# 1 il əvvəl

TrendyolMilla yeni yaz kolleksiyası

TrendyolMilla markası https://www.trendyol.com/ saytından alış-veriş edən müştərilərə çox tanışdır. Trendyol onlayn alış-veriş platforması Türkiyənin ən böyük e-ticarət saytıdır və özündə yüzdən artıq markanın məhsullarını birləşdirir. Müştəri sayı milyonları ötən bu alış-veriş saytının hər kəs tərəfindən sevilən və axtarılan markalarından biri də TrendyolMilla-dır.

TRENDYOLMILLA | PassiMall

TrendyolMilla Trendyol-un özünə aid olan geyim markasıdır. Özündə ayaqqabı, geyim, çanta və bir sıra fərqli kateqoriyada olan məhsulları birləşdirir. 2011-ci ildə ilk kolleksiyası ilə satışa başlayan TrendyolMilla markası Trendyol-un ən bəyənilən markaları sırasında yer almışdır.

TrendyolMilla markasından hansı növ məhsulları əldə edə biləcəksiniz?

İlk öncə qeyd edək ki, TrendyolMilla markasından qadın və kişi geyimlərini 40-a yaxın kateqoriya adı ilə əldə edə biləcəksiniz. Bu kateqoriyalara “Elbise”, “Bluz”, “Jeans”, “T-Shirt”, “Gömlek” və s. onlarla kateqoriya daxildir. Sizə bu kateqoriyaların hər biri üzrə bol çeşid, keyfiyyət və sərfəli qiymətli məhsullar təklif olunur. 

Trendyolmilla Askılı Beyaz Çiçekli Midi Elbise | ElbiseBul Yeşil Nakışlı Pamuklu Shirt Trendyolmilla Bu Mudur?

TrendyolMilla-nın digər özəlliklərindən biri də endirim kampaniyaları ilə bağlıdır. Belə ki, sezon sonu və bayram endirimləri markanın əsas üstünlüklərindən biri olmaqla yanaşı, müştərilər tərəfindən böyük rəğbətlə qarşılanır. “Kuponlu Ürünler” bölməsində hər hansı bir məhsulu əldə etdiyiniz zaman sizə kupon təqdim edilir.

Nəzərə alsaq ki, qarşıda isti yay fəsli yaxınlaşır o zaman, yay kombinləriniz TrendyolMilla markasından olmalıdır. Ən son yay trendlərinə uyğun dizayn olunaraq istehsal edilən geyimlər qarderobunuzun ən gözəl parçalarına çevriləcək. Hər rəngə, stilə və yaşa uyğun geyimlər ilə stilini tamamlamaq istəyən hər kəsin seçimi TrendyolMilla olacaq. Kombinlərinizin ən özəl parçalarını Trendyol-un sevilən markası olan TrendyolMilla-dan seçin.

Trendyolmilla Trendyol Man 2021 koleksiyonu, Trendyolmilla,

Ən sevdiyiniz Trendyol markalarından olan TrendyolMilla-dan alış-veriş etmək istəyirsinizsə,  https://www.trendyol.com/ saytından seçdiyiniz məhsulları aşağıdakı qaydada Kargolux-la sifariş edə bilərsiniz. İlk növbədə Trendyol-un saytından qeydiyyatdan keçərək özünüzə hesab yaratmalısınız. Daha sonra hesabınızda ünvan olaraq bizim sizə təqdim etdiyimiz Türkiyə ünvanımızı qeyd edirsiniz. Əgər sifariş etmək üçün zamanınız yoxdursa, “sifariş et” xidmətimizdən yararlana bilərsiniz. Siz sadəcə linki yerləşdirirsiniz və biz sizin üçün məhsulu sifariş edirik. Sifariş verdiyiniz məhsul 3-5 gün ərzində yerli anbara daxil olur. 0.7 dollardan başlayan qiymətlərlə Türkiyədən onlayn sifarişləri gətirən yeganə karqo şirkəti Kargolux-dur və ən əsası maye və standart məhsul ayırmadan bütün məhsulları eyni tariflərlə çatdırır.