# 1 il əvvəl

Flo-dan sifariş və çatdırılma

Türkiyədən onlayn alış-veriş edənlərin sevimli markalarından biri də Flo-dur. Tanınmış Türkiyə ayaqqabı markası olan Flo hər kəs tərəfindən tanınan və artıq brendləşmiş bir markadır. Keyfiyyətli məhsulları təqdim etməklə müştəri məmnuniyyətini zirvədə saxlamağa çalışan Flo günümüzdə ən çox üstünlük verilən alış-veriş saytları arasındadır. 

Flo | Online Ayakkabı ve Giyim Alışverişi İçin Tıklayın!

1960-ci ildə fəaliyyətə başlayan Flo hal-hazırda Türkiyə ayaqqabı bazarında lider markalar sırasına girməyi başarmışdır. İllik satışların sayı 55 milyonu keçən Flo 21 ölkədə 500-dən çox mağaza ilə xidmət göstərməkdə davam edir. Günü-gündən böyüməyə davam edən bu marka özündə 9 dünya markasının məhsullarını birləşdirir. Bu markalar Polaris, Lumberjack, Kinetix, Butigo, İnstreet Dockers by Gerli, Nine West və Mercedes-dir. 

Ölkəmizdə Flo-nun mağazaları fəaliyyət göstərsə də, satış qiymətləri kifayət qədər yüksəkdir. Türkiyədən alış-verişin sərfəli olması artıq hər kəsin bildiyi önəmli bir məlumatdır. Odur ki, Flo-nun ən özəl məhsullarını siz alış-veriş saytından da sifariş edərək, əldə edə bilərsiniz. 

Flo-nun alış-veriş saytında hansı endirimlər var?

İlk öncə qeyd edək ki, yaya özəl qadın, kişi və uşaqlar üçün nəzərdə tutulan məhsullar yay kolleksiyasında yer almışdır. “Bir yaz hikayesi” başlığı ilə təqdim edilən bu kolleksiyadan siz yay üçün ən özəl məhsulları əldə edə biləcəksiniz. Bundan əlavə, saytda seçilmiş məhsullara 50% endirim tətbiq olunur və bu fürsəti dəyərləndirməyin tam zamanıdır. Həmçinin 100 və 150 tl-dən başlayan qiymətlərlə təqdim olunan məhsullar “Endirim” bölməsində yer almışdır. Bu məhsulları gözdən keçirib, seçin və sifariş edin.

Flo ayaqqabı markası olaraq tanınsa da, bol çeşiddə geyim, çanta və aksesuarların da satışı həyata keçirilir. Alış-veriş saytının özəlliklərindən biri də tərzlərə görə məhsulların bölünməsidir. Belə ki, idman, klassik və digər tərzlərdə olan məhsullar sayt ziyarətçilərinin rahatlığı üçün ayrı-ayrı kateqoriyalarda yerləşdirilmişdir. Türkiyənin seçilən 10 markası arasına daxil olmağı bacaran Flo-dan seçdiyin məhsullar qarderobunuzun ayrılmaz bir hissəsinə çevriləcək.

https://www.flo.com.tr/ 

Səbətinizə əlavə etdiyiniz məhsulları Kargolux-la sifariş etmək ən doğru seçim olacaq. Çünki Türkiyədən sürətli çatdırılma Kargolux-la mümkündür. Türkiyə alış-veriş saytlarından seçdiyiniz istənilən məhsulu evinizə gətirəcəyik. Sərfəli tarif xidmətimizi isə unutmamalısınız. Kargolux-da qeydiyyatdan keçin, sifarişiniz “1kq=0.90$” tarifi ilə daşınsın. Bütün sifarişləriniz Kargolux-la 3-5 iş günü ərzində yerli anbara daxil olacaq və bu haqda birbaşa olaraq məlumat alacaqsınız. Bundan əlavə olaraq,  kuryer xidmətimizdən yararlanın, bağlamanızı düz qapınıza qədər çatdıraq! Kargolux karqo sektorunda qoyduğu fərqlər ilə müştərilərinə mükəmməl xidmət göstərmək üçün çalışır. Siz də sifarişlərinizi bizimlə edin, xidmətlərimizin keyfiyyətini görün.