Xəbərlər və yeniliklər

Kargolux-da "Bəyannamə" tələb olunmur

Kargolux-da "Bəyannamə" tələb olunmur

Türkiyədən sifariş bizimlə asandır Siz Türkiyənin onlayn alış-veriş saytlarından özünüz sifariş etdiyiniz zaman “Türkiyə ünvanım” bölməsinə daxil olaraq sizin üçün Türkiyədə yaratdığımız ünvanınızı yazaraq məhsulunuzu sifariş edirsiniz. Bu zaman məhsulunuz sifariş etdiyiniz saytdan birbaşa bizim Türkiyə anbarımıza gələcəkdir. Bağlamanız Türkiyə anbarımıza daxil olduqdan maksimum 48 saat ərzində sistemə işlənəcəkdir. Bu zaman Kargolux.az saytında qeyd etdiyiniz nömrənizdə məhsulunuzun Türkiyə anbarına çatdığı haqda məlumat alacaqsız. Əgər bu smsdə “Bağlamanız Türkiyə ofisindədir, Qısa zamanda sifariş 24 saat içində bağlamanın fakturasını və ya məhsulun qiyməti düşən şəklini sayta yükləməlisiniz” yazılırsa, deməli bağlamanızın üzərində faktura yoxdur. Ölkəyə göndərilməsi üçün kargolux.az saytında bağlamanıza faktura yükləməlisiniz. Bu zaman kargolux.az saytında  hesabınıza daxil olaraq “Faktura əlav et”  butonuna tıklayırsınız. Açılan pəncərəyə smsdə gələn kodu daxil edib axtarışa verirsiniz. Bağlamanız haqında məlumatlar açıldıqda isə sifariş etdiyiniz sayta daxil olaraq məhsulunuzun fakturasını və ya ekran görüntüsünü çəkərək “Faktura əlavə et” yerinə yükləyib qiymətini yazaraq düzəliş edirsiniz. Bundan sonra isə smart customs tətbiqinə və ya e.customs.gov.az saytına daxil olaraq bəyanəmənizi doldurursunuz. Əgər sizin mobil nömrənizə “Bağlamanız Türkiyə ofisdindədir smart customs tətbiqinə daxil olaraq bəyyanamə yükləyin” yazılırsa, demək ki, kargolux.az saytında bəyannamə yükləməyə ehtiyac qalmır. Bu zaman sadəcə smart customs və ya e.customs.gov.az saytında bəyan etməyiniz yetərlidir.

Ətraflı #
# 3 il əvvəl
Türkiyədən ətir və kosmetika sifarişi

Türkiyədən ətir və kosmetika sifarişi

Türkiyədən kosmetika və parfüm sifarişi etmək necə olur? Xarici ölkələrdən kosmetika sifariş etmək xanımların marağında olan bir mövzudur. Gözəlliyinə və dərisinin qayğısına qalmaq istəyən xanımlar üçün kosmetika və parfüm məhsullarının münasib qiymətlə onlayn sifarişinin əvəzsiz olan məkanı Türkiyənin onlayn alış-veriş platformalarıdır.  Onlayn alış-verişi sevən xanımlar istədikləri məhsulun Azərbaycandakı və Türkiyədəki qiymətini qarşı-qarşıya gətirdikləri zaman Türkiyədən kosmetika sifarişinin daha sərfəli olduğu qənaətinə gələ bilərlər.  Eyni zamanda məhsulun orjinallığı da göz önündə tutulduqda Türkiyədən onlayn alış-veriş daha çox marağa səbəb olur.      Bəzən insanlar ətir qoxusunun uzun müddətli qalıcı olmamasından şikayətlənir. Bu səbəbdən insanlar parfüm alarkən maksimum dərəcədə diqqətli olmağa çalışırlar.  Türkiyənin onlayn alış-veriş platformaları Bu səbədən insanlar daha çox Türkiyənin onlayn alış-veriş saytlarından məhsul sifariş edirlər. Uyğun qiymətə həm parfüm, həm də makiyaj sifariş etmək üçün Türkiyənin onlayn alış-veriş platformaları bunlardır: Sephora Türkiyənin ən məhşur onlayn kosmetika və parfüm mağazasıdır. Fransız markası olan bu brend məhsullarının  üstün keyfiyyəti və qalıcılığı ilə bir çox ölkədə fəaliyyət göstərir. Watsons Digər onlayn platformalardan fərqli olaraq, Watsons saytını sadəcə kosmetika məhsulları əhatə edir. Lakin zövqünüzü oxşayan ətri seçmək üçün “Parfüm və deodorant”  bölməsinə keçid edərək istəyiniz məhsulu əldə etmək imkanınız var.  Gratis Bu markanın kosmetika və şəxsi baxım məhsulları hər kəsin büdcəsinə uyğun olaraq yaradılmışdır. Eyni zamanda qeyd edək  ki, Gratis-in  “Kampaniyalar” bölməsində müxtəlif brendlərə məxsus eynəklər, laynerlər, tonal kremləri daha münasib qiymətə tapa bilərsiniz. Trendyol Türkiyənin ən məhşur onlayn platformalarından biridir. Burada xüsüsi olaraq kosmetika və parfüm sifarişi aktiv mövqe daşıyır. Saytda Avon, Mac, Bioderma və s. kimi markalardan sifariş edərək makiyaj və parfümlərin keyfiyyətinə şahid ola bilərsiniz. Kosmetika və parfüm sifarişi etmək üçün: Bizim saytdan qeydiyyatdan keçirsiniz. Daha sonra kosmetika məhsulunu sifariş etmək istədiyiniz Türkiyənin onlayn alış-veriş saytında öz şəxsi kabinetinizi yaradırsınız. Sifariş etmək istədiyiniz məhsulu seçərək səbətə əlavə edirsiniz. Daha sonra aldığınız məhsulun ödənişini həyata keçirirsiniz və sonda məhsul sifarişi tamamlandıqdan sonra sizin e-mail ünvanınıza məhsulla bağlı faktura gələcək.  Kargolux ilə sürətli çatdırılma  Kargolux ilə Türkiyədən onlayn alış-verişlərinizi daha sərfəli edin. Sürətli karqo şirkəti olan Kargolux öz müştəriləri üçün hər  zaman mükəmməl xidmət göstərməkdə davam edir. Onlayn alış-veriş sevənlər kosmetika və parfümlər maye halında olduğu üçün çox zaman çatdırılma xərcinin çox olacağından nigaran qalırlar. Kargolux-un bununla bağlı da sərfəli xidmətləri mövcuddur. Belə ki, sevimli karqonuzda maye və standart məhsul tarifləri bərabərdir. Yəni istədiyiniz məhsulları elə bildiyiniz tariflər ilə sifariş edə bilərsiniz. Siz də Türkiyənin onlayn alış-veriş saytlarından sifariş verdiyiniz məhsulların Azərbaycana sürətli və sərfəli tariflərlə çatdırılmasını istəyirsinizsə, indi qeydiyyatdan keçərək alış-verişdən zövq alın.  

Ətraflı #
# 3 il əvvəl
Türkiyədən Azərbaycana karqo xidməti, çatdırılma şirkəti

Türkiyədən Azərbaycana karqo xidməti, çatdırılma şirkəti

Türkiyədən Azərbaycana karqo xidməti, çatdırılma şirkəti  Türkiyədən Azərbaycana kargo necə nec olur? Neçə günə gəlir? Qiymətləri necədir? Sərfəlidirmi? Türkiyədən sifarişlərin çatdırılması son daha çox inkişaf etmişdir. Türkiyənin alış-veriş bazarı günü gündən inkişaf etməkdədir. Buda Azərbaycanda olan vətəndaşlarımızın ciblərinə uyğun alış-veriş etmələri deməkdir. Sərfəli və büdcəyə uyğun olacaq hər bir əşyanı Türkiyədən sifariş edirlər. Türkiyədə alış-verişlərin həcmi son ildə 5 dəfələrlə böyüyüb. Bəs Türkiyədən Azərbaycana karqo necə olur? Şərtləri nədir? Karqo neçə günə çatır? Gömrükdə necə bəyan edilir? Bakıda hansı ünvandan götürmək olur?  Türkiyədən iki üç dəfə daha ucuz qiymətə alış-veriş etmək Azərbaycanda e-ticarət istifadə edənlər Türkiyədə fəaliyyət göstərən onlayn mağazalardan ( web saytlar ) milyonlarla fərqli çeşidlərdə məhsullar sifariş edir. Türkiyənin online mağazalarına olan maraq isə qiymətin ucuz və məhsulların keyfiyyətli olmasıdır. Həmçinin məhsul çeşidlərinin çox olmasıdır. İstifadəçilər Azərbaycanda satılan malların 2 3 qat dəyər aşağısında daha kaliteli və keyfiyyətli məhsulları Türkiyənin online alış-veriş saytlarından alırlar.  Biz Kargolux şirkıti olaraq Azərbaycanda e-ticarət saytlarından istifadə edən bütün müştərilərə xidmət göstəririk. Müştərilərimiz bizim vasitəmizlə sifariş etdikləri zaman məhsullarını tez bir zamanda əldə edirlər. Kargolux sürətli və güvənli daşıma xidməti həyata keçirir. Kargolux.az ilə Türkiyədən alış-veriş etməyin çox sadə qaydası var. Bunun üçün ilk öncə Kargolux.az saytından QEYDİYYATDAN KEÇmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra Türkiyə ünvanım bölməsinə daxil olursunuz. Bu bölmədə olan məlumatlar artıq sizin Türkiyədəki ünvanınız sayılır. Türkiyədən alış-veriş etməyin iki fərqli qaydası var.  Türkiyədən necə kargo göndərişi edə bilərəm? 1-ci qayda Siz Kargolux.Az hesabınıza daxil olaraq, Türkiyədən sifariş etmək istədiyiniz məhsulun linkini Sifariş Et bölməsinə atırsınız, məhsulun sayını, qiymətini, rəngini, ölçüsünü yazıb online ödəniş edirsiniz. Sonra 1 saat içində biz sizin yerinizə bu məhsulu online mağazadan alırıq. Qeyd edək ki, sifarişlərinizi bu qayda verən zaman heçbir komissiya haqqı tutulmur. Sadəcə link ilə sifariş etdikdə aldığınız mağazada Türkiyə daxili karqo ödənişinin olub olmadığını kontrol edin. Əgər əlavə ödəmə varsa toplam malın qiymətinin üzərinə gəlib ödəniş edirsiniz. 2-ci qayda Türkiyənin istənilən onlayn mağazasından özünüz istədiyiniz məhsulu alırsınız. Biz isə sadəcə həmin məhsulunuzu Azərbaycana sürıtli çatdırırıq. Bunun üçün siz məhsul sifariş etmək istədiyiniz Türkiyə saytına daxil olaraq, orada özünüzə şəxsi hesab yaradırsınız. Azərbaycana çatdırılmasını istədiyiniz məhsulun sifarişi zamanı həmin saytın ünvan bölməsinə Kargolux.Az saytında yazılan Türkiyə Ünvanım bölməsindəki ünvanları yazırsınız.   Satıcı mağaza sizin sifariş verdiyiniz məhsulu Kargoluxun türkiyə anbarına gətirir. Sonra bununla bağlı saytımızda qeydiyyatdan keçdiyiniz nömrənizə sms bildirişi gəlir. Siz Smart Customs tədbiqinə daxil olaraq bağlamanızı gömrükdə bəyan edirsiniz. Sonra isə biz bağlamanızı etibarlı və sürətli şəkildə 3 günə çatdırırıq. Gömrükdə bəyan edilməyən mallar ölkəyə göndərilmir.  Kargolux.Az-ın üstünlükləri nədir? Türkiyədən ən sərfəli çatdırılma şirkəti Kargolux 3 günə çatdırılma Türkiyədən sifariş zamanı bağlamalarınızı etibarlı şəkildə 3 iş günü müddətində çatdırırıq. Bağlamalarınız 100% siğortalanır. Əgər bizim şirkətimiz tərəfindən məhsulunuzə zərər dəyibsə ödənişiniz sizə geri qaytarılır.  Həcmsəl hesablama olunmur Əgər məhsulunuzun həcmi böyükdürsə, heç narahat olmağa dəyməz. Bunun üçün Kargolux var! Sadəcə net çəki ilə hesablayırıq. Maye məhsulları üçün hesablama olunmur Maye məhsulları( parfum, şampuan, sıvı, və sair) üçün xüsusi ayrı tarif hesablamırıq. Sadəcə net çəki ilə hesablayırıq. Sərfəli çatdırılma 0.7$-dan başlayan Türkiyədən çatdırılma xidmətimiz .  Qapınıza çatdırılma Bakı şəhərinin mərkəzi olan Nərimanov rayonunda metrodan 100  metr irəlidə mərkəz ofisi, Xırdalan filialımız, Sumqayıt filialımız, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Balakən filiallarımızla daima xidmətinizdəyik. Azərbaycanın bütün regionlarına (filiallarımız olmayan) poçt ilə çatdırılma edirik. Sürətli xidmət Türkiyə anbarına təhfil verilən bağlamaların tez bir zamanda sistemə işlənməsi

Ətraflı #
# 3 il əvvəl

Bizi Youtube-də izləyin

Bizi Youtube-də izləyin

# kargolux.az
#

Trendyoldan Kargolux ilə birbaşa sifariş qaydası

# 12.04.2021
#

KargoLux ilə sifariş et xidməti

# 12.04.2021
#

Xəbərlər və yeniliklər

# 12.04.2021