Türkiyədən yay aksesuarları sifarişi
Türkiyədən yay aksesuarları sifarişi bu gün ki, bloqumuzun mövzusu olacaq. Markaların Yeni Kolleksiyaları ilə sizin üçün yayda mütləq şəkildə istifadə etməli olduğunuz və yay kombinlərinizin əvəzolunmaz parçaları olacaq aksesuarları sıralayacağıq.
Aksessuarlar geyimləri tamamlayan, ruhumuzu göz önünə qoyan və xarakterimizi sərgiləyən ən önəmli parçalardır.
Türkiyədən yay aksesuarları sifarişi indi daha rahatdır!
2022 Yay kolleksiyalarına baxdığımızda yüksək enerjili parçalarla qarşılaşırıq. Bu parçaları tamamlayan, hətta zaman zaman baş rol sahibi olan fərqli aksesuarlar da ola bilər. O zaman növbəti mövsümdə ən çox görəcəyimiz aksesuarlarla tanış olaq!
Qol üçün bilərziklər
Heç zaman trenddən düşməyən parçalar olan bilərziklər bu yayda da tez-tez rast gələcəyimiz parçalar olacaq.
Çox böyük halqa sırğalar
Böyük halqa sırğalar bir müddət köhnəlmiş hesab edilsə də, Isabel Marant, Burberry, Versace və Fendi kimi brendlərin yeni mövsüm kolleksiyalarında özünə yer tapır. Bu da deməkdir ki, halqa sırğalar yenidən trendədir və yay kombinlərinizdə yer almalıdır.
3D üzüklər
Rəngarəng duruşları ilə konfeti xatırladan üç ölçülü üzüklər keçən sezondan etibarən dəbdədir və bu yay da trenddə olacaq. Rəngarəng yayı daha da rəngli edəcək olan bu aksesuarları əldə etmək artıq mütləqdir.
Qalın "Chokers"
Xatırlayırsınızsa, 5 il öncəsində demək olar ki, hər kəsin istifadə etdiyi bu aksesuar yenidən trendlərə qayıdır. Bu aksesuarların əsas özəlliyi bütün kombinlərə uyğunlaşmasıdır.
Rəngli günəş eynəkləri
Diqqət çəkən rəngli gün eynəkləri yenə yayın trendlər arasındadır. Bu yay hər şeyin rəngarəng və dəbli olacağı bir mövsümə qədəm qoyuruq.
Beysbol şapka
Qış mövsümündə başlayan beysbol şapkaların yüksəliş sürəti yay mövsümündə də davam edir. Beysbol şapkaları bir çox kombinasiyanı tamamlayır.
Qızılı rəngli aksesuarlar
Yayda bizi isidən günəşin istiliyini aksesuarlarınıza necə daşımaq istərdiniz? Minimal dizaynları sevirsinizsə, kiçik qızılı halqa sırğalarla üslubunuza bir az toxunuş əlavə edə bilərsiniz. İddialı görünməyin vacib olduğunu düşünsəniz belə, böyük zəncirlərdən hazırlanmış qızılı rəngli müasir boyunbağıları seçərək, yaydakı mükəmməl kombinlərinizi zirvəyə daşıya bilərsiniz.
Həsir Çantalar
Yay mövsümünün vazgeçilməzləri olan həsirləri qeyd etməmək mümkün deyil. Bir çox fərqli rəng və ölçüdə olan həsir çantalar arasında mavi, firuzəyi, yaşıl kimi böyük ölçülü və okean rənglərinə sahib modellər bu mövsüm çox dəbdədir. Onları ağ kətan yay paltarlarınızla birləşdirsəniz, möhtəşəm görüntü əldə etmiş olacaqsınız. Şort, kətan köynək və sandaletlə geyinərək gündəlik tərzinizə uyğunlaşdırmağı unutmayın!
Bohem muncuqları
Yay geyimlərimizin ən əyləncəli tamamlayıcılarından biri olan muncuqlu aksesuarlar, xüsusilə çimərlikdə bikini və çimərlik paltarlarınızla gözəl görünəcək. Fərqli rəng və formada bilərziklər, boyunbağılar və halqalardan birlikdə istifadə edərək olduqca dəbli görünüşlər yarada bilərsiniz.
Kargolux ilə Türkiyədən Yay aksesuarları`nı hardan əldə etmək olar?
Demək olar ki, Zara, Bershka, Stradivarius, Pull and Bear kimi bir çox brendlərin alış-veriş saytından siz yay geyimlərinizə işıltı qatacaq o möhtəşəm aksesuarları əldə edə biləcəksiniz.