Trendyoldan necə sifariş edə bilərik?
Türkiyənin onlayn alış-veriş saytları dedikdə ağlımıza ilk gələn sayt təbii ki, Trendyol.com saytıdır. İstər Türkiyə, istərsə də xarici vətəndaşların hər keçən gün artan sifariş sayılarında olan yüksəliş bu saytın nə dərəcədə etibarlı olduğunu göstərməkdədir. Həm qiymət, həm də keyfiyyət baxımından Azərbaycan vətəndaşlarına çox uyğun olan Türkiyənin onlayn alış-veriş sektoru hər gün daha da böyüməkdədir. Qadağan olunmuş məhsullar istisna olmaqla digər hər növ məhsulları rahatlıqla və asan sifariş edə bilərsiniz. Trendyoldan sifariş etməyin addım-addım izahı Trendyol saytından sifariş etmək üçün təbii ki, ilk olaraq Kargolux-un saytında qeydiyyatdan keçməlisiniz. Bunun üçün ilk olaraq Kargolux.az saytında “Qeydiyyat” bölməsinə daxil olursunuz, açılan pəncərədə sizinlə bağlı lazımlı olan məlumatları doldurursunuz. Burada ad, soyad, e-mail adresiniz, telefon nömrəniz, FİN kod-unuz kimi məlumatları yazmalı və özünüzə şifrə təyin etməlisiniz. Daha sonra isə sizə ən yaxın filialımızı seçirərək qeydiyyatı tamamlayırsınız. Sizin üçün "həvalə et" xidməti Əgər sifarişi bizim verməyimizi istəyirsinizsə, seçdiyiniz məhsulun linkini, ölçüsünü, sayını və TL dəyərini müvafiq bölmələr qeyd edirsiniz. “Məhsulun digər detalları” bölməsinə məhsulun rəngi və məhsulla bağlı qeyd etməyiniz vacib olan məlumatlarıı daxil edirsiniz. Qiyməti qeyd edərkən Türkiyə içi karqo ödənişini də yazmağı unutmamalısınız. Əgər sifarişi özünüz vermək istəyirsinizsə, bunun üçün bu addımları izləməlisiniz: Trendyoldan seçdiyiniz məhsulu Azərbaycana sifariş etmək istəyirsinizsə, Trendyol.com saytında qeydiyyatdan keçməlisiniz. Trendyol.com saytına daxil olduğunuz zaman sağ yuxarı tərəfdən “Giriş yap” bölməsindən “Üye ol” düyməsindən üzv ola bilərsiniz. Yeni açılan səhifəyə e-mail adresinizi yazırsınız və şifrənizi təyin edirsiniz. Qeydiyyat prosesini tamamladıqdan sonra Trendyoldan Azərbaycana sifarişlərinizə başlaya bilərsiniz. Sifariş edəcəyiniz məhsula daxil olaraq "sepete ekle’’ bölməsinə klikləməli və məhsul səbətə əlavə olunduqdan sonra Trendyolda ‘‘sepetim‘‘ bölməsinə daxil olaraq ‘‘sepeti onayla‘‘ya klikləməlisiniz. Yeni açılan pəncərədə ad, soyad, Kargolux.az saytının ‘‘Türkiyə ünvanım‘‘ hissəsində sizin üçün ayrılmış, Türkiyəyə aid olan nömrə və ünvanı daxil edirsiniz. Bütün lazım olan bölmələri doldurduqdan sonra ‘‘kaydet‘‘ düyməsinə klikləməlisiniz. Qeyd etdiyiniz məlumatların düzgünlüyündən tam əmin olmalısınız, çünki yanlış olacağı halda Trendyoldan Azərbaycana sifarişlərinizdə problem yaşananacaq və məhsulunuz göndərilməyəcək. Xüsusi olaraq vurğulamalıyıq ki, bağlmanız Türkiyə daxili karqoya verildikdə Kargolux şəxsi hesabınızda bəyan etməlisiniz. Bəyan edildikdən sonra bağlamanız hesabınızda əks olunacaq.