Xəbərlər və yeniliklər

Türkiyədən ayaqqabı sifarişi

Türkiyədən ayaqqabı sifarişi

Türkiyədən sifariş : Ayaqqabı Türkiyədən onlayn alış-veriş etməyi düşünürsünüzsə, qarderobunuzun ən lazımlı parçalarından biri olan ayaqqabıları unutmamalısınız. Türkiyədən ayaqqabı sifarişi hər fəsildə cinsindən, zövqündən və stilindən asılı olmayaraq hər kəs üçün əvəzolunmaz seçim ola bilər. İstər qadınlar istərsə də, kişilər üçün ayaqqabı digər geyim növləri və aksesuarları qədər vacib detaldır. Xususilə qadınlar üçün ayaqqabı əvəzolunmaz qarderob parçasıdır. Qadınlar ayaqqabı seçərkən bir ayrı özənli və diqqətli olmağa çalışırlar. Çünki ayaqqabılar qadınların dostu kimidir. Bu da qadınların stilinin tamamlanmasında ayaqqabıların rolunu bir daha bizə xatırladır. Türkiyədən onlayn ayaqqabı sifarişi verməklə qarderobunuzun ən önəmli hissəsini təşkil edən ayaqqabılarınızı yeniləyə bilərsiniz. Bəs Türkiyədən ayaqqabı sifarişi verərkən hansı detallara diqqət yetirməliyik? Türkiyədən ayaqqabı sifarişi verərkən əsas diqqət edilməli nüanslar aşağıdakılardır: Rahat olması- Ayaqqabının rahat olması sizin də rahat hiss etmənizə səbəb olacaqdır. Rahatlığınıza düşkünsünüzsə, o zaman dikdaban ayaqqabılardan uzaq durmalısınız. Dikdaban ayaqqabıların görüntüsü hər nə qədər gözoxşayan və çəkici olsa da, rahatlıq baxımından heç əlverişli deyil. Rahatlığını ön planda tutan insanlar üçün ən əlverişli seçim idman ayaqqabılarıdır. Gündəlik həyatınızda rahatlıqla bu kateqoriyada olan ayaqqabılara müraciət edə bilərsiniz.  Keyfiyyətli olması- Onlayn alış-veriş zamanı geyim və aksesuarlar kimi ayaqqabıların da keyfiyyətinə xüsusi diqqət ayrılmalıdır. Ayaqqabının dayanıqlı olması onun keyfiyyətinin də yuxarı olduğunu göstərən əsas amildir. Dəri materialdan olan ayaqqabılar daha keyfiyyətli hesab olunur. Lakin bu kateqoriyadan olan ayaqqabıların qiyməti nisbətən yüksək olur. Keyfiyyət baxımından isə çox məsləhətlidir. Türkiyədən ayaqqabı sifariş verərkən daha çox qadınların diqqət etdiyi önəmli nüanslardan biri də dəblə uyğun olmasıdır. Bəs görəsən 2022-ci ildə hansı model ayaqqabılar dəbdə olacaq? Minimalizm hər il olduğu kimi bu ildə ön planda olacaqdır. Odur ki, Türkiyədən ayaqqabı sifariş verdiyiniz zaman nisbətən sadə ayaqqabıları seçməyə üstünlük verin. Sadəlik hər il olduğu kimi bu il də aktuallığını qoruyub saxlayır. 2022-ci ilin trend rənglərindən biri də torpaq tonları olacaqdır. Bu tonlarda ayaqqabı sifariş verərək qarderobunuzu 2022-ə uyğun tamamlaya bilərsiniz. Ağ, qara və boz rəngdə olan idman ayaqqabıları ötən il olduğu kimi bu ildə dəbdə olacaqdır. Xüsusilə yaz və yay aylarından bu rənglərdə olan ayaqqabılardan istifadə etməkdən çəkinməyin. Türkiyədən rahatlıqla ayaqqabı sifariş verə biləcəyiniz ən məşhur və etibarlı saytları sizin üçün bir araya topladıq Trendyol Bu sayt onlayn alış-veriş sevən insanların bir nömrəli seçimidir. Türkiyədən ayaqqabı sifariş etmək istəyən stilindən və zövqündən asılı olmayaraq hər bir kəsin seçimi məhz Trendyol saytı ola bilər. Bu saytın əsas üstünlüyü istənilən kateqoriyada bol çeşidin və sərfəli qiymətlərin olmasıdır. Müştəri sevgisi və məmnuniyyəti qazana bilmək bu saytın əsas məqsədlərindən biridir. Zövqünüzə və büdcənizə uyğun ayaqqabıları bu Türkiyə saytından əldə edə bilərsiniz. https://www.trendyol.com/   Flo Türkiyədən ayaqqabı sifarişi dedikdə, alış-veriş sevənlərin ağlına gələcək ilk saytlardan biri olacaq. İdman, klassik və s. tərzdə olan ayaqqabılar ən uyğun qiymətə Flo saytından seçə  bilərsiniz. Flo-nun keyfiyyətli ayaqqabı kolleksiyası ilə geyimlərinizi tamamlamağın əsl vaxtıdır. Hal-hazırda bütün qış məhsullarına 60 faiz endirim tətbiq olunur ki, qarderobunuzun ən önəmli parçası olan ayaqqabıları sərfəli qiymətə əldə edə bilərsiniz. https://www.flo.com.tr/ Derimod Dəri ilə modanı birləşdirən mağaza məhz Derimod-dur. Bu Türkiyə alış-veriş saytının digərlərindən əsas fərqi məhz ayaqqabıların dəri materialdan istehsal olunmasıdır. Türkiyədən ayaqqabı sifariş edərkən siz keyfiyyətli məhsul seçməyə özən göstərirsinizsə, o zaman heç düşünmədən seçiminiz bu sayt olmalıdır.  https://www.derimod.com.tr/ Nişantaşı shoes https://www.nisantasishoes.com/en Ayakkabı Dünyası https://www.ayakkabidunyasi.com.tr/ Ayakkabı Online https://www.ayakkabionline.com/

Ətraflı #
# 3 il əvvəl
14 Fevral- Sevgililər günü üçün hədiyyə seçimləri

14 Fevral- Sevgililər günü üçün hədiyyə seçimləri

Türkiyədən sifariş : 14 fevral sevgililər günü Qarşıda həm xanımların, həm də bəylərin səbirsizliklə gözlədiyi özəl bir gün gəlir. 14 Fevral hər kəs sevdiyinə özəl hiss etdirəcək hədiyyələr almağa üstünlük verir. Təbiiki burada ən önəmli nüans qarşınızdakı insana göstərdiyiniz diqqət və qayğıdır. Hədiyyə seçərkən ən önəmli detay sevdiyiniz insanın istəyi və zövqüdür. Hədiyyə alacağınız şəxsin nələri sevdiyinə, hansı markaları bəyəndiyinə, hansı tərzdə geyindiyinə diqqət yetirməlisiniz. Eyni zamanda ona ehtiyacı olan hədiyyə almağınız çox vacibdir. Düzgün hədiyyə seçmək qədər digər önəmli detay da alacağınız məhsulun qiymətinin büdcənizə uyğun olmasıdır. Bu zaman sizin üçün ən əlverişli seçim onlayn alış-veriş ola bilər. Türkiyədən onlayn hədiyyə almaqla həm vaxtınıza, həm də pulunuza qənaət edə bilərsiniz.    Trendyol     Türkiyədən onlayn hədiyyə almaq üçün ən mükəmməl seçimləri bu saytdan edə bilərsiniz. Hər kateqoriyada və istənilən zövqdə məhsulları rahatlıqla sifariş etmək mümkündur. https://www.trendyol.com/ Hepsiburada Sevgililər günü üçün hədiyyə ala biləcəyiniz digər bir sayt daha.   https://www.hepsiburada.com/ Gittigidiyor “Aşkınız kadar özel hediyye” başlığı ilə bu saytda sevgililər gününə özəl endirim kompaniyasından yararlanmağın tam zamanıdır. 1-10 fevral tarixlərində davam edəcək bu endirim kompaniyasını qaçırmamalısınız. https://www.n11.com/   Həm xanımlar, həm də bəylər üçün alınabiləcək hədiyyələr siyahısının  başında saat və aksesuar gəlir. Qarşınızdakı insanın geyim tərzinə uyğun saat və ya aksesuar hədiyyə etmək sizin üçün ən yaxşı seçimlərdən biri ola bilər. Onlayn alış-veriş saytlarında yüzlərcə çeşid arasından seçiminizi edə bilərsiniz. https://www.saatvesaat.com.tr/taki https://www.tozlu.com/TR/saat-ve-aksesuar https://takibu.com/ https://www.welchstore.com/ Bu günə özəl alınacaq hədiyyələr siyahısına ətir və kosmetika məhsulları da daxildir. Ətir həm xanımlar, həm də bəylər üçün ideal bayram hədiyyəsi ola bilər. Burada ən önəmli detay isə qarşınızdakı insanın hansı tərz ətirləri bəyənməsidir. Doğru ətir seçimi bu baxımdan çox vacibdir.  Kosmetika və baxım məhsulları isə sevdiyiniz xanıma alınabilinəcək özəl hədiyyələr sırasındadır. Xanımınıza özəl hiss etdirmək üçün bu tip hədiyyə almağınız mükəmməl seçim olacaqdır. https://www.modanisa.com/en/ https://www.cosmetica.com.tr/ https://www.beymen.com/ https://www.parfumevi.com.tr/ Əgər sevgilinizin, nişanlınızın və ya həyat yoldaşınızın tərzinə, stilinə və sevdiyi rəngə hakimsinizsə, geyim hədiyyə etmək fikrini düşünməlisiniz. Ona gündəlik həyatda geyinə biləcəyi geyim hədiyyə edərək qarderobunu tamamlaya bilərsiniz. Türkiyədən onlayn geyim sifariş etməklə hal -hazırda bir çox saytda davam edən endirimlərdən yararlana bilərsiniz. Sizin üçün bu saytları bir araya topladıq. https://www.morhipo.com/ https://www.tozlu.com/ https://www.bsl.com.tr/ https://www.zara.com/tr/ https://www.bershka.com/tr/ https://www.pullandbear.com/ https://shop.mango.com/tr Əgər evlisinizsə, həyat yoldaşınıza(xanımlara) evdə istifadə edə biləcəyi funksional hədiyyə alaraq incəlik edə bilərsiniz.  Mətbəx əşyaları, elektronika və dekorativ əşyalar bu tip hədiyyələrə nümunə göstərilə bilər. Aşağıda qeyd olunan saytlarda bütün kateqoriyalar üzrə məhsullar əldə edə bilərsiniz. Hətta bayrama özəl endirim kompaniyalarıda mövcuddur ki, bundan yaralanmağın tam zamanıdır.  https://www.evidea.com/ http://www.koctas.com.tr/ http://www.ikea.com.tr/ https://www.bonvagon.com/ https://www.vivense.com/ https://www.hipicon.com/  

Ətraflı #
# 3 il əvvəl
Bağlamanız 1M-dən kiçikdirsə, həcm hesablamırıq!

Bağlamanız 1M-dən kiçikdirsə, həcm hesablamırıq!

Türkiyədən sifariş - Bağlamanız 1M-dən kiçikdirsə, həcm hesablamırıq! Bildiyiniz kimi, Türkiyədən sifariş edilən bağlamaların daşınma haqqı onun fiziki və həcm çəkisinə görə hesablanır. Standart ölçüdə olan bağlamaların daşınma haqqı fiziki çəki əsasında aparılır. Yəni,  Kargolux-la məhsul sifariş verdiyiniz zaman bağlamanız 1M-dən böyük deyilsə, həcm çəkisini nəzərə almırıq. Belə ki, əgər sifariş etdiyiniz bağlamanın tərəflərindən birinin (en, uzunluq, hündürlük) ölçüsü 100 sm-dən artıqdırsa, yalnız bu zaman bağlamanın daşınma haqqı onun fiziki çəkisi deyil, həcm çəkisi əsasında hesablanacaqdır. Həcm çəkisinin hesablanma qaydası aşağıdakı kimidir: En(sm) x Uzunluq(sm) x Hündürlük(sm) / 6000 =Həcm çəkisi(kq)   Kargolux hər zaman olduğu kimi sərfəli qiymət və etibarlı çatdırılma ilə xidmətinizdədir. Türkiyədən onlayn sifariş verin, biz sizin üçün gətirək!

Ətraflı #
# 3 il əvvəl

Bizi Youtube-də izləyin

Bizi Youtube-də izləyin

# kargolux.az
#

Trendyoldan Kargolux ilə birbaşa sifariş qaydası

# 12.04.2021
#

KargoLux ilə sifariş et xidməti

# 12.04.2021
#

Xəbərlər və yeniliklər

# 12.04.2021