SMS bildirişi nə zaman gəlir? Bəyannamə nə zaman yüklənir?
SMS bildirişinin növləri
Hörmətli sifarişçilər, bağlamalarınız Kargolux.Az-ın Türkiyə anbarına çatdıqda sizin saytda qeyd etdiyiniz mobil nömrənizə SMS bildirişi gəlir.
1-ci növ
Sizə məhsulunuzun Türkiyə anbarında olduğunu və Smart Customs tədbiqində bəyan etməyiniz barədə bildiriş daxil olur.Deməli bu halda məhsulun fakturası bağlamanın içində gəlmişdir və siz verilən kodla bağlamanızı Smart Customs tətbiqində, yaxud
e.customs.gov.az saytında bəyan etməlisiniz.
2-ci növ
Sizə sayta daxil olaraq bağlamanızın bəyan edilməyi bildirişi gəlirsə, deməli məhsulun fakturası bağlamanın içində gəlməmişdir. Bu zaman siz Kargolux.Az saytına daxil olaraq fakturanı və məbləği əlavə edirsiniz. Bundan sonra məhsulu Smart Customs-da bəyan etməlisiniz.
"Bəs fakturanı necə əlavə edim?" deyə maraqlanırsınızsa:
- Bunun üçün Kargolux.Az saytında Şəxsi Kabinetinizə daxil olursunuz.
- Saytda yuxarıda yerləşən "Faktura yüklə" düyməsinə klik edirsiniz.
- Axtar düyməsinə basaraq bağlamanız haqqında məlumatları görürsünüz.
-Və ya Bağlamalarım bölməsindən düzəlişə gələn sənəd görürsünüz. üzərinə daxil olaraq editləyə bilirsinizş
- Fakturanın qiymətini müvafiq xanaya qeyd edirsiniz.
Beləliklə, tez zamanda bağlamanızın ölkəmizə çatdırılmasını gözləyirsiniz.
Diqqət: Sizə necə SMS bildirişi gəldiyindən asılı olmayaraq bağlamanız Türkiyə anbarına çatdıqda siz Smart Customs tətbiqində, yaxud e-customs.gov.az saytındanbəyan etməlisiniz.