Türkiyədən kosmetika sifarişi
Türkiyədən kosmetika sifarişi necə vermək olar?
Daim gözəl görünmək istəyən və özünə qulluq etməkdən hər zaman həzz alan xanımlar Türkiyədən kosmetika sifarişi ilə olduqca yaxından maraqlanırlar. Onları buna vadar edən isə, Türkiyənin onlayn alış-veriş saytlarından alınan kosmetika məhsullarının sərfəli və keyfiyyətli olmasıdır. Trendyol kimi onlayn mağazalardan sifariş verdikdə, mağazanın özündən sifariş verdiyimiz üçün yerli mağazaların satış qiymətləri ilə müqayisədə gözlə görünən dərəcədə fərq olduğunu anlamış oluruq.
Trendyol-dan kosmetika sifarişi vermək fikriniz varsa, yazımızı oxuyaraq hansı markalardan necə məhsulların sifarişinin həm münasib, həm də daha yaxşı seçim olacağı haqqında kifayət qədər məlumat sahibi olacaqsınız.
Kosmetika markaları
Dəriyə qulluq
Bir çox qadın həssas dəri tipinə sahibdir. Buna görə də dəriyə qulluq ləvazimatları sifariş etməyə çəkinər, həssas dərisinə zərər verər deyə qorxur. Qeyd edəcəyimiz dəriyə qulluq üçün məhsullar satan markalar, müştəri məmnuniyyəti ilə ad qazanmış markalardır. Bunlara, Missha, CeraVe, Selin Beauty, Skinfood, FaceLab, W-Lab Kozmetik, Neutrogena, Nivea, The Ordinary.
Saçlara qayğı
Tez-tez tökülən, kəpəkli saçlar bir çox insanın ortaq dərdidir. Bu kimi problemlərlə qarşılaşmamaq üçün saçlarımıza qulluq etməliyik. Qulluq zamanı bizə müəyyən məhsullar lazım olur. Bu məhsulları keyfiyyət və sərfəli qiymətlə Türkiyədən almaq mümkündür. Qeyd olunan markalar saçlarınıza keyfiyyətli qulluğu bəxş edəcək: HC Care, Dove, Nascita, Urban Care, Ashley Joy, Motto Plus.
Ətir və antiperspirant
Türkiyədən kosmetika sifarişi adı altında demək olar ki ən çox sifariş verilən məhsul, ətirdir. Trendyol-dakı ən yaxşı parfümeriya mağazaları isə bunlardır: Emotion, Avon, Nivea, Rexona, Orfilame, Privacy.