# 3 il əvvəl

“Smart Customs” nədir? Bəyannamə nə üçün vacibir?

 

Nazirlər kabinetinin yeni qərarı

Nazirlər Kabinetinin 1 yanvar 2021-ci il tarixində 305 saylı təkmilləşdirilmiş qərarına əsasən, "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" (Smart Customs) layihəsinin tətbiqinə başlanılıb.

Artıq fiziki şəxslər tərəfindən poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart Customs" tətbiqi ilə bəyan edilməsi məcburidir. Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki hesablarından Smart Customs tətbiqdən istifadəyə dair ətraflı məlumat almaq olar. 

Qeyd edək ki, “Smart Customs” layihəsi elektron ticarətin daha sürətli və şəffaf şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradır.

“Smart Customs”da bəyannamə və sifariş

 Kargolux şəxsi kabinetinizdə “Bəyan gözləyən” hissəsində məhsul barədə məlumat və "Tracking ID"-i sifarişlərinizi sifarişləriniz Türkiyə və Amerika anbarına daxil olduqdan sonra göndərilir. "Tracking ID" hər bağlama üçün fərqli təqdim olunur. “Smart customs” tətbiqindən istifadə edərək sizə təqdim olunan "Tracking ID" və məlumatlara əsasən bəyannamən yarada bilərsiniz. Xarici ölkələrdən sifariş verdiyiniz mallar üçün “Smart customs” tətbiqində bəyannamə yaratmaq vacibdir və bəyannaməsi olmayan bağlamaların daşınması mümkün deyildir.