Orjinal və saxta məhsulları necə ayırd edilə bilərik?
Doğru məhsulu seçməyin qaydaları
Hər gün bir çox məhsul alırıq. İstər mağazadan almaq olsun, istərsə də onlayn sifariş etmək. Xüsusilə internetdən aldığımız məhsullara mütləq diqqət etməliyik. Məhsul gəldikdən sonra onun orjinal olub-olmamasına şübhə ilə yanaşa bilərsiniz. Buna görə də orjinal məhsulu saxta məhsulla ayıran xüsusiyyətləri bilmək lazım gəlir.
Bu yazımızda sizlərə daha çox kosmetika məhsullarının orjinal və saxta tərəflərini necə ayırd edə biləcəyinizə dair bir neçə üsul təqdim etmişik. Xoş mütaliyələr!
Bu kimi duş gellərində məhsulun şüşəsinin quruluşu tamamilə eyni ola bilər, lakin daxilindəki mayeyə nəzər yetirdiyimiz zaman orjinal olmayan məhsullarda mayenin daha solğun bir rəngə sahib olduğunu görmüş oluruq. Eyni zamanda məhsulun şüşəsinin üzərindəki marka adının yazıldığı hissədə orjinal adından daha fərqli tərzdə yazılmış bir ad olduğunu görə bilərik.
Chanel kimi dünyaca məşhur markaların məhsullarını müxtəlif saytlardan sifariş vermədən öncə bəzi detallara diqqət yetirmək lazımdır. Belə ki, orjinal məhsul adı altında saxta məhsullar satan yüzlərcə müxtəlif sayt tapmaq mümkündür. Yuxarıdakı şəkildə orjinal və saxta Chanel Paris ətri qarşılaşdırılmışdır. Ətrin qablaşdırmasına ön tərəfdən baxdığımız zaman gözə çarpan bir nüans görməsək də arxa hissəsinə baxdığımız zaman saxta olub-olmadığını anlaya bilərik. Göründüyü kimi yazı ölçüləri fərqlidir və məhsul haqqında məlumat orjinal məhsullarda qutunun ortasına yığılmışdır.
Orjinal məhsula və saxta məhsula baxdığımız zaman yazı tipinin fərqliliyi gözə çarpır. Başqa bir detal isə məhsulun qapağının yuxarı hissəsində batıq olub-olmamasıdır. Əgər batıq görünürsə bu məhsul orijinaldır.
Başqa bir ətir nümunəmiz isə Versace-yə məxsusdur. Saxta və orjinal məhsulun qarılaşdırıldığı yuxarıdakı fotodan fərqləri görə bilərik. Belə ki, ətrin şüşəsindən tutun, içindəki maye məhsulun rənginə qədər fərqliliklər gözə çarpır. Şüşənin üzərindəki yazı tipi də saxta və orjinal məhsullarda fərqlənir.
Söhbət dəriyə qayğı olduğu zaman bu məsələ biraz daha ciddiyə alınmalıdır. Belə ki saxta məhsullar dərinizə qulluq edəcək ikən onu daha betər bir hala salacaqdır. Bu sdahədəmarkalarından biri olan Bio-Oil-in orijinalını ayırmaq üçün şəkilə diqqət yetirə bilərsiniz. Ən böyük fərq markanın loqosundadır. Orjinal məhsulda loqonun quruluşu saxtadan fərqlidir. Eyni zamanda loqonun rəngi də saxta ilə orjinal məhsulun fərqini ortaya qoyur.