# 1 il əvvəl

Nərimanov ofisi yeni ünvanda!

Nərimanov ofisi yeni ünvanda!

Əziz müştərilər, Sizə daha keyfiyyətli xidmət göstərmək və müştəri məmnuniyyətini artırmaq məqsədi ilə Baş ofis (Nərimanov) filialının ünvanını dəyişdik. Belə ki, artıq Nərimanov ofisimiz Ağa Neymətulla küçəsi 49a-da deyil, Faiq Yusifov küçəsi 16 (Metropark ticarət mərkəzinin yaxınlığı, Ozon aptek ilə üzbəüz) ünvanında yerləşəcək. Diqqətinizə çatdırmaq istəyirik ki, yeni ünvanımız sizə daha rahat olacaq. Çünki Nərimanov ofisinin yeni filialı metro və avtobus dayanacaqlarına çox yaxın məsafədə yerləşir. Kargolux hər zaman sizə mükəmməl xidmət göstərmək üçün çalışır. 

Türkiyə alış-veriş saytlarından alış-veriş etmək istəyirsiniz?

Türkiyə alış-veriş saytlarından alış-veriş etmək istəyirsənsə, operativ, sürətli və sərfəli çatdırılma təklif edən karqo şirkəti axtarırsansa, heç düşünmədən, seçiminiz Kargolux olmalıdır. Yüzlərlə türk brendinin məhsullarını evinizə gətirəcək Kargolux sözün əsl mənasında sizə mükəmməl xidmət təklif edir. İlk öncə qeyd edək ki, Kargolux endirimli tariflərlə hər zaman həm yeni, həm də daimi müştərilərini sevindirir. Belə ki, yay sezonuna özəl 1kq=3.2$ tarifi alış-veriş etmək üçün əsl səbəb olacaq. Bundan əlavə olaraq, yeni müştərilərinə də dəyər verən Kargolux ilk qeydiyyatda 1kq=0.90$ kampaniyası ilə də bir daha fərqini ortaya qoyur. Məhsullarınız xarici anbara daxil olduğu gün, sistemə vurulmuş olur və ən qısa zamanda yola salınır. Türkiyədən yola salınan bağlamalar 3-5 iş günü ərzində yerli anbara daxil olur. Qeyd etmək istəyirik ki, operativliyi təmin etmək üçün bütün bu proseslərdən müştəri SMS bildiriş xidməti ilə məlumatlandırılır. 2 Filial və 14 Paylama Məntəqəsi ilə bütün Azərbaycana indi daha yaxınıq! Gecə-gündüz aktiv formada xidmət göstərən özəlliklərimizdən biri də Sifariş Et xidmətidir ki, bu xidmət sayəsində siz vaxt itirmədən, bir link göndərməklə sifarişinizi vermiş olursunuz. Bütün bu üstünlüklər sayəsində, müştərilərin sevimli karqo şirkəti bizik!

 

Nərimanov ofisi ilə əlaqə saxlayaraq əməkdaşlarımıza suallarınızı ünvanlaya bilərsiniz.