Masimo Dutti İspaniyadan Sifariş-Kargolux ilə Təlimat 2026
Massimo Dutti-dən Azərbaycana sifariş vermək Kargolux sayəsində artıq çox asandır. Brend ölkəmizə birbaşa göndəriş etmədiyi üçün, Kargolux-un İspaniya ünvanından istifadə edərək məhsullarınızı qısa zamanda əldə edə bilərsiniz.
Bu prosesin qısa video icmalı və vizual izahı üçün Instagram postumuza keçid edə bilərsiniz.
👉 Instagram Postu –Massimo Dutti Sifariş Qaydası
https://www.instagram.com/reel/DTSmUjkDoq9
👉 Instagram Postu –Massimo Dutti Sifariş Qaydası
https://www.instagram.com/reel/DTSmUjkDoq9
Massimo Dutti İspaniyadan Sifariş Rəhbəri
1. Kargolux-da Qeydiyyat və İspaniya Ünvanını Almaq
İlk addım Kargolux-da qeydiyyatdan keçməkdir; qeydiyyat tamamilə pulsuzdur.
- Kargolux saytında və ya tətbiqində hesab yaradın.
- Qeydiyyatdan sonra "Xarici Ünvanlar" bölməsindən İspaniya-nı seçin.
- Burada sizə İspaniya anbar ünvanı və sizə özəl kod veriləcək.
- Bu ünvanı az sonra Massimo Dutti saytında "Delivery address" (Çatdırılma ünvanı) kimi istifadə edəcəksiniz. Kargolux məhsulu İspaniya anbarında qəbul edir, etiketləyir və Azərbaycana çatdırır.
2. Sayta Keçid və Tənzimləmələr
- İndi axtarış hissəsində "Massimo Dutti" yazaraq rəsmi sayta keçid edin: massimodutti.com/es
- Ölkə: Spain (İspaniya) seçin.
- Dil: Rahatlığınız üçün English (İngilis) seçə bilərsiniz.
3. Seçim və Səbət
- Kataloqdan zövqünüzə uyğun geyimləri seçin.
- Rəng və Ölçü (Size) seçiminizi edib səbətə atın.
- Seçimləriniz bitdikdən sonra səbətə keçin və "Process" düyməsini klikləyin.
4. Massimo Dutti Qeydiyyatı və Ünvanın Yazılması
- Sifariş üçün Massimo Dutti saytında qeydiyyatdan keçin (və ya giriş edin).
- Çatdırılma növü olaraq mütləq "Home Delivery" (Evə çatdırılma) variantını seçin.
- Ünvanın doldurulması: Birinci addımda Kargolux-dan aldığınız məlumatları (Ad, Soyad, Ünvan, Kod və s.) burada müvafiq xanalara kopyalayın.
Vacib: Kargolux-un sizə verdiyi özəl kodu (adətən adın yanında və ya ünvan sətrinin əvvəlində olur) mütləq qeyd edin. Sayt başqa ünvan təklif etsə də, öz kopyaladığınız variantla davam edin.
5. Ödəniş və Tamamlanma
- Bank kartı məlumatlarınızı daxil edərək ödənişi edin və sifarişi tamamlayın.
6. Bağlamanın Azərbaycana Çatdırılması
Sifarişinizi tamamladınız, bəs sonra nə baş verir?
- Massimo Dutti-dən Kargolux-a: Sifariş etdiyiniz geyimlər əvvəlcə brend tərəfindən Kargolux-un İspaniya anbarına çatdırılır. Kargolux-da həftədə 3 reys mövcud olduğu üçün Massimo Dutti bağlamanızı gözlədiyinizdən daha qısa müddət ərzində əldə edirsiniz.
- Bakıya Göndərilmə: Bağlamanız İspaniya anbarında qəbul edilən kimi sizə dərhal bildiriş (SMS və ya e-mail) gələcək. Bundan sonra bağlamanız uçuş planına uyğun olaraq Azərbaycana yola düşür.
- Təhvil Alma: Çatdırılma sürətlidir, bağlamalar sığortalıdır və proses tam şəffafdır. Massimo Dutti-dən aldığınız geyimlər Bakıya çatdıqdan sonra bağlamanızı Kargolux-un istədiyiniz filialından rahatlıqla təhvil ala bilərsiniz.
Niyə Massimo Dutti İspaniyadan Sifariş Edilir?
- İspaniya Massimo Dutti saytında Azərbaycan bazarına nisbətən daha aşağı qiymətlər təklif olunur.
- Mövsüm endirimləri daha yüksək və hiss olunacaq dərəcədə fərqli olur.
- Kolleksiya daha genişdir və bəzi eksklüziv modellər yalnız Avropa saytında satışa çıxır.