# 2 il əvvəl

Qış üçün ayaqqabı sifarişi

     Trendyol-dan qış üçün ayaqqabı sifarişi etmək, yerli qiymətlərlə qarşılaşdırıldığı zaman daha sərfəli və keyfiyyətlidir. Burada siz yüzlərlə marka arasından minlərlə dizayna sahib ayaqqabı seçimləri ilə qarşı–qarşıya qalırsız. Bu isə sizə, zövqünüzə uyğun istədiyiniz ayaqqabıyı seçmə imkanı yaradır.

Sizin üçün hazırladığımız bu yazımızda qış üçün ayaqqabı sifarişi zamanı hansı markalardan həm sərfəli, həm də keyfiyyətli ayaqqabı almağın mümkün olduğunu qeyd etmişik.

     1.   RİMEX

Həm uzun, həm qısa bot modelləri ilə yanaşı, müxtəlif dizaynlarda çəkmə modelləri ilə də müştərilərinin sevgisini qazanan bir markadır. Eyni zamanda uyğun qiymətə idman ayaqqabılarıdan tutmuş, ev başmaqlarına kimi bir çox kateqoriyalara da nəzər sala bilərsiniz.

Linkə klikləyərək markanın Trendyol mağazasına buradan keçid edə bilərsiniz.

Rimex Ürünleri, İndirim ve Kampanyaları - Trendyol

2.    ZİNCİRPORT

İstənilən yaş və istənilən cinsiyyət üçün ayaqqabı modelləri ilə müştərilərinə bolluğu yaşadan marka, eyni zamanda olduqca keyfiyyətli bot və idman ayaqqabısı modellərinə sahibdir. Həqiqi dəriyə sahib bot modelləri yerli qiymətlərlə müqayisə edildiyi zaman isə kifayət qədər münasibdir.

Danışıldığından daha çoxunu görmək üçün linkə basmanız kifayətdir.

Zincirport Ürünleri, İndirim ve Kampanyaları - Trendyol

3.    MODA DEĞİRMENİ

Ucuz ətin şorbası olmaz məsəli bu marka üçün keçərli deyilmiş kimi görünür. Günlük ayaqqabı modellərindən tutun, xüsusi günlərə aid ayaqqabı modelləri ilə özünə xüsusi bir ad qazanmış mağaza, müştəriləri tərəfindən olduqca sevilir. Qışlıq bot və çəkmə modelləri həm gözünüzə, həm də cibinizə bayram etdirəcək.

Siz də həm aşağı qiymətə, həm keyfiyyətə qış üçün ayaqqabı sifarişi vermək istəyirsinizsə,  bu mağazaya baş çəkməyinizi tövsiyə edirik. MODA DEĞİRMENİ Ürünleri, İndirim ve Kampanyaları - Trendyol

4.    RİCCON

Trendyol tərəfindən “Başarılı Satıcı” ünvanı əldə etmiş RİCCON, alıcılar tərəfindən də üstünlük verilən markalardan biridir. Həm qadın, həm kişilər üçün bot və idman ayaqqabıları ilə özünü məhdudlaşdırmayaraq sandal və başmaq kimi digər ayaqqabı modellərinə də yer vermişdir. Hər müştəriyə xüsusi endirimləri və böyük sezon endirimləri ilə münasib qiymətə olan ayaqqabıları daha da münasib qiymətə gətirir.

Linkə klik edərək mağazanı qısa yoldan ziyarət edə bilərsiniz. Riccon Ürünleri, İndirim ve Kampanyaları - Trendyol

5.    AYAX SHOES

“Başarılı Satıcı” ünvanını almış bir digər mağaza da Ayax Shoes-dur. Olduqca geniş ayaqqabı modellərinə sahib mağazalar arasındadır. Həm uşaqlar, həm böyüklər üçün bir-birindən fərqli dizaynda olan ayaqqabılara sahib mağaza, hər kəsin zövqünə uyğun ayaqqqabı tapmasına şərait yaradır. Mağazanı ziyarət edən zaman qiymətlərin necə uyğun qiymətə olduğunu görmüş olacaqsınız. Linkə basaraq onlayn mağazaya keçid edə bilərsiniz.

Ayax Shoes Ürünleri, İndirim ve Kampanyaları - Trendyol

Zövqünüzə aid ayaqqabıyı tapdıqdan sonra gerisi KargoLux-la çox asandır. Sifariş edin, ən qısa müddətdə bağlamanız qapınıza gəlsin. Sifariş vermək vaxtınızı alırsa, “Biz alaq” xidmətindən istifadə edə bilərsiniz.