Mənim üçün sifariş et xidməti neçə işləyir? Üstünlükləri nədir?
Onlayn alış-verişi bizə həvalə edin
KargoLux sizə Lüks xidmət təklif edir. Əgər siz Türkiyənin online alış-veriş saytlarından alış etməyi bilmirsinizsə və ya çətinlik çəkirsinizsə elə bu xidmət tam sizin üçündür. Kargolux.Az saytına daxil olaraq qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçərkən bütün xanaları dəqiq doldurmağınız vacibdir.
Xidmətin addım-addım izahı
Hesabınıza daxil olaraq “Sifariş Et” butonuna tıklayırsınız sonra isə boş xanalara Türkiyə mağazalarında bəyəndiyiniz məhsulun linkini, qimyətini, olçüsünü, rəngini, sayını qeyd edirsiniz. Əgər məhsulunuz çoxdursa yeni məhsul əlavə edərək digər məhsullarınızı eyni qaydada əlavə edə bilərsiniz. Sifariş etdikdən sonra bağlamalarınız növbəli şəkildə alınacaqdır. Əgər sifarişinizin tez alınmasını istəyirsinizsə o zaman “Təcili şifariş” xidmətini seçirsiniz. Bir sifarişdəki məhsulunuzun sayından asılı olmayaraq məhsulunuz növbə gözləmədən alınır. Sifarişinizi yekunlaşdıraraq ödəniş səhifəsinə keçib məhsullarınızın ödənişini edərək sifariş etmiş olursunuz. Məhsulunuzu səbətə ataraq ödənişini etmirsinizsə 24 saat ərzində sistemdən silinəcəkdir. Ödəniş etdikdən dərhal sonra məhsulunuz haqqında məlumatları “Sifarişlərim” bölməsindən izləyə bilərsiniz. Məhsulunuz Türkiyənin online mağazalarından alındıqdan sonra bizim Türkiyə anbarımıza çatma vaxtını biz təyin etmirik. Sifariş et xidmətindən edilən sifarişlərin bəyannamələrinin doldurulması bizim şirkət tərəfindən həyata keçirilir. Siz isə telefonunuza mesaj gəldikdə ( yəni bağlamanız Türkiyə ofisimizı çadıqda ) Smart Customs tədbiqinə daxil olaraq bağlamanızı bəyan edirsiniz