# 12 saat əvvəl

Zara İspaniyadan Sifariş - Kargolux ilə təlimat 2025

İspaniyanın məşhur brendi Zara-dan Azərbaycana rahat sifariş vermək artıq mümkündür. Zara, Pull&Bear kimi, yalnız İspaniya daxili ünvanlara göndərdiyi üçün Kargolux kargo xidmətindən istifadə etməlisiniz. Kargolux sizə İspaniya anbar ünvanı təqdim edir və məhsulunuzu Azərbaycana çatdırır.

Sifariş prosesini səhifəmizdə olan paylaşımımız ilə həyata keçirə bilrəsiniz:
Zaradan şifariş qaydası addım-addım

Zara İspaniyadan Sifariş Etməyin Addımları

1. Kargolux-da Qeydiyyat və İspaniya Ünvanını Almaq

İlk addım Kargolux-da qeydiyyatdan keçməkdir; qeydiyyat tamamilə pulsuzdur. Qeydiyyatdan sonra sizə İspaniya anbar ünvanı veriləcək. Bu ünvanı Zara saytında "Delivery address" kimi istifadə edəcəksiniz. Kargolux məhsulu İspaniya anbarında qəbul edir, etiketləyir və Azərbaycana çatdırır.

2. Zara İspaniya Saytına Daxil Olun

Zara-nın rəsmi saytına (https://www.zara.com/es/) daxil olub ölkə olaraq İspaniya (Spain / España) və dil olaraq İngilis dili seçimini etməlisiniz. Daha sonra istədiyiniz məhsulları (geyim, ayaqqabı, aksessuar) seçin.

3. Məhsulu Səbətə Əlavə Edin

Ölçü, rəng və sayı seçdikdən sonra məhsulu səbətə əlavə edin. Səbətə keçid edib “continue” düyməsinə klikləyin. Sifariş etmək üçün qeydiyyatdan keçməyə ehtiyac yoxdur “continue as a guest” seçimini edirsiniz və sifarişi tamamlamağa davam edin. 

4. Çatdırılma Ünvanı Bölməsinə Kargolux-un İspaniya Ünvanını Yazın

Bu, ən vacib addımdır, çünki Zara yalnız İspaniya daxili ünvanlara göndərir. Kargolux saytından və tətbiqindən hesabınıza daxil olaraq xarici ünvanlar seçiminə klikləyirsiniz.Göstərilən bütün ünvan məlumatlarını (Ünvan/Street, Şəhər/City, Poçt kodu/Postal Code) diqqətlə Zara-nın “continue as a guest” seçimini etdikdən sonra qarşınıza çıxan hissəsyə doldurursunuz.

5. Ödənişi Edin və Sifarişi Tamamlayın

Zara İspaniya saytı kartla ödənişi qəbul edir. Ödəniş məlumatlarını daxil edin və sifarişi tamamlayın. Sifariş uğurla yaradıldıqdan sonra sizə təsdiq e-maili gələcək.

6. Bağlamanın Azərbaycana çatdırılması

  1. Zara-dan Kargolux-a Çatdırılma: Həftədə 3 reys mövcud olduğu üçün sifarişinizi qısa müddət ərzində əldə edirsiniz.
  2. Bakıya Göndərilmə: Bağlama İspaniya anbarında qəbul ediləndə sizə bildiriş gələcək. Bağlama uçuş planına uyğun olaraq Azərbaycana göndərilir.
  3. Təhvil Alma: Çatdırılma sürətlidir, bağlamalar sığortalıdır və proses şəffafdır. Bakıya çatdıqdan sonra bağlamanızı Kargolux-un istədiyiniz filialından götürə bilərsiniz.

Niyə Zara İspaniyadan Sifariş Edilir?

    • İspaniya Zara saytında Azərbaycan bazarına nisbətən daha aşağı qiymətlər təklif olunur.
    • Mövsüm endirimləri daha yüksək olur.
      • Koleksiya daha genişdir və bəzi modellər yalnız EU saytında çıxır.
      • Ölçü və rəng seçimi daha çox olur.