Smart Customs nədir və nə üçün vacibdir?
Türkiyədən sifariş etmək artıq daha asandı.
Ölkədə hökm sürən pandemiya şəraiti ilə ələqədar tətbiq edilməsi müvəqqəti olaraq saxlanılan “Sadələşdirilmiş Bəyannamə” - Elektron Ticarət” (Smart Customs) layihəsinin tətbiqinə 1 yanvar 2021-ci il tarixindən başlanılmışdır. Beləliklə, 1 yanvar 2021-ci il tarixindən etibarən fiziki şəxslər tərəfindən poçt göndərişləri və karqo (daşıyıcı) şirkətləri vasitəsilə xarici ölkələrdən olunan sifarişlərin “Smart Customs” tətbiqi vasitəsilə bəyan edilməsi vacibdir. Bu layihənin tətbiq olunmasının əsas məqsədi xidmət səviyyəsinin yüksəldilməsindən, şəffaflığı təmin etmək və elektron ticarətin sürətləndirilməsindən ibarətdir.
Kargolux-la Türkiyədən sifariş verdiyiniz məhsulunuz bizim xarici anbarımıza daxil olduqdan sonra, siz bu barədə SMS bildirişi ilə məlumatlandırılırsınız. “Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytından bağlamanızın Türkiyədən yola salınması üçün bəyan etməlisiniz. Aşağıdakı qaydada bəyannamənizi “Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytında yerləşdirə bilərsiniz.
-
“Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytında şəxsi kabinetinizə daxil olursunuz.
-
“Sadələşdirilmiş bəyannamə- Elektron ticarət” bölməsinə daxil olduqdan sonra “Bəyan edilməmişlər” butonuna tıklayırsınız.
-
Bu bölmədə sizin xarici anbar statusunda olan bağlamalarınız əks olunacaq. Sizə təqdim olunan İzləmə Kodunu (Tracking İD) daxil etməlisiniz.
-
Həmçinin “poçt və ya daşıyıcı şirkət” bölməsində Kargolux-u daxil edirsiniz. Daha sonra göndərən ölkə hissəsində Türkiyəni seçirsiniz və satıcı şirkəti qeyd edirsiniz.
-
“Əlavə et” butonuna tıkladıkdan sonra sifariş verdiyiniz məhsulun daxil olduğu əsas qrupu, alt qrupu, invoys qiymətini, miqdarını və ölçü vahidini daxil edirsiniz.
-
“Tamamla” butonuna tıklayaraq bağlamanızı gömrük orqanına bəyan edirsiniz.
Qeyd: “Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytına daxil olmaq üçün ilk öncə “Asan login” sistemində qeydiyyatdan keçməlisiniz.
Qeyd etmək istəyirik ki, “Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytında bəyan edilməyən bağlamaların ölkəmizə daşınması mümkün deyil. Bu səbəblə də, “Smart Customs” tətbiqi və ya https://e.customs.gov.az/ saytında bağlamaların bəyan edilməsi vacibdir.
Karqo sektorunda fərqimizi hər zaman hiss etdirməyi bacarırıq. Sizin də seçiminiz Kargolux olsun, fərqimizi hiss edin!