# 6 ay əvvəl

Trendyoldan sifariş: endirim kodu necə istifadə olunur?

Trendyoldan sifariş zamanı endirim kodu alış-veriş zamanı səbətə daxil edilən və müəyyən faizdə ya da müəyyən məbləğdə endirim təmin edən xüsusi bir imtiyazdır.  Məsələn, bir endirim kodu 500 TL və daha çox alış-verişdə 50 TL endirim təqdim edə bilər. Hansı ki, bu, adətən, Trendyolda mağazadaxili endirimlərə aid olur. 

Digər endirim kodu isə Trendyolun keçirdiyi endirim aksiyalarına daxildir. Bu zaman, təklif edilən hər hansı kodu müvafiq bölməyə daxil etməklə, müəyyən faizdə endirim qazanmaq mümkündür.

Endirim kuponları haradadır? 

Trendyol endirim kuponları “Hesabım” bölməsində yer alır. Bu bölməyə daxil olmaq üçün əvvəlcə hesabınıza giriş etməlisiniz. Daha sorna isə əsas menyu zolağından “Hesabım” hissəsinə keçid etməlisiniz. 

“Hesabım”a klik etdikdən sonra açılan pəncərədə “İndirim kuponlarım” bölməsinə klik edin

Daha sonra açılan hissədə sizə aid olan daxili mağazaların təklif etdiyi kuponlar görünəcək.

Trendyoldan sifariş zamanı endirim kuponu necə istifadə olunur?

Trendyolda endirim kuponunu istifadə etmək üçün səbətdəki məhsulların təklif edilən şərtləri gözləməsi tələb olunur. Kuponları istifadə etmək üçün isə:

1-) “Səbət” bölməsinə keçid edin

Daxil olduqdan sonra “Endirim Kodu” yazılan hissəyə klik edin. Kodu daxil etmək üçün lazım olan səhifəyə yönləndiriləcəksiniz.

2-) Kodu daxil edin

Trendyoldan sifarişlərdə daha çox endirim əldə edin

Trendyol və Kargoluxu izləməklə daha çox endirimdən xəbərdar olun. Trendyolun təklif etdiyi həftəsonu endirimləri və xüsusi aksiyalar  ilə tətbiqdə daha çox qənaət edə bilərsiniz. 

“İndirim Kodu” bölməsində təklif olunan endirimləri təsdiqləməklə Trendyoldan əlavə endirimlər də qazana bilərsiniz. 

Kargolux ilə Trendyoldan sifarişləri necə edim?

Kargolux Türkiyə və Azərbaycan arasında sifarişlərinizi asanlıqla, təhlükəsiz və sürətli bir şəkildə çatdıran etibarlı bir kargo şirkətidir.  Siz də sifarişlərinizi iki üsulla verə bilərsiniz. 

Birbaşa Azərbaycana sifariş daxili çatdırılma ilə endirimlərdən yararlanaraq sifarişinizi tamamlaya bilərsiniz. Qeyd edək ki, Trendyolun aksiyalardakı endirim kuponu yalnız birbaşa sifarişlər üçün keçərli sayılır. Ancaq mağazaların tətbiq etdiyi kuponlardan hər iki çatdırılma üsulundan yararlanmaq mümkündür.