# 2 il əvvəl

Türkiyədən cehizlik və yorğan seçimində sizə faydalı olacaq 5 sayt

Türkiyədən Azərbaycana verilən sifarişlər arasında az rast gəlinən məhsullardan biri də yorğandır. Türkiyədən həm keyfiyyətli, həm də münasib qiymətli yorğanlar əldə etmək istəyirsiniz? Elə isə bu blog məhz sizlər üçündür. Türkiyədə bu sektorun məhsullarının yüksək dərəcədə keyfiyyətli olduğu hər kəsə məlumdur. Sizlər üçün də maraqlı olacağını nəzərə alaraq onlayn olaraq Türkiyədən yorğan və ya cehizlik məhsulları sifariş edə biləcəyiniz saytları araşdırdıq. 

Cehizlik seçimində sizə faydalı olaacaq 5 sayt

N11.com

N11.com-Türkiyənin məşhur onlayn alış-veriş saytlarından bir olan bu saytda siz bir çox markaya aid yorğanlar tapa bilərsiniz. İstər 1 nəfərlik, istər 2 nəfərlik yorğanların satıldığı platformadan siz rahatlıqla sifariş verə bilərsiniz. Aldığınız məhsulu “sepete ekle” etdiyiniz zaman, məhsulların bir çoxu avtomatik olaraq endirimə düşür. Həm yüksək, həm də aşağı qiymətli məhsulları çox asan və sadə şəkildə saytdan taparaq Azərbaycana sifariş etmək mümkündür. Əgər saytda Azərbaycan bank kartları keçmirsə, mütləq bu halda Kargolux ilə əlaqə saxlayın. Kargolux-un “Biz alaq” xidməti məhz sizlər üçündür.

Wellmatt.com

Wellmatt.com-Saytda ortopedik yorğanlarla yanaşı, uşaq və körpə yorğanları, yastıqlar və yataq üçün fərqli məhsullar mövcuddur. Bundan əlavə olaraq, saytda bir çox endirimli məhsulları da görmək olar. Saytdakı məhsullarla bağlı rəyləri oxumaq üçün də ayrıca bölmələr var. Buradan istədiyiniz məhsula dair məlumatları əldə edə bilərsiniz.

Englishhome.com

Englishhome.com-Marka adı olaraq xarici bir markaya bənzəsə də, sırf Türk markasıdır. Həm yorğan, həm yastıq, həm adyal və bu tip məhsulların olduğu saytda həm də rahatlıqla yuyula bilən yorğanlar tapa bilərsiniz. Körpə uşaqlar üçün olan yorğanlardan da bir çox çeşid məhsul saytda mövcuddur. Siz saytda həm qiymətə uyğun, həm də ölçüyə uyğun olaraq yorğanlar seçərək sifariş edib sürətli şəkildə əldə edə bilərsiniz.

Akakce.com

Akakce.com-Saytda 30 manatdan başlayan qiymətlərlə keyfiyyətli yorğanları tapmaq mümkündür. Bu saytdan siz tək və ya cüt adamlıq yorğanlar sifariş verərək ölkəmizdə əldə edə bilərsiniz. Bundan əlavə saytda sizə təklif olunan markalardan, ölçülərdən, məhsul tipindən asılıq olaraq özünüzə istədiyiniz məhsulu seçmək şansına maliksiniz.

Tac.com.tr

Tac.com.tr-Türkiyənin ən məşhur markalarından olan Tac-ın keyfiyyəti demək olar ki, hər kəsə məlumdur. İnsanlar tərəfindən sevilərək alınan və istifadə olunan bu markanın məhsullarını könül rahatlığı ilə sifariş edə bilərsiniz. Verilən sifarişlərin Türkiyədən Azərbaycana sürətli və sərfəli tariflərlə daşınmasını istəyirsinizsə, elə indi Kargolux.az-da qeydiyyatdan keçə bilərsiniz. Hər zaman müştərilərini düşünərək onlar üçün xidmət göstərən Kargolux şirkəti Türkiyədən daşınmaları ölkəmizə ən münasib qiymətdən etməkdədir.