bilərsiniz.
Trendyol
Türkiyənin ən məhşur onlayn platformalarından biridir. Burada xüsüsi olaraq kosmetika və parfüm sifarişi aktiv mövqe daşıyır. Saytda Avon, Mac, Bioderma və s. kimi markalardan sifariş edərək makiyaj və parfümlərin keyfiyyətinə şahid ola bilərsiniz.
Kosmetika və parfüm sifarişi etmək üçün:
Bizim saytdan qeydiyyatdan keçirsiniz.
Daha sonra kosmetika məhsulunu sifariş etmək istədiyiniz Türkiyənin onlayn alış-veriş saytında öz şəxsi kabinetinizi yaradırsınız.
Sifariş etmək istədiyiniz məhsulu seçərək səbətə əlavə edirsiniz.
Daha sonra aldığınız məhsulun ödənişini həyata keçirirsiniz və sonda məhsul sifarişi tamamlandıqdan sonra sizin e-mail ünvanınıza məhsulla bağlı faktura gələcək.
Kargolux ilə sürətli çatdırılma
Kargolux ilə Türkiyədən onlayn alış-verişlərinizi daha sərfəli edin. Sürətli karqo şirkəti olan Kargolux öz müştəriləri üçün hər zaman mükəmməl xidmət göstərməkdə davam edir.
Onlayn alış-veriş sevənlər kosmetika və parfümlər maye halında olduğu üçün çox zaman çatdırılma xərcinin çox olacağından nigaran qalırlar. Kargolux-un bununla bağlı da sərfəli xidmətləri mövcuddur. Belə ki, sevimli karqonuzda maye və standart məhsul tarifləri bərabərdir. Yəni istədiyiniz məhsulları elə bildiyiniz tariflər ilə sifariş edə bilərsiniz. Siz də Türkiyənin onlayn alış-veriş saytlarından sifariş verdiyiniz məhsulların Azərbaycana sürətli və sərfəli tariflərlə çatdırılmasını istəyirsinizsə, indi qeydiyyatdan keçərək alış-verişdən zövq alın.