# 2 il əvvəl

Türkiyədən ayaqqabı sifarişi edə biləcəyiniz 5 sayt

Türkiyədən ayaqqabı sifariş etməyin ən rahat yolu

Türkiyənin onlayn alış-veriş saytlarından Azərbaycana sifariş edilən məhsulları analiz etdiyimiz zaman təbii ki, ilk olaraq ağlımıza geyim və ayaqqabı gəlir. Türkiyənin demək olar ki, bir çox onlayn alış-veriş saytlarında ayaqqabı seçimi edərək sifariş vermək mümkündür. İstər Türkiyə markaları, istərsə də xarici dünya markalarının mövcud olduğu bir çox saytdan çox uyğun qiymətə ayaqqabı tapmaq və ölkəmizə sifariş etmək mümkündür. Sadəcə burada bir neçə nüans var ki, onlara daha diqqətli yanaşmaq lazımdır. Bunlara nümunə olaraq ayaqqabının hansı ölkə və ya qitədə istehsal olunduğu, onun ölçüsü, rəngi və digər məqamları qeyd etmək olar. Belə ki, Avropada istehsal olan ayaqqabı ölçüsü 41-dirsə; həmin ayaqqabı Şimali Amerikada yerləşən Meksika istehsalı olan ayaqqabı markasına görə 6,5; Asiyadakı Yaponiya markasına görə kişilərdə 26, qadınlarda 25,5; İngiltərəyə aid olan ayaqqabı markasında kişilərdə 7,5, qadınlarda 7 olan ölçüyə tam olaraq uyğun gəlməkdədir. Sırf bu səbəblərdən dolayı özünüzə ayaqqabı seçimi edərkən maksimum dərəcədə onun hansı qitə və ya bölgədə istehsal olunmasına diqqət yetirilməlidir. Bu blogumuzda sizlərə ayaqqabı ala biləcəyiniz Türkiyənin bir neçə onlayn alış-verişləri saytlarının siyahısını təqdim edirik.

  Trendyol.com

      Trendyol.com- Türkiyənin onlayn alış-veriş saytları arasında lider mövqedə olan bu saytdan axtardığınız hər növ ayaqqabı tapmağınız mümkündür desək, yanılmarıq. İstər idman, istər klassik, istər gündəlik və digər növ ayaqqabıların rahatlıqla tapıla biləcəyi saytda həm yerli, həm də xarici markalar mövcuddur. Maddi olaraq çox uyğun qiymətə istədiyiniz ayaqqabını bu saytdan tapacağınıza rahatlıqla əmin ola bilərsiniz.

   Hepsiburada.com

       Hepsiburada.com- Türkiyənin onlayn alış-veriş sektorunda ön sıralarda olan bu sayt mükəmməl məhsulların yerləşdiyi saytlardandır. Burada siz istədiyiniz ayaqqabını çox rahatlıqla seçə bilərsiniz. Ayaqqabı seçimi zamanı ölçü, rəng, materiala diqqət yetirsəniz, buradan aldığınız məhsullardan heç vaxt narazı qalmazsınız.

    Ayakkabidunyasi.com.tr

       Ayakkabidunyasi.com.tr – Sırf ayaqqabı alış-verişi üçün qurulmuş olan bu platformadan ayaqqabı seçimi edə bilərsiniz. Türkiyədə yetəri qədər ayaqqabı alış-verişi edən müştərilərin bəyənisini toplayan saytdan razı qalmamaq demək olar ki, mümkün deyil. Burada qeyd olunmalı bir məqam var ki, əgər sizə aid bank kartınızı sayt qəbul etməzsə, bunun üçün bizim “Biz Alaq” ximətimizdən yararlana bilərsiniz.

    Flo.com.tr

Flo.com.tr-daha çox Türkiyə markaları olan ayaqqabıların satıldığı onlayn platformada siz etibarlı şəkildə bəyəndiyiniz ayaqqabını sifariş edə bilərsiniz. Sadəcə onlayn platforma deyil, Flo markasının həm də Türkiyənin demək olar ki, bütün şəhərlərində mağazaları mövcuddur. Həm qiymət, həm də keyfiyyət baxımından Azərbaycan vətəndaşlara sərf edən bu onlayn alış-veriş platforması hər zaman müştərilərinə ən yaxşı xidməti göstərməkdədir.

    Morhipo.com

  Morhipo.com- bir çox növ məhsulun satıldığı bu onlayn alış-veriş platformasından da istədiyiniz məhsulu seçərək sifariş edə bilərsiniz.

Türkiyədən Azərbaycana sürətli karqo-KARGOLUX

Türkiyənin istənilən onlayn alış-veriş platformasından verilən sifarişlərin Azərbaycana çatdırılması məhz bizim işimizdir. Verilən sifarişlərin 3-5 gündə ölkəmizə gətirilməsi, müştərilərimizə hər zaman ən yaxşı xidməti göstərməyimiz bizim üçün ən önəmli nüansdır. Əgər siz də Türkiyədən Azərbaycana verdiyiniz sifarişlərin ən sürətli şəkildə çatdırılmasını istəyirsinizsə, elə indi Kargolux.az-da qeydiyyatdan keçərək xidmətin ən yaxşısı ilə tanış ola bilərsiniz. Qeydiyyatdan keçin, alış-verişdən zövq alın.