# 2 il əvvəl

Məşhur markaların yeni kolleksiyaları

Sizin üçün markaların yeni kolleksiyalarını araşdırdıq. Siz də bu məhsulları uyğun qiymətə  tez bir zamanda Kargolux ilə sifariş edərək əldə edə bilərsiniz.

Məşhur Markaların Yeni Kolleksiyaları Hansılardır?

Dilvin

Türkiyənin aparıcı onlayn qadın geyim alış-veriş saytı olan Dilvin unikal imkanlarla moda izləyicilərini sevindirməyə davam edir. Dilvinlə  müxtəlif məhsul çeşidləri, keyfiyyətli işlər və geniş bədən üstünlükləri ilə ehtiyacınız olan hər şeyə sahib ola bilərsiniz. Dilvin sayəsində siz təkcə özünüz üçün deyil, həm də özəl gününü qeyd etmək istədiyiniz dostlarınız və sevdikləriniz üçün hədiyyələr ala bilərsiniz. İndi sizin üçün yaradılmış yeni mövsüm kolleksiyasını araşdırmağa başlaya bilərsiniz.

H&M

H&M-in Qadın geyimləri kolleksiyası ilə gündəlik kombinlərinizi yeniləyin. H&M-in yeni kolleksiyasında əsasən yay üçün mini, midi və uzun ölçüdə ətəklər və donlar yer almışdır. Bundan əlavə olaraq, möhtəşəm geyimlərin ayrılmaz parçası olan aksesuarlar da əsas kolleksiya da yer almışdır. Görünüşünüzü dəbli aksessuarlarla tamamlayın.

Mavi 

Mavi qadının tərzini və ruhunu əks etdirən parçaları ilə  sizi gözləyir! Yüksək enerjili kombinasiyalar yaratmağa imkan verəcək qadın geyimləri ilə, üslubunuza hərəkət qatacaq qadın aksesuarları və gözəlliyinizi üzə çıxaracaq parçalarla vaxt itirmədən tanış olun. Dinamik, iddialı və gözəl görünmək üçün lazım olan bütün məhsullar Mavi-də! Mavinin qadın geyim kolleksiyasındakı məhsullarla qarderobunuzu zənginləşdirə və üslubunuzu ən yaxşı şəkildə əks etdirə bilərsiniz. 

LC Waikiki 

LC Waikiki-nin yeni kolleksiyasında daha çox qəhvə və xalis tonlardan istifadə etdiyini görə bilərik. Bu kolleksiyaya nəzər yetirdikdə görərik ki, torlu üst paltarlar və xalis bol şalvarlar çoxluq təşkil edir. Xalis və qəhvəyi tonlardan əlavə olaraq, başqa bir görkəmli ton mavi, əsasən də açıq mavidir. Bəlkə də bu o deməkdir ki, bu 3 rəng tonu bu kolleksiyanın əsasını təşkil edir.

Bershka

Geyim istənilən qarderobun ulduzudur, buna görə də mövsümi görünüşünüzü yeniləməyi düşünürsünüzsə, buradan başlayın. Bershka-nın geyim kolleksiyası hər mövsümün ən çox tələb olunan üslubu əhatə edəcək şəkildə genişləndirilir: asimmetrik, düz, düyməli klassik və ya moda. Qısa paltarlar həftə sonları üçün, eləcə də ofis üçün idealdır, çünki onlar sizə rahatlıq və zəriflik bəxş edir. 

Xüsusi endirimlər və ən son yeniliklərlə Bershka-nın müştərilərə təqdim etdiyi yeni kolleksiyadan yararlana bilərsiniz.

Niyə Kargolux?

Kargolux karqo sektorunda uğurlu addımlarla addımlayaraq, və müştərilərin güvənin qazanaraq fəaliyyət göstərir. Müştərilərin güvənini qazanmaq bizim ən vacib uğurumuzdur. Karqo sektorunda seçilməyimizin bir sıra səbəbləri var ki, bunların hər biri üstünlükdür. 

Kargolux-un ən böyük üstünlüklərindən biri xarici anbara daxil olan bağlamaların eyni gün ərzində sistemə vurulmasıdır. Belə ki, sifariş verdiyiniz məhsul xarici anbara daxil olan kimi, gözlədilmədən sistemdə öz əksini tapmış olur. Bu sürətli işimizin nümunələrindən sadəcə biridir. 

Xarici anbarda sistemə daxil olan bağlamalar tez bir zamanda yola salındıqdan sonra, gömrük yoxlamasından asılı olaraq 1-2 iş gün ərzində artıq yerli anbara daxil olur. Məhsulunuzu onlayn formada statusunu izləyərək, bağlamanızın harda olmasına dair məlumat ala bilirsiniz. Yəni, SMS bildiriş sistemimiz ilə müştərilərin hər biri bağlamalarının xarici anbara daxil olduğundan, yola salındığından və yerli anbara daxil olduğundan xəbərdar olur. Məhsulunuzun yerli anbarda olduğuna dair SMS bildirimi aldığınız andan etibarən filial və məntəqələrimizə yaxınlaşaraq, bağlamanızı əldə edə bilərsiniz. 

Daşınma haqqını həm onlayn, həm də nağd formada ödəmə imkanınızın olması Kargolux-un sizin üçün yaratdığı rahat alış-veriş sisteminin bir nümunəsidir.

Bundan əlavə olaraq, vaxtınız yoxdursa, bağlamanızı gəlib götürmənizə ehtiyac yoxdur. Belə ki, sürətli və operativ kuryer xidmətimizdən yararlana bilərsiniz. Kuryer sifariş edərək, bağlamanızı qapınızda qarşılaya bilərsiniz.

Bakı şəhərinin mərkəzində yerləşən Baş ofisi, Neftçilər filialı və 15-dən çox paylama məntəqəsi ilə xidmət göstərən Kargolux bütün Azərbaycana çatdırılmanı daha rahat etdi. Belə ki, regionlarda yaşayan vətəndaşlarımız üçün də Türkiyədən alış-verişi daha rahat hala gətirdik. 

Möhtəşəm Kampaniyalar sizləri gözləyir!

Sürətli çatdırılma ilə rəqiblərindən seçilən Kargolux hal-hazırda davam edən möhtəşəm kampaniyaları ilə də müştəriləri məmnun etməkdə davam edir. Belə ki, ilk qeydiyyatda 1kq=0.90$ kampaniyası aylardır davam edən Kargolux yeni bir kampaniyanı da başlatmışdır. Bu kampaniya isə bütün müştərilərə şamil edilir və 1kq=3.20$ tarifi ilə çatdırılmanı vəd edir. “Qızmar Yay” kampaniyası müddətlidir və avqust ayının son günü başa çatmış olacaq. Möhtəşəm kampaniyalarımızı fürsətə çevirin, yay bitmədən alış-veriş səbətlərinizi doldurun, sifarişlərinizi verin, Kargolux möhtəşəm tariflərlə çatdırsın!