# 1 il əvvəl

Smart Custom-da sifarişləri bəyan etmək qaydası

Smart Customs-da sifarişləri bəyan etmək qaydası

Türkiyədən sifariş edən zamanı ən önəmli şərtlərdən biri məhsulun gömrük rəsmiləşdirilməsidir. Karqo şirlətlərinin üzərinə düşən vəzifə Trendyol və ya digər onlayn ticarət saytlarının məhsulu qeyd edilən xarici anbar ünvanına təhvil verdikdən sonra başlayır. Xarici anbara düşən karqolarınızın qarşılaşdığı ikinci mərhələ isə gömrük məntəqəsidir. Bağlamanız gömrükdə olduğu zaman sizə Smart Custom yolu ilə mesaj göndərilir. Məhsulunuz gömrükdə olduqda, Smart Custom sizə bildiriş göndərir. Gömrükdən keçmək üçün bağlamalarınızı bəyan etmək mütləqdir. Bağlamanızı Smart Custom tətbiqindən və ya customs.gov.az saytından bəyan edə bilərsiniz. Bağlamanızı bəyan etdikdən sonra karqonuzun qarşılaşdığı digər mərhələ çeşidlənmə mərhələsidir. Çeşidləndikdən sonra bağlamanız 3 iş günü ərzində bakı ofisinidə olacaqdır. Sürətimiz fərqimizdir! Sürətimizin fərqinə varın! 

KargoLux-un bu mövzuda üstünlüyü

Digər karqo şirkətləri sizdən həm Smart Customda, həm də öz saytlarında bəyannamə etməyi tələb edərkən, KargoLux sizdən yalnız Smart Custom-da bəyannamə etməyinizi istəyir. Belə ki, bağlamalarınızı KargoLux ilə sifariş verdiyiniz zaman biz öz saytımızda olan bəyannamə hissəsini sizin yerinizə doldururuq. Bununla da sizin bağlamanızı sadəcə Smart Custom-da bəyan etməyiniz kifayət etmiş olur.

“Sifariş et” xidmətində bəyannamə məsələsi 

Türkiyə saytları bank kartınızı qəbul etmədikdə və ya sifariş  verməklə bağlı başqa çətinliklər çəkildiyi zaman “Sifariş et” xidmətimizdən istifadə edə bilərsiniz. Bu zaman siz sadəcə istədiyiniz məhsulun linkini bizə göndərir və ödəniş edirsiniz. Digər məsələləri biz həll edirik. Lakin məhsulunuz gömrükdə olduğu zaman bəyannaməni siz edirsiniz

“Smart Customs”da bəyannamə və sifariş.

 Kargolux şəxsi kabinetinizdə “Bəyan gözləyən” hissəsində məhsul barədə məlumat göndərilir. "Tracking ID" hər bağlama üçün fərqli təqdim olunur. “Smart customs” tətbiqindən istifadə edərək sizə təqdim olunan "Tracking ID" və məlumatlara əsasən bəyannamən yarada bilərsiniz. Xarici ölkələrdən sifariş verdiyiniz mallar üçün “Smart customs” tətbiqində bəyannamə yaratmaq vacibdir və bəyannaməsi olmayan bağlamaların daşınması mümkün deyildir.

 

Dəyərli müştərilər, bildiyiniz kimi sifariş edilən məhsulların Gömrük yoxlamasından rahatlıqla keçə bilməsi üçün bəyannamə imzalamaq çox vacibdir. Belə ki, sifariş etdiyiniz məhsul Kargolux-un xarici anbarına daxil olduqdan sonra, mütləq şəkildə Smart customs tətbiqi və ya https://e.customs.gov.az/ saytında həmin məhsulu bəyan etməlisiniz.

 

Bu proses necə həyata keçirilir?

Belə ki, əgər siz daha əvvəl Smart Customs tətbiqi və ya https://e.customs.gov.az/ saytından qeydiyyatdan keçməmisinizsə, ilk öncə bu prosesi həyata keçirməlisiniz.

Belə ki, Smart Customs tətbiqi və ya https://e.customs.gov.az/ saytından “Asan login” hissəsinə daxil olaraq, “İdentifikasiya nömrəsi” bölməsinə daxil olursunuz. Açılan səhifədə “Qeydiyyat” butonuna klik edirsiniz.
Mobil nömrə ilə qeydiyyat bölməsinə tıklayırsınız. Mobil nömrəniz mütləq şəkildə öz adınıza olmalıdır. Əgər nömrəniz öz adınıza deyilsə, “Video qeydiyyat” bölməsinə klik edib müvafiq prosedurları keçərək qeydiyyatınızı bitirə bilərsiniz.

Qeydiyyatınızı tamamladıqdan sonra, xarici anbarımıza daxil olan bağlamanızı bəyan etməlisiniz ki, heç bir problem yaranmadan daşınması həyata keçirilsin.

Smart Customsdan bəyan edilən bağlamalar 3-5 gün ərzində sürətli çatdırılma ilə əlinizdə olacaq.

 

Türkiyədən sifariş etmək artıq daha asandı.

Ölkədə hökm sürən pandemiya şəraiti ilə ələqədar tətbiq edilməsi müvəqqəti olaraq saxlanılan “Sadələşdirilmiş Bəyannamə” - Elektron Ticarət” (Smart Customs) layihəsinin tətbiqinə 1 yanvar 2021-ci il tarixindən başlanılmışdır.  Beləliklə, 1 yanvar 2021-ci il tarixindən etibarən fiziki şəxslər tərəfindən poçt göndərişləri və karqo (daşıyıcı)  şirkətləri  vasitəsilə  xarici ölkələrdən olunan sifarişlərin “Smart Customs” tətbiqi vasitəsilə bəyan edilməsi vacibdir. Bu layihənin tətbiq olunmasının əsas məqsədi xidmət səviyyəsinin yüksəldilməsindən, şəffaflığı təmin etmək və elektron ticarətin sürətləndirilməsindən ibarətdir.

Kargolux-la Türkiyədən sifariş verdiyiniz məhsulunuz bizim xarici anbarımıza daxil olduqdan sonra, siz bu barədə SMS bildirişi ilə məlumatlandırılırsınız. “Smart Customs” tətbiqi və ya  https://e.customs.gov.az/ saytından bağlamanızın Türkiyədən yola salınması üçün bəyan etməlisiniz. Aşağıdakı qaydada bəyannamənizi “Smart Customs” tətbiqi və ya  https://e.customs.gov.az/ saytında yerləşdirə bilərsiniz.

 

“Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytında şəxsi kabinetinizə daxil olursunuz.

“Sadələşdirilmiş bəyannamə- Elektron ticarət” bölməsinə daxil olduqdan sonra “Bəyan edilməmişlər” butonuna tıklayırsınız.

Bu bölmədə sizin xarici anbar statusunda olan bağlamalarınız əks olunacaq. Sizə təqdim olunan İzləmə Kodunu (Tracking İD) daxil etməlisiniz.

Həmçinin “poçt və ya daşıyıcı şirkət” bölməsində Kargolux-u daxil edirsiniz. Daha sonra göndərən ölkə hissəsində Türkiyəni seçirsiniz və satıcı şirkəti qeyd edirsiniz.

“Əlavə et” butonuna tıkladıkdan sonra sifariş verdiyiniz məhsulun daxil olduğu əsas qrupu, alt qrupu, invoys qiymətini, miqdarını və ölçü vahidini daxil edirsiniz. 

“Tamamla” butonuna tıklayaraq bağlamanızı gömrük orqanına bəyan edirsiniz. 

 

Qeyd: “Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytına daxil olmaq üçün ilk öncə “Asan login” sistemində qeydiyyatdan keçməlisiniz.  

Qeyd etmək istəyirik ki, “Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytında bəyan edilməyən bağlamaların ölkəmizə daşınması mümkün deyil. Bu səbəblə də, “Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytında bağlamaların bəyan edilməsi vacibdir.

 

Karqo sektorunda fərqimizi hər zaman hiss etdirməyi bacarırıq. Sizin də seçiminiz Kargolux olsun, fərqimizi hiss edin! Sürətli və sərfəli sifariş Kargoluxla mümkündür! Sifarişləriniz bizimlə sürətli gəlsin!  Kargolux-un sizə təqdim etdiyi möhtəşəm fürsətləri nəzərdən keçirə, sevdikləriniz və özünüz üçün seçimlər edə bilərsiniz. Kargolux ilə Alış-verişinizi xoş bir şəkildə tamamlayın! Kargolux ilə həm alış-verişdən zövq alın,həm də zövqlü məhsullara sahib olun! Türkiyədən sifariş etdiyiniz bağlamalarınızı qapınıza qədər çatdırırıq!