Xəbərlər və yeniliklər

Bershka-dan sifariş və çatdırılma

Bershka-dan sifariş və çatdırılma

Bershka Türkiyədən alış-veriş edənlərin sevə-sevə alış-veriş etdiyi markalardan biridir. Rəngarəng və keyfiyyətli parçaların ünvanı olan Bershka hər kəsin sevimli alış-veriş brendidir. Bershka mərkəzi İspaniya olan geyim və aksesuar brendidir. Markanın əsas məqsədi təlabatı tam şəkildə təmin etmək və müştəriləri maksimal formada razı salmaqdır. 1998-ci ildə fəaliyyətə başlayan Bershka hal-hazırda dünya üzrə 1000-dən çox mağaza ilə fəaliyyətini uğurlu davam etməkdədir. Bershka-nın əsas müştəriləri musiqi, sosial şəbəkələr və yeni texnologiyalarla bağlı son trendləri izləyən macərapərəst insanlardır. Əsas müştəri bazası gənclərdən ibarət olaraq hədəfə alınmışdır. Gündəlik geyimlərdən idman geyimlərinə qədər hər tərzdə və ən əsası dəbə uyğun parçalar bu markada bir araya toplanmışdır.  Bershkanın möhtəşəm məhsullarını sərfəli qiymətə əldə etməyin yolu alış-veriş saytına üz tutmaqdır. https://www.bershka.com/tr/ saytında sizə minlərlə çeşiddə məhsullar təqdim edilir. Aşağıdakı kateqoriyalar üzrə ən yaxşı parçaları əldə edərək, qarderobunuzu rəngləndirə bilərsiniz. Sayta daxil olan zaman qarşınıza çıxacaq ilk kateqoriya yeni mehsullar olacaq. Bele ki, sayta gələn yeni məhsulların hər biri “Yeni” adlanan kateqoriyada sayt ziyarətçilərinə təqdim edilir.  Endirimli məhsullar Bershka-nın alış-veriş saytının ayrılmaz bir hissəsidir deyə bilərik. Belə ki, bütün endirimli məhsullar “Özel fiyatlar” bölməsində yer almışdır. Bu endirimli məhsullara geyimdən aksesuara qədər bütün növ məhsullar aiddir. Bundan əlavə olaraq 400 tl-dən yuxarı məbləğdə alış-veriş etdiyiniz zaman Türkiyə daxili karqo xidmətindən pulsuz yararlana bilərsiniz.  Hal-hazırda isə saytda qadın və kişi kateqoriyalarının hər birində yay kolleksiyası təqdim olunmuşdur. Yay mövsümünü tam ürəyinizcə keçirmək, rəngarəng geyinmək və cazibədar görünmək istəyirsinizsə, seçiminin Bershka-nın özəl parçaları olacaq.  https://www.bershka.com/tr/ Səbətinizə əlavə etdiyiniz məhsulları Kargolux-la sifariş etmək ən doğru seçim olacaq. Çünki Türkiyədən sürətli çatdırılma Kargolux-la mümkündür. Türkiyə alış-veriş saytlarından seçdiyiniz istənilən məhsulu evinizə gətirəcəyik. Sərfəli tarif xidmətimizi isə unutmamalısınız. Kargolux-da qeydiyyatdan keçin, sifarişiniz “1kq=0.90$” tarifi ilə daşınsın. Bütün sifarişləriniz Kargolux-la 3-5 iş günü ərzində yerli anbara daxil olacaq və bu haqda birbaşa olaraq məlumat alacaqsınız. Bundan əlavə olaraq,  kuryer xidmətimizdən yararlanın, bağlamanızı düz qapınıza qədər çatdıraq! Kargolux karqo sektorunda qoyduğu fərqlər ilə müştərilərinə mükəmməl xidmət göstərmək üçün çalışır. Siz də sifarişlərinizi bizimlə edin, xidmətlərimizin keyfiyyətini görün.

Ətraflı #
# 2 il əvvəl
Flo-dan sifariş və çatdırılma

Flo-dan sifariş və çatdırılma

Türkiyədən onlayn alış-veriş edənlərin sevimli markalarından biri də Flo-dur. Tanınmış Türkiyə ayaqqabı markası olan Flo hər kəs tərəfindən tanınan və artıq brendləşmiş bir markadır. Keyfiyyətli məhsulları təqdim etməklə müştəri məmnuniyyətini zirvədə saxlamağa çalışan Flo günümüzdə ən çox üstünlük verilən alış-veriş saytları arasındadır.  1960-ci ildə fəaliyyətə başlayan Flo hal-hazırda Türkiyə ayaqqabı bazarında lider markalar sırasına girməyi başarmışdır. İllik satışların sayı 55 milyonu keçən Flo 21 ölkədə 500-dən çox mağaza ilə xidmət göstərməkdə davam edir. Günü-gündən böyüməyə davam edən bu marka özündə 9 dünya markasının məhsullarını birləşdirir. Bu markalar Polaris, Lumberjack, Kinetix, Butigo, İnstreet Dockers by Gerli, Nine West və Mercedes-dir.  Ölkəmizdə Flo-nun mağazaları fəaliyyət göstərsə də, satış qiymətləri kifayət qədər yüksəkdir. Türkiyədən alış-verişin sərfəli olması artıq hər kəsin bildiyi önəmli bir məlumatdır. Odur ki, Flo-nun ən özəl məhsullarını siz alış-veriş saytından da sifariş edərək, əldə edə bilərsiniz.  Flo-nun alış-veriş saytında hansı endirimlər var? İlk öncə qeyd edək ki, yaya özəl qadın, kişi və uşaqlar üçün nəzərdə tutulan məhsullar yay kolleksiyasında yer almışdır. “Bir yaz hikayesi” başlığı ilə təqdim edilən bu kolleksiyadan siz yay üçün ən özəl məhsulları əldə edə biləcəksiniz. Bundan əlavə, saytda seçilmiş məhsullara 50% endirim tətbiq olunur və bu fürsəti dəyərləndirməyin tam zamanıdır. Həmçinin 100 və 150 tl-dən başlayan qiymətlərlə təqdim olunan məhsullar “Endirim” bölməsində yer almışdır. Bu məhsulları gözdən keçirib, seçin və sifariş edin. Flo ayaqqabı markası olaraq tanınsa da, bol çeşiddə geyim, çanta və aksesuarların da satışı həyata keçirilir. Alış-veriş saytının özəlliklərindən biri də tərzlərə görə məhsulların bölünməsidir. Belə ki, idman, klassik və digər tərzlərdə olan məhsullar sayt ziyarətçilərinin rahatlığı üçün ayrı-ayrı kateqoriyalarda yerləşdirilmişdir. Türkiyənin seçilən 10 markası arasına daxil olmağı bacaran Flo-dan seçdiyin məhsullar qarderobunuzun ayrılmaz bir hissəsinə çevriləcək. https://www.flo.com.tr/  Səbətinizə əlavə etdiyiniz məhsulları Kargolux-la sifariş etmək ən doğru seçim olacaq. Çünki Türkiyədən sürətli çatdırılma Kargolux-la mümkündür. Türkiyə alış-veriş saytlarından seçdiyiniz istənilən məhsulu evinizə gətirəcəyik. Sərfəli tarif xidmətimizi isə unutmamalısınız. Kargolux-da qeydiyyatdan keçin, sifarişiniz “1kq=0.90$” tarifi ilə daşınsın. Bütün sifarişləriniz Kargolux-la 3-5 iş günü ərzində yerli anbara daxil olacaq və bu haqda birbaşa olaraq məlumat alacaqsınız. Bundan əlavə olaraq,  kuryer xidmətimizdən yararlanın, bağlamanızı düz qapınıza qədər çatdıraq! Kargolux karqo sektorunda qoyduğu fərqlər ilə müştərilərinə mükəmməl xidmət göstərmək üçün çalışır. Siz də sifarişlərinizi bizimlə edin, xidmətlərimizin keyfiyyətini görün.  

Ətraflı #
# 2 il əvvəl
Türkiyədən günəş eynəyi sifarişi

Türkiyədən günəş eynəyi sifarişi

Günəş eynəyi yay sezonunun yaxınlaşması ilə bağlı insanların almağa üstünlük verdiyi aksesuarlar sırasındadır. Xüsusilə, isti aylarda istifadəsi zəruri olan eynəklər həmçinin aksesuar olaraq da sevilir. Kombinlərinizi tamamlamaq üçün köməyinizə çatacaq olan eynəklər sizi həm zərərli günəş şüalarından qoruyacaq, həm də geyimlərinizlə istifadə edəcəyiniz ən lazımlı aksesuarlar sırasına girəcək. Türkiyədən günəş eynəyi sifarişi verən zaman diqqət etməli olduğunuz xüsusiyyətlərdən ilki keyfiyyət faktorudur. Keyfiyyətsiz eynək ən həssas orqanımız olan gözlərin zəifləməyinə və görmə qabiliyyətinin tamamilə məhv olmasına gətirib çıxara bilər. Bu baxımdan Türkiyədən günəş eynəyi sifariş edərkən alış-veriş etdiyiniz markaların keyfiyyətini araşdırmalı və seçim edərkən diqqətli olmalısınız. Digər tərəfdən eynək seçirsinizsə, sizin üçün rahatlıq faktoru da önəmli olmalıdır. Çünki eynəyin materialı birbaşa olaraq  buna təsir edir. Məsləhətlidir ki, daha çox kənar hissələri plastik olan eynəklərdən istifadə edəsiniz. Adətən kənar hissələri dəmirdən istehsal olunan günəş eynəkləri daha sərt olur və istifadə zamanı diskomfort hissi yaradır. Bu səbəblə, yuxarı da qeyd etdiyimiz kimi, plastik kənarlı eynəklərdən istifadə etsəniz, daha uzunömürlü və rahat olacaq. Keyfiyyətli və rahat günəş eynəklərini hardan ala biləcəyinizi düşünürsünüzsə, aşağıdakı alış-veriş saytları sizin üçün ideal ola bilər. Türkiyədən günəş eynəyi sifariş edə biləcəyiniz alış-veriş saytlarını sizə təqdim edirik.  Trendyol Sözsüz ki, Türkiyədən alış-veriş və ya günəş eynəyi sifarişi dedikdə, zirvədə olan Türkiyə alış-veriş platforması olan Trendyol-u mütləq qeyd etməliyik. Uşaqdan böyüyə hər kəsin tanıdığı və sevə-sevə alış-veriş etdiyi Trendyol rəngarəng, keyfiyyətli və həmçinin sərfəli qiymətli günəş eynəklərinin də ünvanıdır. Üstəlik günəş eynəklərini bu alış-veriş saytından endirimli qiymətə də əldə etmək imkanınız var. Çünki bu alış-veriş saytında endirim kampaniyaları daimi şəkildə yenilənir. https://www.trendyol.com/  Gözlük Adası Türkiyədən günəş eynəyi sifarişi dedikdə, ilk qarşınıza çıxacaq alış-veriş platformalarından biri Gözlük Adası-dır. Saytda bol çeşiddə qadın, kişi və uşaq eynəkləri təqdim olunur. Keyfiyyət ilə seçilən məhsulların bir araya toplandığı bu saytda siz həmçinin çanta və aksesuar kateqoriyası ilə də qarşılaşa bilərsiniz. Odur ki, geyimlərinizin mükəmməl tamamlayıcısı olacaq günəş eynəklərini səbətinizə əlavə edərək sifariş edə bilərsiniz. https://www.gozlukadasi.com/  Atasun Optik Hər büdcəyə uyğun günəş eynəkləri məhz Atasun Optik-də yolunuzu gözləyir. Belə ki, 129 tl-dən başlayan qiymətlərlə minlərlə çeşiddə məhsul təqdim edir. Sektorun liderlərindən olan Atasun Optik günəş eynəyi almaq üçün ən doğru seçimlərdən biri olacaq. Hal-hazırda isə saytda möhtəşəm endirimlər mövcuddur. Yayın gəlişi ilə əlaqədər olaraq yeni sezon kolleksiyası artıq saytda yer alıb. Rəngarəng yeni sezon eynəklərini əldə etməyə tələsin. https://www.atasunoptik.com.tr/  Optizen Optik Keyfiyyəti ilə seçilən 50-dən artıq eynək markasını özündə birləşdirən Optizen Optik möhtəşəm yay kolleksiyası ilə alış-veriş sevərlərin yolunu gözləyir. Saytdan alış-veriş edən müştərilərə 5 faiz endirim tətbiq olunan hədiyyə kuponu təklif olunur. Siz növbəti alış-verişinizdə bu endirim kuponundan istifadə edə biləcəksiniz.   https://www.optizen.com.tr/    Səbətinizə əlavə etdiyiniz məhsulları Kargolux-la sifariş etmək ən doğru seçim olacaq. Çünki Türkiyədən sürətli çatdırılma Kargolux-la mümkündür. Türkiyə alış-veriş saytlarından seçdiyiniz istənilən məhsulu evinizə gətirəcəyik. Sərfəli tarif xidmətimizi isə unutmamalısınız. Kargolux-da qeydiyyatdan keçin, sifarişiniz “1kq=0.90$” tarifi ilə daşınsın. Bütün sifarişləriniz Kargolux-la 3-5 iş günü ərzində yerli anbara daxil olacaq və bu haqda birbaşa olaraq məlumat alacaqsınız. Bundan əlavə olaraq,  kuryer xidmətimizdən yararlanın, bağlamanızı düz qapınıza qədər çatdıraq! Kargolux karqo sektorunda qoyduğu fərqlər ilə müştərilərinə mükəmməl xidmət göstərmək üçün çalışır. Siz də sifarişlərinizi bizimlə edin, xidmətlərimizin keyfiyyətini görün.

Ətraflı #
# 2 il əvvəl

Bizi Youtube-də izləyin

Bizi Youtube-də izləyin

# kargolux.az
#

Trendyoldan Kargolux ilə birbaşa sifariş qaydası

# 12.04.2021
#

KargoLux ilə sifariş et xidməti

# 12.04.2021
#

Xəbərlər və yeniliklər

# 12.04.2021