# 1 il əvvəl

Türkiyədən uşaq geyimlərinin sifarişi

Türkiyədən uşaq geyimlərinin onlayn sifarişi hər zaman aktual olan mövzulardan biri olmuşdur. Çünki valideynlər özlərindən öncə ilk olaraq övladlarını düşünərək, hər şeyin ən yaxşısını etməyə çalışırlar. 

Uşaqlar üçün geyim sifariş edən zaman hansı detallara diqqət etmək vacibdir?

Türkiyədən uşaq geyimləri sifariş verən zaman diqqət edilməli faktorlardan biri keyfiyyətdir. Bu faktor təkcə uşaq geyimləri üçün keçərli deyil. Aldığınız məhsulun kateqoriyasından asılı olmayaraq, hər birinizin diqqət etdiyi ilk şey məhsulun keyfiyyətli olub- olmamasıdır. Uşaqların dəriləri daha həssas olur və bu səbəbdən keyfiyyətli geyimlərdən istifadə etmələri vacibdir. Keyfiyyət faktoru dedikdə, məhsulun dözümlülüyü, materialı və s. detallar başa düşülür. 

Türkiyədən onlayn uşaq geyimləri sifariş edirsinizsə, seçdiyin geyimlərin rəngarəng olmasına və ya açıq rənglərdən ibarət olmasına diqqət edin. Rəng faktoru uşaq geyimlərində diqqət edilməli ən önəmli nüansdır. Geyimlərin rəngi uşaqların enerjisinə təsir edən amillərdən biridir. 

Türkiyədən uşaq geyimləri sifariş edə biləcəyiniz saytlar siyahısını sizə təqdim edirik.

Trendyol

Trendyol'da Bir Bebek Kıyafeti İlanındaki Fotoğraf Tartışma Yarattı: Çocuk  İstismarı mı, Değil mi? - Teknomy

Siyahının başında hər zaman olduğu kimi Trendyol onlayn  alış-veriş platforması gəlir. 30 milyondan çox müştərisi olan Trendyol alış-veriş platforması minlərlə kateqoriyada məhsul təqdim edir. Uşaq geyimlərini əldə edə biləcəyiniz onlarla marka məhz bu alış-veriş saytında bir araya toplanmışdır. Geyimdən ayaqqabıya qədər istənilən növdə uşaq geyimlərini Trendyol alış-veriş saytından ən uyğun qiymətə əldə edə biləcəksiniz.

https://www.trendyol.com/ 

LC Waikiki

Kız Çocuk Siyah Etek ve Modelleri - Sayfa 1 - LC Waikiki

Türkiyədən uşaq geyimlərini uyğun qiymətə əldə etmək istəyən hər kəsin seçimi LC Waikiki olacaq. Bu saytda siz 0-14 yaş arası qız və oğlan uşaqları üçün bol çeşidli məhsulları əldə edə biləcəksiniz.

https://www.lcwaikiki.com/tr-TR/TR 

Mango Kids

Rəngarəng uşaq geyimləri sifariş etmək istəyən valideynlərin seçimi Mango Kids olacaq. Mango alış-veriş platforması müştərilərini tez-tez təşkil etdiyi endirim kampaniyaları ilə sevindirir. Üstəlik 350 tl-dən yuxarı olan alış-verişlərdə Türkiyə daxili karqo xidməti ödənişsiz təklif olunur. 

https://shop.mango.com/tr/cocuk 

Defacto Kids

Keyfiyyətli geyimlər və uşaq aksesuarları axtaran alış-veriş sevənlər Defacto Kids-də axtardıqları parçaları tapacaqlar. Hal-hazırda isə saytda davam edən 50% endirim kampaniyasından yararlanmaq zamanıdır. Sevilən uşaq geyimləri indi daha sərfəli qiymətə olacaq. 

https://www.defacto.com.tr/ 

Civil

CİVİL - MarkAntalya

Körpə və uşaq geyimləri kateqoriyasında ilk sıralarda yer alan alış-veriş saytı Civil-dir. Civil-dən müjdəli xəbərimiz var. Belə ki, bahara özəl bütün kateqoriyalar üzrə uşaq məhsullarını bu saytdan endirimli qiymətlərlə əldə edə biləcəksiniz.

https://www.civilim.com/ 

Zara Kids

ZARA KIDS MIX | Baby & children clothes | Official archives of Merkandi |  merkandi.in - Merkandi B2B

Türkiyədən uşaq geyimləri sifariş dedikdə, siyahınızın ilk başında yer alacaq alış-veriş saytı məhz Zara-dır. Dünyanın ən böyük alış-veriş mağazalarından olan Zara uşaqlar üçün xüsusi kolleksiyalar təqdim edir. Belə ki, uşaq geyimləri tez-tez yenilənən kolleksiyanın ən önəmli parçaları olur. Zara Kids-lə alış-verişdən həzz alın.

https://www.zara.com/tr/ 

 

Türkiyədən alış-veriş saytlarında alış-veriş etmək Kargolux-la daha rahat və sərfəli olacaqdır. Bunun üçün tək etməli olduğunuz isə sifariş verəcəyiniz saytdan qeydiyyat keçməkdir. 

İlk növbədə sifariş verəcəyiniz saytdan qeydiyyatdan keçərək özünüzə hesab yaratmalısınız. Daha sonra hesabınızda ünvan olaraq bizim sizə təqdim etdiyimiz Türkiyə ünvanımızı qeyd edirsiniz. Əgər sifariş etmək üçün zamanınız yoxdursa, “sifariş et” xidmətimizdən yararlana bilərsiniz. Siz sadəcə linki yerləşdirirsiniz və biz sizin üçün məhsulu sifariş edirik. Sifariş verdiyiniz məhsul 3-5 gün ərzində yerli anbara daxil olur. 0.7 dollardan başlayan qiymətlərlə Türkiyədən onlayn sifarişləri gətirən yeganə kargo şirkəti Kargolux-dur və ən əsası maye və standart məhsul ayırmadan bütün məhsulları eyni tariflərlə çatdırır. Məhsulunuz yerli anbara daxil olduqdan sonra isə kuryer xidməti sifariş verərək, sifarişinizə qovuşa bilərsiniz. Sifarişinizi bizimlə edin, sürətli şəkildə sizin üçün gətirək!