# 2 il əvvəl

Türkiyə markalarını tanıyaq

 

Modanı, dəbli geyinməyi hər zaman sevən xanımları və bəyləri maraqlandıracaq bir yazıyla qarşınızdayıq. Dünyaca məşhur Türkiyə geyim markalarını sizlər üçün bir araya gətirdik. 

 

  1. LC Waikiki

 

Türk geyim markaları deyildiyi zaman ağıla gələn ilk markalardan biri də LC Waikiki-dir. Buna baxmayaraq bu marka başlanğıcda bir türk markası deyildi. 1988-ci ildə Fransada qurulan marka 1997-ci ildə türklər tərəfindən satın alındı. Qadın və kişi geyimləri ilə yanaşı körpələr və uşaqlar üçün də müxtəlif geyim növləri satmaqdadır. 6 il bundan əvvəl isə “LC Waikiki Home” adı altında ev dekorasiya məhsulları da satmağa başladılar. 







  1. DeFacto

Əsası 2005-ci ildə qoyulan DeFacto, Türkiyədə 324, Misir, Rusiya, Qazaxıstan da daxil olmaq üzərə 24 ölkədə 123 mağazaya sahibdir. Bütün ailə üzvləri üçün geyim və moda mövzusunda ixtisaslaşmış bir markadır. DeFacto, uyğun qiymətlərlə yüksək keyfiyyəti qaranti edir. Ekoloji cəhətdən təmiz məhsul istehsal edən ilk türk markaları arasına adını yazdırmışdır.

 

  1. Koton

Təməli 1988-ci ildə qoyulan Koton, sezonun trendlərini yaradıcı dizaynlarıyla birləşdirməyi vəd edən bir türk markasıdır. Ən bəyənilən qadın geyim markası və ən çox güvənilən qadın markası da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Qadın geyimlərinin əlavə olaraq, yaxın zamanda cins şalvar və uşaq geyimi sektoruna da daxil oldular.

 

  1. Mavi 

Müştərilərə qapısını ilk olaraq 1991-ci ildə açan Mavi, hal-hazırda 35 ölkədə 440 mağazası ilə dünya miqyasında bir marka imicinə sahibdir. Daha çox gənc nəslin rəğbətini qazanan marka, aid olduğu sektorda Türkiyə lideridir. Time Out məqaləsinə görə Mavi, Berlin, Nyu-York və Frankfurtda mağazalar açan ilk türk markasıdır.










  1. Vakko

Vakko, Türkiyənin ən dinamik moda markası olaraq qəbul edilir. 1982-ci ildə marka vizyonunu təzələyən şirkət, yeni bir sektora daxil oldu. Parfumeriya sektoruna addım atan Vakko, bunu edən ilk türk moda şirkəti oldu. Geyim kateqoriyasından əlavə olaraq, ev dekorasiya məhsulları və kosmetika kimi qollarda da xüsusi yerə malikdir.

 

İstər Trendyol-dan, istərsəniz də Türkiyənin onlayn saytlarından edəcəyiniz sifarişləri sürətli, sərfəli və etibarlı əldə etmək üçün KargoLux-u seçməyi unutmayın.