Xəbərlər və yeniliklər

Türkiyədən ucuz qab-qacaq sifarişi üçün 5 ən uyğun sayt

Türkiyədən ucuz qab-qacaq sifarişi üçün 5 ən uyğun sayt

Türkiyənin onlayn alış-veriş saytları hər kəsə məlumdur. Sadəcə bizlərə bəlli olan saytların demək olar ki, əksəriyyəti geyim, aksesuar, ayaqqabı və s. kimi bizə hər zaman lazım olan məhsulların satıldığı saytlardır. Lakin araşdırma apardığımız zaman Türkiyədən Azərbaycana onlayn olaraq qab-qacaq sifariş edənlər olduğunu da görürük. Bəs bunun üçün Türkiyənin hansı onlayn alış-veriş saytları tövsiyə olunur? Kargolux olaraq sizin üçün bunu da araşdırdıq və sizlər üçün lazım olan qab-qacaq ala biləcəyiniz Türkiyənin onlayn alış-veriş saytlarını bir .araya gətirir   Trendyoldan Sifariş Edərək Trendyol.com-Təbii ki, bütün sektorlarda olduğu kimi bu sektorda da Trednyol saytını ilk sırada görməyimiz artıq qəbul olunandır. Bildiyiniz kimi, bu saytdan demək olar ki, hər növ məhsul tapmaq və Azərbaycana rahatlıqla sifariş etmək mümkündür. Həmin məhsullardan biri də qab-qacaqla bağlı olan məhsullardır. Çay stəkanından nəlbəkiyə, böyük yemək qablarından şorba qablarına, salat qablarından meyvə qablarına, fincanlardan dördkünc yemək qablarına, üstündə meyvə-tərəvəz doğraya biləcəyiniz taxta və ya plastik məhsullardan rəngarəng süfrə qablarına, səhər yeməyi üçün özəl olaraq hazırlanmış taxtalardan şirniyyat bişirmək üçün lazım olan əşyalara qədər bir çox çeşiddə məhsulları bu saytdan sifariş edə bilərsiniz. Təbii ki, geyimdə olduğu kimi, bu növ məhsullarda da bir çox markanın məhsulu saytda mövcuddur. Karaca, Paşabahçe, Kütahya Porselen kimi markaların məhsullarını rahatlıqla saytdan tapa bilərsiniz. Bir çox hallarda müəyyən edilmiş qiymətin üzərində sifariş etdiyiniz zaman Türkiyə daxili karqo çatdırılması da pulsuz olur. Bundan əlavə olaraq saytdakı markaların məhsulların diqqətlə izləsəniz əslində həmin məhsulların bir çoxunda endirim olduğunu görə bilərsiniz. Mükəmməl məhsulları ölkəmizə sifariş edərək əldə etmək üçün elə indi Kargolux.az saytından qeydiyyatdan keçin, sifarişiniz sürətli və sərfəli tariflərlə sizə gəlsin. Trendyol.com-Türkiyənin ən böyük onlayn alış-veriş saytında istədiyiniz yorğan dəsti (nevresim seti) tapa bilərsiniz. Hər növ məhsulun satıldığı bu onlayn alış-veriş platformasında siz bu sektorla bağlı bir neçə məşhur markanın məhsullarını rahatlıqla sifariş etmək şansına sahibsiniz. Siz bu saytdan Karaca Home, Yataş Bedding, ALAMODE, Louis Marie, Berolige, Tabu Home kimi markaların məhsulları ilə tanış olaraq bəyəndiyiniz məhsulları Kargolux ilə Türkiyədən Azərbaycana sifariş edə bilərsiniz. İstər tək, istərsə də 2 nəfərlik yorğan dəstlərinin (nevresim seti) olduğu bu onlayn alış-veriş platforması hər zaman müştərilərinin keyfiyyətli məhsul əldə etməsi üçün ən yüksək dərəcədə xidmət göstərməkdədir.   Krc.com.tr-keyfiyyət və qiymət baxımından Türkiyənin öndə markalarından olan Karaca markası müştərilər tərəfindən daha çox qab-qacaq məhsulları satan böyük mağazalar şəbəkəsi kimi tanınsa da, əslində bununla yanaşı həm də müştərilərinə yorğan dəstləri satmaqdadır. Satılan məhsullarına hər zaman zəmanət verən Karaca markası müştərilərin axtardığı bütün növ “nevresim set”lərini müştərilərinə təklif etməkdədir. İlin bir çox zamanında məhsullarını müştərilərinə endirimli qiymətlərlə təklif edən bu markadan məhsulları cəmi 30 Azərbaycan manatından başlayan qiymətlərlə əldə edə bilərsiniz.    Gural.com.tr - dən alış-verişə başla Gural.com.tr-Türkiyənin ən keyfiyyətli mətbəz məhsullarının olduğu bu markadan istədiklərinizi rahatlıqla sifariş edə bilərsiniz. Sayta daxil olduğunuz zaman fərqli kateqoriyalar önünüzə çıxacaq. Siz burada istər mətbəx məhsulları, istər süfrə, istərsə də çay-qəhvə məhsulları ilə tanış ola bilərsiniz. Bununla da bitmədi, əlavə olaraq həmin sıralamada “Yıldızlı fırsat ürünleri” deyə bir bölüm daha var. Siz oradan endirimdə olan məhsulları sifariş edə bilərsiniz. Əgər sizin bank kartınızı sayt qəbul etməzsə, bununla bağlı da narahat olmağa dəyməz. Kargolux-un “Həvalə et” xidməti məhz sizləri düşünərək, bu kimi problemlərdə sizə kömək etmək üçün yaradılmışdır. Türkiyənin istənilən onlayn alış-veriş saytından Azərbaycana sifariş verərkən, sayt bank kartınızı qəbul etməzsə, bu zaman bizim “Həvalə et” xidmətimizdən faydalana bilərsiniz. Krc.com.tr sərfəli seçim Krc.com.tr-Karaca markası dediyimiz zaman istər Türkiyədə, istərsə də Azərbaycanda hər kəs bu markanın hansı sektorda olduğunu bilir. Brendləşmək dediyimiz mərhələni çox-çox illər əvvəl yerinə yetirmiş bu markanın məhsulları inanılmaz dərəcədə keyfiyyətlidir. Xərclənən pula görə keyfiyyət istəyirsinizsə, o zaman Karaca məhz sizə xitab edir, desək yanılmarıq. Həm keyfiyyəti, həm insanlarda özlərinə qarşı yaratmış olduqları etibar ilə bu marka Türkiyədə mətbəx məhsulları sektorunda ayrı bir yerdə dayanmaqdadır. Sayta daxil olduğunuz zaman sizi bütün məhsulları ilə tanış etmək üçün fərqli kateqoriyalar altında toplanmış siyahı görə bilərsiniz. Həmin kateqoriyalarda siz həm ev dekoriyası üçün lazım olan məhsulları, həm də qab-qacaqla bağlı bütün məhsulları rahatlıqla analiz edə bilərsiniz. Bundan əlavə saytda cehiz setləri, xalçalar və ən çox satılan məhsullar kimi bölümlər də mövcuddur. Əgər siz də təcili olaraq Türkiyənin hər hansı onlayn alış-veriş saytından sifariş vermək istəyirsinizsə, o zaman Kargolux-un “Təcili sifariş” xidmətindən yararlanmalısınız. “Təcili sifariş” xidmətimiz cəmi 30 dəqiqə ərzində həyata keçirilir. Poland.com-un geniş assortimenti Porland.com-Qab-qacaqla bağlı digər tövsiyə olunan saytdır. Mətbəx, çay-qəhvə, yemək-içmək ilə bağlı axtardığınız bir çox məhsulu rahatlıqla tapa biləcəyiniz saytlardan biri də məhz Porland.com.tr-dir. Saytda səhər yeməyi setlərindən qəhvə setlərinə, çəngəl-bıçak setlərindən qazan setlərinə qədər bir çox fərqli məhsul satılmaqdadır. Hətta saytda “Evlilik takımları” adı altında cehizlik məhsullar da var.  Bununla da bitmədi. Saytda siz “Outlet” bölməsindən sizə təklif olunan məhsulları daha uyğun qiymətə əldə edə bilərsiniz.  Türkiyədən Azərbaycana verdiyiniz sifarişlərin birbaşa olaraq evinizə və ya iş yerinizə çatdırılmasını istəyirsinizsə, Kargolux-un “Kuryer” xidmətindən faylana bilərsiniz. Kargolux hər zaman müştəriləri üçün ən yaxşısını etməyə çalışır. Keramikashop.com hədiyyə və endirim dolu mağaza Keramikashop.com-Türkiyədən onlayn olaraq qab-qacaq sifariş edə biləcəyiniz saytlardan biri də məhz bu saytdır. Müştəriləri tərəfindən daim tövsiyə olunan saytda məhsullar bir neçə kateqoriya altında toplanıb. Sayta baxdığımız zaman mətbəx məhsullarından başqa ev dekorasiyası ilə də bağlı məhsulların mövcud olduğunu rahatlıqla görə bilirik. Saytda bəzi məhsulların endirimli qiymətlərlə təklif edilməsi də bu saytı vazkeçilməzlər arasında qalmağa sanki bizi məcbur edir. Həm keyfiyyətli, həm də uyğun qiymətli məhsulların satıldığı bu saytdan sifariş verdiyiniz zaman hər hansısa bir çətinliklə qarşı-qarşıya gəlsəniz, o zaman mütləq Kargolux-la əlaqə saxlayın. Türkiyənin istənilən onlayn alış-veriş saytından Azərbaycana verdiyiniz sifarişlərin sürətli, etibarlı və sərfəli qiymətlərlə çatdırılmasını istəyirsinizsə, elə indi Kargolux.az-da qeydiyyatdan keçin.

Ətraflı #
# 3 il əvvəl
Trendyoldan necə sifariş edə bilərik?

Trendyoldan necə sifariş edə bilərik?

Türkiyənin onlayn alış-veriş saytları dedikdə ağlımıza ilk gələn sayt təbii ki, Trendyol.com saytıdır. İstər Türkiyə, istərsə də xarici vətəndaşların hər keçən gün artan sifariş sayılarında olan yüksəliş bu saytın nə dərəcədə etibarlı olduğunu göstərməkdədir. Həm qiymət, həm də keyfiyyət baxımından Azərbaycan vətəndaşlarına çox uyğun olan Türkiyənin onlayn alış-veriş sektoru hər gün daha da böyüməkdədir. Qadağan olunmuş məhsullar istisna olmaqla digər hər növ məhsulları rahatlıqla və asan sifariş edə bilərsiniz. Trendyoldan sifariş etməyin addım-addım izahı Trendyol saytından sifariş etmək üçün təbii ki, ilk olaraq Kargolux-un saytında qeydiyyatdan keçməlisiniz. Bunun üçün ilk olaraq Kargolux.az saytında “Qeydiyyat” bölməsinə daxil olursunuz, açılan pəncərədə sizinlə bağlı lazımlı olan məlumatları doldurursunuz. Burada ad, soyad, e-mail adresiniz, telefon nömrəniz, FİN kod-unuz kimi məlumatları yazmalı və özünüzə şifrə təyin etməlisiniz. Daha sonra isə sizə ən yaxın filialımızı seçirərək qeydiyyatı tamamlayırsınız. Sizin üçün "həvalə et" xidməti Əgər sifarişi bizim verməyimizi istəyirsinizsə, seçdiyiniz məhsulun linkini, ölçüsünü, sayını və TL dəyərini müvafiq bölmələr qeyd edirsiniz. “Məhsulun digər detalları” bölməsinə məhsulun rəngi və məhsulla bağlı qeyd etməyiniz vacib olan məlumatlarıı daxil edirsiniz. Qiyməti qeyd edərkən Türkiyə içi karqo ödənişini də yazmağı unutmamalısınız. Əgər sifarişi özünüz vermək istəyirsinizsə, bunun üçün bu addımları izləməlisiniz: Trendyoldan seçdiyiniz məhsulu Azərbaycana sifariş etmək istəyirsinizsə, Trendyol.com saytında qeydiyyatdan keçməlisiniz. Trendyol.com saytına daxil olduğunuz zaman sağ yuxarı tərəfdən “Giriş yap” bölməsindən “Üye ol” düyməsindən üzv ola bilərsiniz. Yeni açılan səhifəyə e-mail adresinizi yazırsınız və şifrənizi təyin edirsiniz.   Qeydiyyat prosesini tamamladıqdan sonra Trendyoldan Azərbaycana sifarişlərinizə başlaya bilərsiniz. Sifariş edəcəyiniz məhsula daxil olaraq "sepete ekle’’ bölməsinə klikləməli və məhsul səbətə əlavə olunduqdan sonra Trendyolda ‘‘sepetim‘‘ bölməsinə daxil olaraq ‘‘sepeti onayla‘‘ya klikləməlisiniz. Yeni açılan pəncərədə ad, soyad, Kargolux.az saytının ‘‘Türkiyə ünvanım‘‘ hissəsində sizin üçün ayrılmış, Türkiyəyə aid olan nömrə və ünvanı daxil edirsiniz. Bütün lazım olan bölmələri doldurduqdan sonra ‘‘kaydet‘‘ düyməsinə klikləməlisiniz. Qeyd etdiyiniz məlumatların düzgünlüyündən tam əmin olmalısınız, çünki yanlış olacağı halda Trendyoldan Azərbaycana sifarişlərinizdə problem yaşananacaq və məhsulunuz göndərilməyəcək.  Xüsusi olaraq vurğulamalıyıq ki, bağlmanız Türkiyə daxili karqoya verildikdə Kargolux şəxsi hesabınızda bəyan etməlisiniz. Bəyan edildikdən sonra bağlamanız hesabınızda əks olunacaq.  

Ətraflı #
# 3 il əvvəl
Sizin üçün “Biz  Alaq” xidməti

Sizin üçün “Biz Alaq” xidməti

Son illərdə baş verən dəyişim Son illərdə dünyada yaşanan tərəqqi bütün sektorlara inanılmaz dərəcədə müsbət mənada təsir etdi. Bunu özəlliklə texnologiya sahəsində görsək də, digər sektorlarda da bunu rahatlıqla hiss etmək olur. Bu mövzuda ölkəmizə gəldikdə isə, təbii ki, son 3 -5 ilə nəzər saldıqda ölkəmizə idxalın artdığını görə bilərik. Əlbəttə, idxal məsələsi əslində tam olaraq fərqli mövzudur. Ancaq ölkə xaricindən artıq fiziki şəxslərin də rahatlıqla sifariş verə bildiyinin fərqindəyik. Bu sektorda özəlliklə, Türkiyə bazarı tam ayrı bir yerdədir. Əksəriyyət, Türkiyənin onlayn alış-veriş saytlarını seçır...  Bizim vətəndaşlarımız üçün həm münasib qiymətli, həm də keyfiyyətli məhsulların olduğu Türkiyənin onlayn alış-veriş saytları hər zaman ilk seçimdir. Burada ilk növbədə təbii ki, insanların Türk dilini rahatlıqla başa düşməsi və bu səbəbdən rahatlıqla seçim edə bilmələri gəlir. Bundan başqa milli pul vahidi olaraq bizim manatın Türk lirəsindən daha dəyərli olması Türkiyənin onlayn alış-veriş bazarını bizim vətəndaşlar üçün daha da çəkici etməkdədir. Lakin bəzi onlayn alış-veriş saytları var ki, bu tip saytlar Azərbaycana aid bank kartlarını qəbul etmir. Bu problemin həlli məhz Kargolux-dan keçir. Sadəcə bu deyil, Türkiyənin onlayn alış-veriş saytlarından Azərbaycana sifariş verməkdə çətinlik çəkirsinizsə və ya bunu etmək üçün vaxtınız yoxdursa, Kargolux bu mövzuda da sizə hər zaman kömək etməyə hazırdır. Kargolux-un “Biz Alaq” xidməti Kargolux-un “Biz Alaq” xidməti məhz sizin üçündür. Bəyəndiyiniz məhsulu sifariş etməyə əlavə zamanınız yoxdursa və ya Türkiyədən necə sifariş edəcəyini bilmirsinizsə, biz sizin üçün həmin məhsulu alarıq. Necə?   Türkiyənin onlayn alış-veriş platforma və ya saytlarından bəyəndiyiniz bir malın alınması zamanı çətinlik çəkirsinizsə, bununla bağlı bizə müraciət etməlisiniz. Biz bu xidmətlə siz dəyərli müştərilərimizin bizə vermiş olduğu ixtiyara əsasən həmin məhsulu sizin adınıza alaraq Türkiyədən Azərbaycana sürətli çatdırılmasını təşkil edirik. Qeyd edək ki, “Biz Alaq” xidmətini seçdiyiniz zaman 5% xidmət haqqı hesablanır ki, bu da Türkiyədən onlayn alış-veriş zamanı yaranan bank xərci, pulun nağdlaşdırılmasi və xidmət haqqı olaraq çıxılmış sayılır. Hazırda kampaniya olduğundan 5% xidmət haqqı alınmır.

Ətraflı #
# 3 il əvvəl

Bizi Youtube-də izləyin

Bizi Youtube-də izləyin

# kargolux.az
#

Trendyoldan Kargolux ilə birbaşa sifariş qaydası

# 12.04.2021
#

KargoLux ilə sifariş et xidməti

# 12.04.2021
#

Xəbərlər və yeniliklər

# 12.04.2021