Qış kombinlərini Kargolux-la yarat!
Qış kombinlərini Kargolux-la yarat!
Qış günlərində etdiyimiz kombinlər bizi üşütməməli, eyni zamanda stilimizə zəriflik və rahatlıq qatmalıdır. Sizcə, bütün bu xüsusiyyətləri bir araya toplamaq mümkündürmü? Əlbətdə ki Kargolux-la hər şey mümkündür!
Soyuq havada sizi üşütməyəcək, görənləri valeh edəcək kombinlərə hazırsınızmı?
Soyuq Havalar üçün Kombinlər!
Son illərdə qadınların ən çox sevdiyi geyim əşyası, şübhəsiz ki, taytlardır. Üstəlik, ətəklərlə kombinlənən nazik görünüşlü termal və ya parlaq taytlar bu il çox populyardır! Bu taytlar sayəsində siz rahat zərifliyə nail ola bilərsiniz. Taytlar kombin edilə bilən ən asan geyim məhsullarından biridir. Bu dəbli taytları gedəcəyiniz məkana uyğun kombinləyərək zərif görünüş əldə edə bilərsiniz. Daha gözəl və dəbli parçaları Kargolux ilə sifariş edərək kombininizi tamamlaya bilərsiniz.
Qış mövsümünün trendləri: Böyük ölçülü paltolar!
Böyük ölçülü paltolar bu il hər kəsin xilaskarı olacaq! Böyük ölçülü paltolar müxtəlif zərifliyə üstünlük verənlərin ilk seçimidir. Üstəlik, zərifliyinizi qoruyaraq, xüsusi axşam dəvətlərindən tutmuş dostlarla görüşə qədər hər yerdə sizin içinizi isidəcək! Böyük ölçülü paltolar bu il qara, krem, qəhvəyi kimi rənglərdə olacaq. Xüsusilə torpaq və ya neytral tonlarda böyük ölçülü paltolar hər bir qadının xəyal etdiyi zərifliyi təmin edir! Kargolux ilə keyfiyyətli,zövqlü və qəşəng məhsullar əldə etməyin tam zamanıdır!
Həm isti, həm də zərif Donlar!
Dörd fəsil üçün də seçə biləcəyiniz Don modelləri qışda hazırlayacağınız kombinlər üçün sizə ilham verəcək! Bu donlar asanlıqla kombin edilə bilən nadir parçalardandır. Yarıqlı don modellərini uzun çəkmələrlə, mini donları isə nazik taytlarla birləşdirə bilərsiniz. Donlar hər bir qadının tərzini əks etdirir. Məsələn, zəriflik üçün böyük və parlaq aksesuarları seçərək kombininizi tamamlaya bilərsiniz. Elə isə indi, istədiyiniz məhsulu Kargolux ilə sifariş etməyin tam zamanıdır.Sürət və rahatlığı sevənlərin ünvanı Kargoluxdur!
Qışın vazkeçilməz parçası- Dəri paltarlar!
Bu mövsümün ən dəbli və gözəl parçalarından biri olan dəri şalvarlarla tamamilə fərqli görünüş əldə edin! İllərdir dəbdən düşməyən və rahat kombinlənən dəri yubka hər kəsin dolabında olması lazım olan əsas parçalardandır. Bu parçalar Ahəngdar rənglərlə istifadə edildikdə çox parlaq və qəşəng bir görünüş təqdim edir. Dəri ətək modelləri zərif görünüş təmin etmək üçün uyğun parçalarla birləşdirilməlidir. İstər uzun, istərsə də qısa olsun, hər bir xanım bu məhsulları seçərək rahatlıqla müxtəlif kombinlər yarada bilər. Bu parçalara tez-tez üstünlük verilməsinin səbəblərindən biri də tək bir məhsulla çox fərqli görünüşlər yaratmaqdır. Uzun, midi, qısa, mini ölçü seçimləri və zəngin rəng alternativləri ilə hər zövqə xitab edə bilən modellər, kombin yaratma imkanları sayəsində istifadəçilərinə fərqli bir üstünlük təqdim edir. Hər zövqə xitab edən məhsulları Kargolux ilə rahatlıqla sifariş edə bilərsiniz.
Qış Kombinlərinizi hansı saytlardan edə bilərsiniz? Elə isə indi Kargolux vasitəsilə bu Saytlardan sifariş etməyin tam zamanıdır!
1.Trendyol- Trendyolun qış kolleksiyası ilə zəhmətsiz, rahat və göz oxşayan zərifliyə nail olmaq indi daha da asandır! Bu mövsüm siz taytlar, iri ölçülü paltolar və qalın tüklü çəkmələrlə gözəl kombinlər yarada bilərsiniz. Trendyol ilə qəşəng və özünüzə xas bir görünüş əldə etmək üçün uzun çəkmələr, ətəklər və dəbli bluzlar sifariş etməyin tam vaxtıdır.
2.Stradivarius- Stradivariusun vazkeçilməz rəngli parçaları ilə fərqli kombinlər edə bilərsiniz.
3.Zara-Zara ilə daha qəşəng və özünüzə xas bir görünüş əldə etməyin tam zamanıdır. Soyuq havada sizi isti saxlayan taytları istər ətəklərin altına, istərsə də birbaşa sweatshirtlə geyinə bilərsiniz!
4.Bershka- Bershka-da Qış aylarının vazkeçilməz rəngli parçaları ilə fərqli kombinlər edə bilərsiniz
5.Pull&Bear- Pull&Bear dəbdən düşməyəcək parçaları ilə sizə isti kombinlər yaratmağa kömək edəcək.