# 2 il əvvəl

Türkiyədən ətrin gəlsin

Sərfəli və keyfiyyətli ətirlərin ünvanı

Türkiyənin müxtəlif onlayn alış-veriş saytlarından istifadə etdiyiniz ətiri münasib qiymətə və yüksək keyfiyyətlə sifariş edə bilərsiniz. Ətirləri birbaşa mağazadan sifariş etdiyiniz üçün qiyməti sizə olduqca münasib gələcək. Sifarişlərinizin Türkiyədən sürətli və sərfəli tariflərlə çatdırılmasını istəyirsinizsə, Kargolux.az-a müraciət edə bilərsiniz.

 

Bir çox insan ətirlərin qısa müddətli qalıcılığından və ya dəridə uzun müddət qalmamasından şikayət edir. Bloqun əvvəlində ətir istifadəsi ilə bağlı suallar və şikayətlər tərəfimizdən cavablandırılıb. Həmçinin sərfəli və keyfiyyətli ətirləri hansı alış-veriş saytlarından sifariş etmək olar sualı da artıq sizi narahat etməyəcək. İlk öncə ətir seçərkən nələrə diqqət edilməli olduğuna nəzər salaq. Bloqun sonunda isə ətir alış-verişi üçün Türkiyənin ən ideal onlayn saytları sizin üçün sıralanıb.

 

Ətir seçərkən nələrə diqqət etmək lazımdır?

Sizə yaraşan paltarı seçmək qədər doğru ətirlərin seçimi də vacibdir. Ətirlərin hər dəridə fərqli duruşu var. Geniş yayılmış bir fikir olan dəri rənginə görə ətir seçmək məfhumunu unudun.

Ətrin qalıcılığına təsir edən əsas nüans isə dəri tipidir. Əgər yağlı dəri tipinə sahibsinizsə  ətirlərin qalıcılığı daha güclü təsirə mailkdir. Quru dərilərdə isə ətrin qalıcılığı daha az olacaqdır.

Ətir seçməzdən əvvəl digər diqqət etməli olduğunuz nüans isə ətrin fəslə uyğun olmasıdır. Üzərində “winter” yazılı olan bir ətri sadəcə qış fəslində istifadə etmək arzuolunandır. Soyuq günlərdə isə yüngül ətirlərin qoxusunu hiss etmək çətinləşir. Buna görə də qış fəslində parfümerlər tərəfindən daha kəskin qoxulardan istifadə etmək tövsiyə olunur. İsti günlər də isə daha mülayim qoxulardan istifadə etmək arzu olunandır.

Eau de Toilette, Eau de Perfume və Eau de Cologne kimi ətrin müxtfəlif növlərinə diqqət yetirməyiniz məsləhətdir. Eau de Toilette aroma bazası 5-20 % təşkil edir, buna görə də qalıcılığı Eau de Perfume görə daha azdır. Eau de Cologne isə aroma bazası 5% dən azdır buna görə də kişilər üçün nəzərdə tutulur.

 

 

Öz ətrini Kargolux.az saytı vasitəsi ilə sifariş et.